https://sputnik.az/20250110/tramp-qrenlandiyanin-abs-a-daxil-edilmesi-ile-bagli-razilasma-bas-tutmalidir-469910014.html
Tramp: Qrenlandiyanın ABŞ-a daxil edilməsi ilə bağlı razılaşma baş tutmalıdır
Tramp: Qrenlandiyanın ABŞ-a daxil edilməsi ilə bağlı razılaşma baş tutmalıdır
Sputnik Azərbaycan
Danimarka hökuməti Trampın təklif etdiyi razılaşmanın qəti əleyhinədir. 10.01.2025, Sputnik Azərbaycan
2025-01-10T21:50+0400
2025-01-10T21:50+0400
2025-01-10T21:50+0400
donald tramp
dünya xəbərləri
qrenlandiya
danimarka
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/06/468538778_0:0:3072:1728_1920x0_80_0_0_6ac8e72440ada54de95627df80e39905.jpg
BAKI, 10 yanvar — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Qrenlandiyanın Birləşmiş Ştatlara qoşulması ilə bağlı sövdələşmənin baş tutacağını qətiyyətlə bəyan edərək, oğlunun və Respublikaçılar Partiyasının nümayəndələrinin adada möhtəşəm qarşılandığını bildirib. Bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki hesabında bildirib. "Kiçik Donald Tramp və mənim Respublikaçı nümayəndələrim Qrenlandiyaya eniblər. Qəbul əla keçib" – Tramp yazıb. O vurğulayıb ki, Qrenlandiyanın Birləşmiş Ştatlara qoşulması ilə bağlı razılaşma "baş tutmalıdır". "Gəlin Qrenlandiyanı yenidən möhtəşəm edək! Onların və bütün azad dünyanın təhlükəsizliyə, müdafiəyə, gücə və sülhə ehtiyacı var" - ABŞ dövlət başçısı əlavə edib. Qeyd edək ki, kiçik Donald Tramp şəxsi təyyarəsi ilə Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə "uzun şəxsi səfər" üçün gəlib. Xatırladaq ki, Qrenlandiya 1953-cü ilə qədər Danimarka müstəmləkəsi olub və hələ də krallığın bir hissəsidir, lakin 2009-cu ildə Qrenlandiyaya muxtariyyət verildi və bu, ona daxili siyasətində özünüidarəni həyata keçirməyə imkan yaratdı. Danimarka hökuməti Trampın təklif etdiyi razılaşmanın qəti əleyhinədir. "New York Post" daha əvvəl Trampın Qrenlandiyanı almaqda ciddi olduğunu yazmışdı. Qeyd edilib ki, bu sövdələşmə ABŞ tarixində ən böyük devralmaya çevrilə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/06/468538778_148:0:2879:2048_1920x0_80_0_0_c2729d2878bdd1f1f70030f4e75942f5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
donald tramp, qrenlandiya, danimarka
donald tramp, qrenlandiya, danimarka
Tramp: Qrenlandiyanın ABŞ-a daxil edilməsi ilə bağlı razılaşma baş tutmalıdır
Danimarka hökuməti Trampın təklif etdiyi razılaşmanın qəti əleyhinədir.
BAKI, 10 yanvar — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Qrenlandiyanın Birləşmiş Ştatlara qoşulması ilə bağlı sövdələşmənin baş tutacağını qətiyyətlə bəyan edərək, oğlunun və Respublikaçılar Partiyasının nümayəndələrinin adada möhtəşəm qarşılandığını bildirib.
Bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki hesabında bildirib.
"Kiçik Donald Tramp və mənim Respublikaçı nümayəndələrim Qrenlandiyaya eniblər. Qəbul əla keçib" – Tramp yazıb.
O vurğulayıb ki, Qrenlandiyanın Birləşmiş Ştatlara qoşulması ilə bağlı razılaşma "baş tutmalıdır".
"Gəlin Qrenlandiyanı yenidən möhtəşəm edək! Onların və bütün azad dünyanın təhlükəsizliyə, müdafiəyə, gücə və sülhə ehtiyacı var" - ABŞ dövlət başçısı əlavə edib.
Qeyd edək ki, kiçik Donald Tramp şəxsi təyyarəsi ilə Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə "uzun şəxsi səfər" üçün gəlib.
Xatırladaq ki, Qrenlandiya 1953-cü ilə qədər Danimarka müstəmləkəsi olub və hələ də krallığın bir hissəsidir, lakin 2009-cu ildə Qrenlandiyaya muxtariyyət verildi və bu, ona daxili siyasətində özünüidarəni həyata keçirməyə imkan yaratdı.
Danimarka hökuməti Trampın təklif etdiyi razılaşmanın qəti əleyhinədir.
"New York Post" daha əvvəl Trampın Qrenlandiyanı almaqda ciddi olduğunu yazmışdı. Qeyd edilib ki, bu sövdələşmə ABŞ tarixində ən böyük devralmaya çevrilə bilər.