NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Ardıcıl üç həftədir Azərbaycan neftinin qiyməti artır: Xeyirdimi?

© iStock.com / photoalionaBakıda neft hasilatı, arxiv
Bakıda neft hasilatı, arxiv - Sputnik Azərbaycan, 1920, 10.01.2025
Abunə olmaq
Analitiklərin fikrincə, 2025-ci ilin birinci rübündə qlobal neft tələbinin illik müqayisədə əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
BAKI, 10 yanvar — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşıb. ABŞ və Avropanın bəzi bölgələrində kəskin soyuq havalar yanacağa tələbatı artırdığı üçün qiymətlər yüksəlib.
"Brent" markalı neft 40 sent artaraq 77,32 dollar, ABŞ-nin Qərbi Texas ("WTI") nefti 38 sent artaraq 74,30 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti 1,05 dollar artaraq 79,77 dollar təşkil edib.
Qeyd edək ki, son üç həftə ərzində "Brent" markalı neft 6%, "WTI" markalı neft isə 7% bahalaşıb.
Analitiklərin fikrincə, 2025-ci ilin birinci rübündə qlobal neft tələbinin illik müqayisədə əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
ABŞ dollarının altı həftədir möhkəmlənməsinə baxmayaraq, neft qiymətləri artıb. Güclü dollar adətən qiymətlərə təsir edir.
Xatırladaq ki, "OPEC plyus" ölkələri 2025-ci il üçün razılaşdırılmış neft hasilatı kvotalarını 2026-cı ilə qədər uzatmaq qərarına gəlib. Eyni zamanda alyans səkkiz ölkənin sadiq qaldığı 2,2 milyon barel/gündəlik könüllü azalmaların müddətini 2025-ci ilin birinci rübünün sonuna qədər artırıb.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu görüşü isə 2025-ci ilin 28 may tarixinə təyin edilib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 dollardan hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Xəbər lenti
0