https://sputnik.az/20250110/samir-serifov-maliyye-naziri-vezifesinden-azad-edilib-469923651.html
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib
Sputnik Azərbaycan
Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub. 10.01.2025, Sputnik Azərbaycan
2025-01-10T12:58+0400
2025-01-10T12:58+0400
2025-01-10T13:44+0400
azərbaycan xəbərləri
samir şərifov
maliyyə naziri samir şərifov
prezident ilham əliyev
azərbaycan respublikası dövlət neft fondu
neft fondu
dövlət neft fondu
ukrayna
baş nazir
https://cdnn1.img.sputnik.az/img/41192/23/411922358_0:0:2000:1125_1920x0_80_0_0_78844cfb974a2db65350a1b0d4ce05d9.jpg
BAKI, 10 yanvar — Sputnik. Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub. Xatırladaq ki, Samir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb. 1983-1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq Demokratik Respublikası) iqtisadçı, 1991-1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini, 1995-2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Departament direktoru, baş direktor, 2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru vəzifələrində çalışıb. Eyni zamanda 2003-2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyasının sədri olub. 2006-cı ildən Azərbaycan Respublikasının maliyyə naziri, eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur. Evlidir, üç övladı var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41192/23/411922358_160:0:1867:1280_1920x0_80_0_0_0881bde26a63ee085b8589c454225ea4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
samir şərifov, maliyyə naziri samir şərifov, prezident ilham əliyev, azərbaycan respublikası dövlət neft fondu, neft fondu, dövlət neft fondu, ukrayna, baş nazir
samir şərifov, maliyyə naziri samir şərifov, prezident ilham əliyev, azərbaycan respublikası dövlət neft fondu, neft fondu, dövlət neft fondu, ukrayna, baş nazir
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib
12:58 10.01.2025 (Yenilənib: 13:44 10.01.2025) Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.
BAKI, 10 yanvar — Sputnik. Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.
Xatırladaq ki, Samir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.
1983-1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq Demokratik Respublikası) iqtisadçı, 1991-1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini, 1995-2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Departament direktoru, baş direktor, 2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru vəzifələrində çalışıb. Eyni zamanda 2003-2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyasının sədri olub.
2006-cı ildən Azərbaycan Respublikasının maliyyə naziri, eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur.