https://sputnik.az/20250109/erdogan-suriyaya-500-milyard-dollar-zerer-deydiyini-bildirib-469911346.html
Ərdoğan Suriyaya 500 milyard dollar zərər dəydiyini bildirib
Ərdoğan Suriyaya 500 milyard dollar zərər dəydiyini bildirib
Sputnik Azərbaycan
Ərdoğan Türkiyə-Suriya sərhədinin 910 kilometr olduğunu da xatırladıb və beləliklə, Suriyadakı hadisələrin Ankara üçün niyə hər cəhətdən xüsusi maraq kəsb... 09.01.2025, Sputnik Azərbaycan
2025-01-09T19:33+0400
2025-01-09T19:33+0400
2025-01-09T19:33+0400
ərdoğan
dünya xəbərləri
suriya
türkiyə
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
zərər
əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e8/09/17/467581856_0:260:3072:1988_1920x0_80_0_0_fddd3c8918bab5583cd5af87a308ddb9.jpg
BAKI, 9 yanvar — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, son 13 ildə Suriyaya dəyən ziyan 500 milyard dollardan çox olub. O, ərəb dövlətlərini viran olmuş ölkənin bərpasına dəstək verməyə çağırıb. Bu barədə o, yanvarın 7-də Ankarada çıxış edərkən danışıb. "13 il ərzində baş verən kütləvi qətlin Suriyaya vurduğu ziyan 500 milyard dolları ötüb... Oraya səfər edən komandalarımızın fikrincə, yerlərdəki mənzərə gözləniləndən qat-qat pisdir" - Ərdoğan bildirib. O qeyd edib ki, Suriyanın ərəb və İslam dünyasının dəstəyinə ehtiyacı var: "Beynəlxalq ictimaiyyətin ölkənin yenidən qurulması prosesinə daha çox töhfə verməsi vacibdir". Ərdoğan Türkiyə-Suriya sərhədinin 910 kilometr olduğunu da xatırladıb və beləliklə, Suriyadakı hadisələrin Ankara üçün niyə hər cəhətdən xüsusi maraq kəsb etdiyini izah edib. Bundan əvvəl bildirilmişdi ki, Ankara və Dəməşq Suriyada kürd yaraqlıları silahı yerə qoymaqdan imtina edəcəyi təqdirdə onlara qarşı birgə əməliyyat keçirməyə hazırlaşırlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/17/467581856_341:0:3072:2048_1920x0_80_0_0_b4dce25746eee1cc22b23dded1e5fe4f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ərdoğan, suriya, türkiyə, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, zərər, əməliyyat
ərdoğan, suriya, türkiyə, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, zərər, əməliyyat
Ərdoğan Suriyaya 500 milyard dollar zərər dəydiyini bildirib
Ərdoğan Türkiyə-Suriya sərhədinin 910 kilometr olduğunu da xatırladıb və beləliklə, Suriyadakı hadisələrin Ankara üçün niyə hər cəhətdən xüsusi maraq kəsb etdiyini izah edib.
BAKI, 9 yanvar — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, son 13 ildə Suriyaya dəyən ziyan 500 milyard dollardan çox olub. O, ərəb dövlətlərini viran olmuş ölkənin bərpasına dəstək verməyə çağırıb.
Bu barədə o, yanvarın 7-də Ankarada çıxış edərkən danışıb.
"13 il ərzində baş verən kütləvi qətlin Suriyaya vurduğu ziyan 500 milyard dolları ötüb... Oraya səfər edən komandalarımızın fikrincə, yerlərdəki mənzərə gözləniləndən qat-qat pisdir" - Ərdoğan bildirib.
O qeyd edib ki, Suriyanın ərəb və İslam dünyasının dəstəyinə ehtiyacı var: "Beynəlxalq ictimaiyyətin ölkənin yenidən qurulması prosesinə daha çox töhfə verməsi vacibdir".
Ərdoğan Türkiyə-Suriya sərhədinin 910 kilometr olduğunu da xatırladıb və beləliklə, Suriyadakı hadisələrin Ankara üçün niyə hər cəhətdən xüsusi maraq kəsb etdiyini izah edib.
Bundan əvvəl bildirilmişdi ki, Ankara və Dəməşq Suriyada kürd yaraqlıları silahı yerə qoymaqdan imtina edəcəyi təqdirdə onlara qarşı birgə əməliyyat keçirməyə hazırlaşırlar.