NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

BP "Şah dəniz alfa" platformasında işləri niyə dayandırdığını açıqlayıb

© Photo : bp AzerbaijanПлатформа Шах Дениз
Платформа Шах Дениз - Sputnik Azərbaycan, 1920, 10.01.2025
Abunə olmaq
“BP-Azerbaijan” mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məsələyə aydınlıq gətirib.
BAKI, 10 yanvar - Sputnik. “Şahdəniz” yatağının texniki operatoru olan “BP-Azerbaijan” şirkəti kondensatın nəqli üçün nəzərdə tutulmuş sualtı boru kəmərindəki texniki nasazlıq səbəbindən "Alpha" platformasının işini dayandırıb.
Bu barədə “BP-Azerbaijan” mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı Report-a bildirib.
"Platformanın özündə heç bir problem yoxdur. Texniki problem "Alpha" platformasını Səngəçal terminalı ilə birləşdirən kondensatın nəqli üçün sualtı boru kəmərində yaranıb. Bu səbəbdən biz bu platformanın işini dayandırmışıq" - T.Bayatlı qeyd edib.
Xəbər lenti
0