https://sputnik.az/20250109/nazirlik-vaksin-olunun-deyir-polikilinikalar-ise-yoxdur-cavabini-verir-469879851.html
Nazirlik "vaksin olunun" deyir, polikilinikalar isə "yoxdur" cavabını verir
Nazirlik "vaksin olunun" deyir, polikilinikalar isə "yoxdur" cavabını verir
Sputnik Azərbaycan
Dünyada yenidən yayılan metapnevmovirusa qarşı vaksin olmasa da, nazirlik əhalini qripə qarşı peyvənddən yararlanmağa çağırıb. 09.01.2025, Sputnik Azərbaycan
2025-01-09T09:18+0400
2025-01-09T09:18+0400
2025-01-09T09:18+0400
vaksin
səhiyyə
metapnevmovirus
səhiyyə nazirliyi
azərbaycan
poliklinika
pnevmoniya
xəstəlik
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1d/426085645_0:160:3072:1888_1920x0_80_0_0_620640096aac2ddee6511271aa6ec10a.jpg
BAKI, 9 yanvar — Sputnik. Səhiyyə Nazirliyi metapnevmovirusla əhalini peyvənd olunmağa səsləsə də, əksər polikilinikalarda qripə qarşı peyvənd qurtarıb. Belə ki, əlaqə saxladığımız polikilinikaların bəziləri "vaxiqrip" peyvəndinin qurtardığını, nə vaxt yenidən tibb müəssisələrinə paylanılacağını bilmədiklərini söylədilər. Polikilinikaların bəzilərində peyvənd qurtarıb 1 nömrəli Şəhər Poliklinikasından Sputnik Azərbaycan-a bildirdilər ki, xeyli müddətdir ki, qripə qarşı vaksin bitib. Yenidən nə vaxt polikilinikaya veriləcəyi isə bəlli deyil. 2 nömrəli Şəhər Poliklinikasından isə qripə qarşı vaksinin olduğunu söylədilər. Əlaqə saxladığımız 11 nömrəli Şəhər Poliklinikasından isə bildirilər ki, tibb müəssisəsində cəmi bir ədəd vaksin qalıb. 15 nömrəli Şəhər Poliklinikasından isə qripə qarşı vaksinin olduğunu söylədilər. 13 nömrəli Şəhər Poliklinikasında isə qrip peyvəndi yoxdur. Uşaq polikilinikalarının bəzilərində qripə qarşı peyvənd qurtarıb. Belə ki, 11 nömrəli Uşaq Poliklinikasından qrip vaksinin olmadığını bildirdilər. 12 və 19 nömrəli Uşaq Poliklinikasından qrip vaksininin olduğunu söylədilər. Məlum oldu ki, 14 nömrəli Uşaq Poliklinikasında isə qripə qarşı peyvənd qurtarıb. 22 nömrəli Uşaq Poliklinikasından isə dedilər ki, qrip peyvəndinin olub-olmadığı barədə onlarda bir məlumat yoxdur. Göründüyü kimi, kiçik araşdırmadan məlum oldu ki, hələ paytaxtda polikilinikaların bəzilərində qripə qarşı vaksin yoxdur. Qeyd edək ki, dünyada yenidən yayılan metapnevmovirusa qarşı vaksin olmasa da, nazirlik əhalini qripə qarşı peyvənddən yararlanmağa çağırıb. "Kifayət qədər vaksin ehtiyatı var" Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Azərbaycanda qrip əleyhinə kifayət qədər vaksin ehtiyatı olduğu üçün əlavə vaksinlərin alınması nəzərdə tutulmayıb. Məlumata görə, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər. Sputnik Azərbaycan-ın polikilinikalarda qripə qarşı vaksinin kifayət qədər olub-olmadığı barədə araşdırması zamanı isə məlum olub ki, polikilinikaların bəzilərində qrip vaksini qurtarıb. Vaksin metapnevmovirusdan qoruyacaqmı? Azərbaycan Tibb Universitetinin Pulmonologiya şöbəsinin həkimi Günel Sadıqova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qripə qarşı peyvəndlər əslində noyabr ayının əvvəlinədək vurulmaldıır. O, bütün vaksinlərin xəstəlikdən 100 faiz qorumadığını söyləyib. Bildirib ki, peyvəndlər xəstəliyə qarşı immunitet yaradır. G.Sadıqova metapnevmovirusun heç də hər zaman pnevmoniya vermədiyini söyləyib. Həkim bildirib ki, bəzi insanlar virusun adından narahat olub bunun pnevmoniyaya səbəb olduğunu düşünsələr də bu yalnışdır. Metapnevmovirus kimlər üçün təhlükəlidir? Xatırladaq ki, son günlər Çində yayılan virus Qazaxıstan, Qırğızıstan, Ukrayna ərazisində də qeydə alınıb. Getdikcə vüsət olan xəstəlik virusa qarşı peyvənd məsələsini gündəmə gətirib. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov Sputnik Azərbaycan-a bildirib ki, insan metapnevmovirusu yeni virus deyil. Bu virus illərdir ki, mövcuddur. Sadəcə olaraq soyuqla əlaqədar müxtəlif ölkələrdə vaxtaşırı olaraq müxtəlif səviyyəli xəstəliklər törədə bilər. "Bu virus kəskin reseptor virus infeksiyalarından biridir və hazırda elmə bu cür 200-ə qədər virus məlumdur. İnfeksiyanın gedişi bir o qədər ağır deyil. İmmun sistemi normal olan insanlar bu xəstəliyi yüngül keçirir və qısa müddət ərzində sağalır. Əgər virusa yoluxan şəxsin immun sistemində bir qüsur varsa və ya həmin şəxs infeksiyanın fəsadlaşmasının risk qrupuna daxildirsə, xəstəlik gedişatında xoşagəlməz fəsadlar ola bilər. Körpələr, uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olan insanlar risk qrupuna daxil olan şəxslərdir. Ona görə də risk qrupuna daxil olan şəxslər diqqətli olmalıdırlar. Onlarda qripəbənzər əlamətlər varsa, xəstələndiyi ilk gündən həkimə müracət etməlidirlər ki, xəstəlikdə fəsad yaranarsa, vaxtında aşkar olunsun və adekvat tədbirlər görülsün. Sağlam əhali qrupunda isə bu viruslar heç bir problem törədən deyil və 7-10 gün ərzində fəsadsız ötüşür". Həkim vurğulayıb ki, koronavirus pandemiyası dövründə əhaliyə tövsiyə edilən tədbirlər bu virus zamanı da keçərlidir və yoluxmanın qarşısının alınmasına səbəb ola bilər. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20250107/koronavirusdan-da-beter-azerbaycan-sehiyyesi-yeni-yayilmis-virusa-hazirdirmi-469859928.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1d/426085645_171:0:2902:2048_1920x0_80_0_0_e47a33fa71e632b75865bce581d46d0b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
vaksin, metapnevmovirus, səhiyyə nazirliyi, azərbaycan, poliklinika, pnevmoniya, xəstəlik
vaksin, metapnevmovirus, səhiyyə nazirliyi, azərbaycan, poliklinika, pnevmoniya, xəstəlik
Nazirlik "vaksin olunun" deyir, polikilinikalar isə "yoxdur" cavabını verir
Dünyada yenidən yayılan metapnevmovirusa qarşı vaksin olmasa da, nazirlik əhalini qripə qarşı peyvənddən yararlanmağa çağırıb.
BAKI, 9 yanvar — Sputnik. Səhiyyə Nazirliyi metapnevmovirusla əhalini peyvənd olunmağa səsləsə də, əksər polikilinikalarda qripə qarşı peyvənd qurtarıb. Belə ki, əlaqə saxladığımız polikilinikaların bəziləri "vaxiqrip" peyvəndinin qurtardığını, nə vaxt yenidən tibb müəssisələrinə paylanılacağını bilmədiklərini söylədilər.
Polikilinikaların bəzilərində peyvənd qurtarıb
1 nömrəli Şəhər Poliklinikasından Sputnik Azərbaycan-a bildirdilər ki, xeyli müddətdir ki, qripə qarşı vaksin bitib. Yenidən nə vaxt polikilinikaya veriləcəyi isə bəlli deyil. 2 nömrəli Şəhər Poliklinikasından isə qripə qarşı vaksinin olduğunu söylədilər. Əlaqə saxladığımız 11 nömrəli Şəhər Poliklinikasından isə bildirilər ki, tibb müəssisəsində cəmi bir ədəd vaksin qalıb. 15 nömrəli Şəhər Poliklinikasından isə qripə qarşı vaksinin olduğunu söylədilər. 13 nömrəli Şəhər Poliklinikasında isə qrip peyvəndi yoxdur.
Uşaq polikilinikalarının bəzilərində qripə qarşı peyvənd qurtarıb. Belə ki, 11 nömrəli Uşaq Poliklinikasından qrip vaksinin olmadığını bildirdilər. 12 və 19 nömrəli Uşaq Poliklinikasından qrip vaksininin olduğunu söylədilər. Məlum oldu ki, 14 nömrəli Uşaq Poliklinikasında isə qripə qarşı peyvənd qurtarıb. 22 nömrəli Uşaq Poliklinikasından isə dedilər ki, qrip peyvəndinin olub-olmadığı barədə onlarda bir məlumat yoxdur.
Göründüyü kimi, kiçik araşdırmadan məlum oldu ki, hələ paytaxtda polikilinikaların bəzilərində qripə qarşı vaksin yoxdur.
Qeyd edək ki, dünyada yenidən yayılan metapnevmovirusa qarşı vaksin olmasa da, nazirlik əhalini qripə qarşı peyvənddən yararlanmağa çağırıb.
"Kifayət qədər vaksin ehtiyatı var"
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Azərbaycanda qrip əleyhinə kifayət qədər vaksin ehtiyatı olduğu üçün əlavə vaksinlərin alınması nəzərdə tutulmayıb. Məlumata görə, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
"Payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyaları yayılır. Əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi ölkəyə mövsümi qrip əleyhinə "Abbott" şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirib və səhiyyə nazirinin müvafiq əmrinə əsasən ötən il sentyabr ayının 10-dan vaksinasiyaya başlanılıb", - deyə nazirlikdən bildirilib.
Sputnik Azərbaycan-ın polikilinikalarda qripə qarşı vaksinin kifayət qədər olub-olmadığı barədə araşdırması zamanı isə məlum olub ki, polikilinikaların bəzilərində qrip vaksini qurtarıb.
Vaksin metapnevmovirusdan qoruyacaqmı?
Azərbaycan Tibb Universitetinin Pulmonologiya şöbəsinin həkimi Günel Sadıqova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qripə qarşı peyvəndlər əslində noyabr ayının əvvəlinədək vurulmaldıır. O, bütün vaksinlərin xəstəlikdən 100 faiz qorumadığını söyləyib. Bildirib ki, peyvəndlər xəstəliyə qarşı immunitet yaradır.
"Metapnevmovirusa qarşı ayrıca peyvənd mövcud deyil. Ona görə də, əhaliyə qripə qarşı vaksindən istifadə etmək tövsiyyə edilir. Yaxşı olar ki, xroniki xəstəlikləri olanlar, risk qrupuna daxil olan insanlar qripə qarşı vaksindən faydalansınlar. Bu, xətəliyin nisbətən yüngül keçməsinə imkan yaradır", - deyə müsahibimiz bildirib.
G.Sadıqova metapnevmovirusun heç də hər zaman pnevmoniya vermədiyini söyləyib. Həkim bildirib ki, bəzi insanlar virusun adından narahat olub bunun pnevmoniyaya səbəb olduğunu düşünsələr də bu yalnışdır.
