DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyada keçirilən BRİKS sammitinin uğuru həyəcanverici siqnaldır - Fransa XİN

© Sputnik / Алексей Даничев / Фотохост-агентство brics-russia2024.ru / Mediabanka keçidRusiyada BRİKS sammiti, arxiv
Rusiyada BRİKS sammiti, arxiv - Sputnik Azərbaycan, 1920, 09.01.2025
Abunə olmaq
BRİKS 2006-cı ildə qurulmuş dövlətlərarası tərəfdaşlıqdır. 2024-cü ildə təşkilatın sədri vəzifəsini Rusiya tutub.
BAKI, 9 yanvar — Sputnik. Fransanın xarici işlər naziri Jan-Noel Barrot çərşənbə axşamı bildirib ki, Kazanda keçirilən BRİKS sammitinin uğuru ciddi narahatlıq doğurur.
Bu barədə o, X* sosial şəbəkəsində yayımlanan Fransa səfirləri ilə görüşdə məlumat verib.
O qeyd edib ki, BRİKS sammitinin iştirakçıları arasında vahid strategiyanın olmadığı halda belə, Kazanda uğurla keçirilməsi həyəcanverici siqnaldır. Barrot əlavə edib ki, Fransa tərəfi buna məhəl qoymaya bilməz.
Xatırladaq ki, BRİKS-in Kazan sammiti oktyabrın 22-dən 24-dək baş tutub. BRİKS 2006-cı ildə qurulmuş dövlətlərarası tərəfdaşlıqdır. 2024-cü ildə təşkilatın sədri vəzifəsini Rusiya tutub. İl iştirakçıların sayının genişlənməsi ilə başlayıb - Rusiya Federasiyasından başqa, Braziliya, Hindistan, Çin və Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı təşkilata qoşulublar. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişafı və təhlükəsizliyi təmin etmək üçün çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə diqqət yetirib.
Bundan əvvəl İndoneziya BRİKS-ə qoşulmaqda göstərdiyi köməyə görə Rusiyaya minnətdarlığını bildirib.
* X sosial şəbəkəsi (keçmiş Twitter) Rusiyada Baş Prokurorluğun tələbi ilə bloklanıb.
Xəbər lenti
0