Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezidentin dediklərinə rəğmən: Azərbaycanın dövlət qurumu 448,5 min manata "Lexus" aldı

© AP Photo / David Zalubowski"Lexus" avtomobilləri, arxiv
Lexus avtomobilləri, arxiv - Sputnik Azərbaycan, 1920, 10.01.2025
Abunə olmaq
AQTİ bu şirkətdən sedan tipli 4 xidməti avtomobil alıb.
BAKI, 10 yanvar — Sputnik. "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu" (AQTİ) Publik Hüquqi Şəxsi xidməti avtomobillərin alınması üçün 448 min 800 manat ödəyib.
Sputnik Azərbaycab xəbər verir ki, qurumun elan etdiyi tenderin qalibi "LEXUS-BAKI" MMC olub. AQTİ bu şirkətdən sedan tipli 4 xidməti avtomobil alıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 01 iyul 2018-ci il tarixindən fəaliyyət göstərir. Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur. İnstitutun fəaliyyətinin əsas məqsədi əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri Əli Nəbiyevdir. Bundan başqa qurumun ştatında dörd sədr müavini var.
Qeyd edək ki, Ə.Nəbiyev Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. "Azərbaycan Dəmir Yolları" QSC-də Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin rəisi və Hüquq İdarəsinin rəis müavini vəzifələrində fəaliyyət göstərib. Mediasiya Şurasının İdarə Heyətinin üzvüdür. Ə.Nəbiyev bundan əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri olub.
Qeyd edək ki, prezident İlham Əliyev müşavirələrin birində məmurlara bahalı xidməti avtomobillər almamağı tövsiyə edib. O qeyd edib ki, Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan "NAZ Lifan" avtomobillərini almaq daha məqsədəuyğundur. Çünki bu avtomobillər heç də xarici maşınlardan fərqlənmir. Üstəlik, qiymətləri də xarici avtobillərlə müqayisədə xeyli münasibdir.
Xəbər lenti
0