https://sputnik.az/20250110/soltsun-ukraynaya-yeni-yardim-paketini-bloklamasina-kremlden-munasibet-469928264.html
Şoltsun Ukraynaya yeni yardım paketini bloklamasına Kremldən münasibət
Şoltsun Ukraynaya yeni yardım paketini bloklamasına Kremldən münasibət
Sputnik Azərbaycan
Rusiya Donald Trampın Ukraynadakı münaqişənin həlli niyyətlərini alqışlayır. 10.01.2025, Sputnik Azərbaycan
2025-01-10T18:50+0400
2025-01-10T18:50+0400
2025-01-10T18:50+0400
olaf şolts
dünya xəbərləri
dmitri peskov
donald tramp
ukrayna
almaniya
yardım
hərbi yardım
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445568773_0:161:3071:1888_1920x0_80_0_0_bc5d897e7195f43ef6886a04e3a2b612.jpg
BAKI, 10 yanvar — Sputnik. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov gündəlik brifinq zamanı Rusiyanın Qərb ölkələrinin Kiyevə yardım göstərməklə bağlı yanaşmalarında fikir ayrılıqlarını qeyd etdiyini söyləyib. O, Almaniya kansleri Olaf Şoltsun Ukraynaya yeni hərbi yardım paketinin bloklanmasını belə şərh edib. Bu barədə Rusiya mediası xəbər verib. Kremlin nümayəndəsi qeyd edib ki, Rusiya Federasiyası Ukrayna münaqişəsi ilə bağlı bir çoxlarına məlum olan dəfələrlə səsləndirdiyi mövqeyini qoruyub saxlamağa davam edir. Bundan əlavə, Peskov hesab edir ki, Rusiya siyasətçiləri ABŞ-ın seçilmiş Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həll etmək niyyətlərini alqışlayırlar. Rusiya liderinin mətbuat katibi həmçinin Vladimir Putinin Donald Trampla şəxsi dialoqa və heç bir ilkin şərt olmadan görüşməyə hazır olduğunu vurğulayıb. "Bunun üçün heç bir şərt tələb olunmur. Dialoqa girmək və mövcud problemləri dialoq yolu ilə həll etmək üçün qarşılıqlı istək və siyasi iradə tələb olunur", Peskov deyib. Bu yaxınlarda Peskov Litva rəhbərinin Kalininqradla bağlı sözlərinə də münasibət bildirib. O vurğulayıb ki, bu cür bəyanatlar Moskvanın təhlükəsizlik tədbirlərinə tam haqq qazandırır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445568773_170:0:2901:2048_1920x0_80_0_0_7df467044fa6464075f1cf3fdcb61bfc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
olaf şolts, dmitri peskov, donald tramp, ukrayna, almaniya, yardım, hərbi yardım
olaf şolts, dmitri peskov, donald tramp, ukrayna, almaniya, yardım, hərbi yardım
Şoltsun Ukraynaya yeni yardım paketini bloklamasına Kremldən münasibət
Rusiya Donald Trampın Ukraynadakı münaqişənin həlli niyyətlərini alqışlayır.
BAKI, 10 yanvar — Sputnik. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov gündəlik brifinq zamanı Rusiyanın Qərb ölkələrinin Kiyevə yardım göstərməklə bağlı yanaşmalarında fikir ayrılıqlarını qeyd etdiyini söyləyib. O, Almaniya kansleri Olaf Şoltsun Ukraynaya yeni hərbi yardım paketinin bloklanmasını belə şərh edib.
Bu barədə Rusiya mediası xəbər verib.
Kremlin nümayəndəsi qeyd edib ki, Rusiya Federasiyası Ukrayna münaqişəsi ilə bağlı bir çoxlarına məlum olan dəfələrlə səsləndirdiyi mövqeyini qoruyub saxlamağa davam edir. Bundan əlavə, Peskov hesab edir ki, Rusiya siyasətçiləri ABŞ-ın seçilmiş Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həll etmək niyyətlərini alqışlayırlar.
Rusiya liderinin mətbuat katibi həmçinin Vladimir Putinin Donald Trampla şəxsi dialoqa və heç bir ilkin şərt olmadan görüşməyə hazır olduğunu vurğulayıb.
"Bunun üçün heç bir şərt tələb olunmur. Dialoqa girmək və mövcud problemləri dialoq yolu ilə həll etmək üçün qarşılıqlı istək və siyasi iradə tələb olunur", Peskov deyib.
Bu yaxınlarda Peskov Litva rəhbərinin Kalininqradla bağlı sözlərinə də münasibət bildirib. O vurğulayıb ki, bu cür bəyanatlar Moskvanın təhlükəsizlik tədbirlərinə tam haqq qazandırır.