https://sputnik.az/20250110/deputat-ukraynadaki-munaqise-ile-bagli-rusiyaya-abs-dan-hec-bir-guzest-teleb-olunmur-469910939.html
Deputat: Ukraynadakı münaqişə ilə bağlı Rusiyaya ABŞ-dan heç bir güzəşt tələb olunmur
Deputat: Ukraynadakı münaqişə ilə bağlı Rusiyaya ABŞ-dan heç bir güzəşt tələb olunmur
Sputnik Azərbaycan
Aleksey Çepa mövqeyinin ötən il açıq və aydın şəkildə ifadə olunduğunu vurğulayıb. 10.01.2025, Sputnik Azərbaycan
2025-01-10T20:40+0400
2025-01-10T20:40+0400
2025-01-10T20:40+0400
deputat
dünya xəbərləri
donald tramp
ukrayna
aleksey çepa
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466672712_0:160:3072:1888_1920x0_80_0_0_b1f280e4915d85407e106ca1bb335534.jpg
BAKI, 10 yanvar — Sputnik. Rusiya tərəfinin Ukrayna ilə bağlı amerikalılardan hər hansı bir güzəştə ehtiyacı yoxdur. Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa "Lenta.Ru"ya müsahibəsində deyib. "Bizim heç bir güzəştə ehtiyacımız yoxdur. Biz onlardan heç nə xahiş etmirik. Bizim dəqiq mövqeyimiz var və ona həmişə əməl etmişik və bundan sonra da edəcəyik", deputat bildirib. Aleksey Çepa mövqeyinin ötən il açıq və aydın şəkildə ifadə olunduğunu vurğulayıb. "Buna görə də heç nə istəməmişik və bundan sonra da istəmirik. Putin isə Trampla danışmayıb. Ona görə də bu barədə nəsə demək hələ tezdir", Aleksey Çepa əlavə edib. Deputat vurğulayıb ki, Rusiya qoşunları hər gün getdikcə daha çox mövqe tutur və yeni əraziləri azad edirlər. Bu yaxınlarda ABŞ-ın seçilmiş prezidentinin administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Donald Tramp Ukrayna münaqişəsinin həlli məsələsində Rusiya Prezidenti Vladimir Putinə güzəştə getməyi planlaşdırmır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466672712_171:0:2902:2048_1920x0_80_0_0_e80691426c6c67351a9fe855405317ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
deputat, donald tramp, ukrayna, aleksey çepa, vladimir putin
deputat, donald tramp, ukrayna, aleksey çepa, vladimir putin
Deputat: Ukraynadakı münaqişə ilə bağlı Rusiyaya ABŞ-dan heç bir güzəşt tələb olunmur
Aleksey Çepa mövqeyinin ötən il açıq və aydın şəkildə ifadə olunduğunu vurğulayıb.
BAKI, 10 yanvar — Sputnik. Rusiya tərəfinin Ukrayna ilə bağlı amerikalılardan hər hansı bir güzəştə ehtiyacı yoxdur.
Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa "Lenta.Ru"ya müsahibəsində deyib.
"Bizim heç bir güzəştə ehtiyacımız yoxdur. Biz onlardan heç nə xahiş etmirik. Bizim dəqiq mövqeyimiz var və ona həmişə əməl etmişik və bundan sonra da edəcəyik", deputat bildirib.
Aleksey Çepa mövqeyinin ötən il açıq və aydın şəkildə ifadə olunduğunu vurğulayıb.
"Buna görə də heç nə istəməmişik və bundan sonra da istəmirik. Putin isə Trampla danışmayıb. Ona görə də bu barədə nəsə demək hələ tezdir", Aleksey Çepa əlavə edib.
Deputat vurğulayıb ki, Rusiya qoşunları hər gün getdikcə daha çox mövqe tutur və yeni əraziləri azad edirlər.
Bu yaxınlarda ABŞ-ın seçilmiş prezidentinin administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Donald Tramp Ukrayna münaqişəsinin həlli məsələsində Rusiya Prezidenti Vladimir Putinə güzəştə getməyi planlaşdırmır.