DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Erməni deputat və qubernator əlbəyaxa oldular, Paşinyan iclası tərk etdi

© Tigran Mehrabyan, PAN Photo via AP,Ermənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan  - Sputnik Azərbaycan, 1920, 10.01.2025
Abunə olmaq
Sarkisyan qubernator haqqında sərt danışıb, onu rayonda ağacların qanunsuz kəsilməsi nəticəsində yaranmış biabırçı ekoloji vəziyyətdə ittiham edib.
BAKI, 10 yanvar — Sputnik. Ermənistanda deputat Hayk Sarkisyan və Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan dava ediblər. Bu barədə Ermənistan mətbuatı yazır.
Hakim "Vətəndaş müqaviləsi" partiyasının təşəbbüs qrupunun iclasında düşən davaya Ermənistan Baş naziri Nikol Paşinyan da şahidlik edib.
Armlur.am xəbər verir ki, iclasda Sarkisyan qubernator haqqında sərt danışıb, onu rayonda ağacların qanunsuz kəsilməsi nəticəsində yaranmış biabırçı ekoloji vəziyyətdə ittiham edib. Bundan sonra deputat və qubernator bir-birini təhqir etməyə, daha sonra isə əlbəyaxa davaya başlayıblar.
Davaya Anahit Avanesyan müdaxilə edərək Sarkisyan və Qalumyanı sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib.
Bütün bunlardan sonra Nikol Paşinyan iclası tərk edib.
Xəbər lenti
0