https://sputnik.az/20250110/sabranda-mektebli-yoldasinin-gozunu-cixaran-sagird-mektebden-qovuldu-469924760.html
Şabranda məktəbli yoldaşının gözünü çıxaran şagird məktəbdən qovuldu
Şabranda məktəbli yoldaşının gözünü çıxaran şagird məktəbdən qovuldu
Sputnik Azərbaycan
Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. 10.01.2025, Sputnik Azərbaycan
2025-01-10T17:16+0400
2025-01-10T17:16+0400
2025-01-10T17:16+0400
məktəbli
cəmiyyət
şabran
quba-xaçmaz
şagird
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461681479_0:0:3071:1728_1920x0_80_0_0_4e364fdbe13bb20ed459bf9ae4631e1b.jpg
BAKI, 10 yanvar — Sputnik. Şabranda məktəbli yoldaşına xəsarət yetirən şagird məktəbdən çıxardılıb. Bu barədə Sputnik Azərbaycan-a Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, yanvarın 8-də səhər saatlarında Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir: "Məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Bildiririk ki, məktəb yoldaşına xəsarət yetirən şagird bundan öncə də təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun olmayan davranışlar edib, məktəb rəhbərliyi və psixoloq tərəfindən həm şagirdlə, həm də ailəsi ilə mütəmadi olaraq profilaktiki söhbətlər aparılıb. Sözügedən son hadisədən sonra valideynin müraciəti və müvafiq ərizəsinə məktəbin pedaqoji şurasında baxılıb və şagird məktəb-şagird kontingentindən uzaqlaşdırılıb", deyə açıqlamada bildirilib. Qeyd edilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vətəndaşların icbari ümumi orta təhsil almaq hüququ təmin olunur. Xatırladaq ki, Şabran şəhərindəki 1 saylı orta məktəbdə adı açıqlanmayan 10-cu sinif şagirdi 11-ci sinif şagirdinə xəsarət yetirib. Onun məktəbli yoldaşının gözünü çıxardığı iddia olunur. Həmin şagirdin çətin tərbiyə olunan uşaq olduğu bildirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461681479_340:0:3071:2048_1920x0_80_0_0_afa3f6f9ae96f83dfedabcb5ed6ed1bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəbli, şabran, quba-xaçmaz, şagird
məktəbli, şabran, quba-xaçmaz, şagird
Şabranda məktəbli yoldaşının gözünü çıxaran şagird məktəbdən qovuldu
Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
BAKI, 10 yanvar — Sputnik. Şabranda məktəbli yoldaşına xəsarət yetirən şagird məktəbdən çıxardılıb. Bu barədə Sputnik Azərbaycan-a Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, yanvarın 8-də səhər saatlarında Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir:
"Məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Bildiririk ki, məktəb yoldaşına xəsarət yetirən şagird bundan öncə də təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun olmayan davranışlar edib, məktəb rəhbərliyi və psixoloq tərəfindən həm şagirdlə, həm də ailəsi ilə mütəmadi olaraq profilaktiki söhbətlər aparılıb. Sözügedən son hadisədən sonra valideynin müraciəti və müvafiq ərizəsinə məktəbin pedaqoji şurasında baxılıb və şagird məktəb-şagird kontingentindən uzaqlaşdırılıb", deyə açıqlamada bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vətəndaşların icbari ümumi orta təhsil almaq hüququ təmin olunur.
Xatırladaq ki, Şabran şəhərindəki 1 saylı orta məktəbdə adı açıqlanmayan 10-cu sinif şagirdi 11-ci sinif şagirdinə xəsarət yetirib. Onun məktəbli yoldaşının gözünü çıxardığı iddia olunur. Həmin şagirdin çətin tərbiyə olunan uşaq olduğu bildirilir.