"Metapnevmovirus həmişə pnevmoniyaya səbəb olmur. Viruslar viral formadan sonra bakteriyaya keçdiyi halda pnevmoniyaya səbəb olur. Ona görə də, əhaliyə hər il qripə qarşı vaksin olunmaq tövsiyyə edilir. Qrip vaksini vurduran insanlar qoruyuculuq olduğundan xəstəliyi yüngül keçirirlər. Bu səbəbdən tövsiyyə edirik ki, immun sistemi zəif olan, xroniki xəstələr qripə qarşı vaksini vurdursunlar", - deyə G.Sadıqova söyləyib.
Metapnevmovirus kimlər üçün təhlükəlidir?
Xatırladaq ki, son günlər Çində yayılan virus Qazaxıstan, Qırğızıstan, Ukrayna ərazisində də qeydə alınıb. Getdikcə vüsət olan xəstəlik virusa qarşı peyvənd məsələsini gündəmə gətirib.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov Sputnik Azərbaycan-a bildirib ki, insan metapnevmovirusu yeni virus deyil. Bu virus illərdir ki, mövcuddur. Sadəcə olaraq soyuqla əlaqədar müxtəlif ölkələrdə vaxtaşırı olaraq müxtəlif səviyyəli xəstəliklər törədə bilər.
"Bu virus kəskin reseptor virus infeksiyalarından biridir və hazırda elmə bu cür 200-ə qədər virus məlumdur. İnfeksiyanın gedişi bir o qədər ağır deyil. İmmun sistemi normal olan insanlar bu xəstəliyi yüngül keçirir və qısa müddət ərzində sağalır. Əgər virusa yoluxan şəxsin immun sistemində bir qüsur varsa və ya həmin şəxs infeksiyanın fəsadlaşmasının risk qrupuna daxildirsə, xəstəlik gedişatında xoşagəlməz fəsadlar ola bilər. Körpələr, uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olan insanlar risk qrupuna daxil olan şəxslərdir. Ona görə də risk qrupuna daxil olan şəxslər diqqətli olmalıdırlar. Onlarda qripəbənzər əlamətlər varsa, xəstələndiyi ilk gündən həkimə müracət etməlidirlər ki, xəstəlikdə fəsad yaranarsa, vaxtında aşkar olunsun və adekvat tədbirlər görülsün. Sağlam əhali qrupunda isə bu viruslar heç bir problem törədən deyil və 7-10 gün ərzində fəsadsız ötüşür".
Həkim vurğulayıb ki, koronavirus pandemiyası dövründə əhaliyə tövsiyə edilən tədbirlər bu virus zamanı da keçərlidir və yoluxmanın qarşısının alınmasına səbəb ola bilər.
"Metapnevmovirus üçün xüsusi peyvənd hazırlanmayıb. Yalnız qripə qarşı peyvənd etdirməklə biz özümüzü qripdən qorumuş oluruq. Nəzərə almaq lazımdır ki, qrip infeksiyası ilə müqayisədə metapnevmovirus daha yüngül keçir və daha az fəsadlaşır. Hava-damcı infeksiyaları üçün sərhəd yoxdur, yəni bu infeksiyalar ölkədən-ölkəyə, insandan-insana yayıla bilər. Hələ qış ayları qabaqdadır və bu dövrdə bu tip infeksiyanın Azərbaycana gələcəyi istisna olunmur. Lakin nəzərə alsaq ki, böyük əksəriyyətdə bu, yüngül keçir, ağırlaşma yaratmır, hesab edirəm ki, mətbuatda yaranmış ajiotajın heç bir elmi əsası yoxdur. Sadəcə olaraq insanlar bu dövrdə qeyd etdiyimiz qaydalara əməl etməklə virusdan qoruna bilərlər", - deyə infeksionist əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.