DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da Tramp-Putin danışıqlarının nəticəsini proqnozlaşdırıblar

© AP Photo / Evan VucciVladimir Putin və Donald Tramp, arxiv
Vladimir Putin və Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 10.01.2025
Abunə olmaq
Ukraynadakı münaqişənin həlli yolu ABŞ-ın Rusiyanı təhdid etməsindən yox, Moskvanın irəli sürdüyü şərtlərin ciddi şəkildə müzakirəsindən keçir.
BAKI, 10 yanvar — Sputnik. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinin Ukraynadakı münaqişənin həlli istiqamətindəki səyləri ilə bağlı təhdidləri əbəs olacaq və gözlənilən effekti verməyəcək. Bu fikri Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun rusşünaslıq proqramının direktoru Arkadi Moşes 19FortyFive portalı üçün yazdığı məqaləsində bildirib.
O yazır ki, "Ağ Evdən Putinə şifahi təzyiqlər heç bir nəticə verməyəcək".
Moşesin qeyd etdiyi kimi, Rusiya Trampın ilk prezidentlik dövründəki hərəkətlərini çox yaxşı xatırlayır. Onların arasında ən mühümü Ukrayna kontekstində Kiyevə öldürücü silahların göndərilməsinə olan qadağanın aradan qaldırılması və onu Javelin tank əleyhinə sistemlərlə təchiz etmək idi.
"Başqa sözlə, Putinin Trampa heç bir borcu yoxdur", - məqalədə vurğulanır.
Müəllif qeyd edib ki, Moskva Qərb ölkələrinin tətbiq etdiyi genişmiqyaslı məhdudiyyətlərə uğurla uyğunlaşa bildiyi üçün sanksiyalar təhlükəsi də nəticə verməyəcək. Sanksiyaların artması isə ABŞ-ın özü üçün zərərli nəticələr verəcək.

Moşes ABŞ-la Rusiya arasında münasibətlərin ümumi tendensiyasını belə dəyərləndirib:"ABŞ-ın Bill Klintondan tutmuş Donald Trampa qədər hər bir prezidenti ABŞ-Rusiya münasibətlərini yaxşılaşdırmağa və ya yenidən qurmağa çalışdı. Amma hər dəfə prezidentlik müddətinin sonunda münasibətlər əvvəlkindən daha pis idi. Bunun bir çox struktur səbəbi olduğundan bunları qısaca izah etmək mümkün deyil. Amma məsələnin məğzi ondan ibarətdir ki, növbəti "normallaşma" vədi Moskvada etibarlı bir təklif kimi qəbul edilməyəcək".

Daha əvvəl Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlama verən Tramp Putinin onunla əlaqə saxlamağa hazır olduğunu bildiyini, lakin Ağ Evə rəsmi qayıdana qədər bunu qəbuledilməz hesab etdiyini bildirib. Siyasətçi əlavə edib ki, Rusiya prezidenti ilə təmasların təxmini tarixini hələ deyə bilməz.
Ağ Evin gələcək rəhbəri Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinə nail olacağına söz verib. O, bir gün ərzində bu məsələni həll edə biləcəyini dəfələrlə bəyan edib.
İyun ayında Vladimir Putin münaqişənin sülh yolu ilə həllinə dair təşəbbüs irəli sürmüşdü: Kiyev hakimiyyəti digər məsələlərlə yanaşı Şimali Atlantika Alyansına qoşulmaq niyyətindən rəsmən imtina etdiyi təqdirdə Moskva dərhal atəşi dayandıracaq və danışıqlara hazır olduğunu bəyan edəcək.
Xəbər lenti
0