DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya sərhədçiləri Türkiyə-Ermənistan sərhədindən çəkilir?

© Sputnik / Александр Кондратюк / Mediabanka keçidRusiya sərhədçisi, arxiv
Rusiya sərhədçisi, arxiv - Sputnik Azərbaycan, 1920, 08.01.2025
Abunə olmaq
Mirzoyanın qeyd edib ki, Rusiya sərhədçiləri lazım olan qurum və strukturları formalaşdırana qədər müvəqqəti olaraq yerləşdirilib.
BAKI, 8 yanvar — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhədin Ermənistansərhədçiləri tərəfindən müstəqil mühafizəsinin mümkünlüyünü etiraf edib. Bu barədə Ermənistan XİN rəhbəri mətbuat konfransında müvafiq sualı cavablandırarkən deyib.
Mirzoyanın qeyd edib ki, Rusiya sərhədçiləri Türkiyə və İranla sərhəddə, həm də "Zvartnots" hava limanının keçid məntəqəsində Ermənistan tərəfi müstəqil xidmət göstərmək, bunun üçün lazım olan qurum və strukturları formalaşdırana qədər müvəqqəti olaraq yerləşdirilib.

"Türkiyəyə gəlincə, sərhəd açılsa, etimad olarsa, o zaman bu mövzu müzakirə oluna bilər. Hazırda Rusiya bazasının çıxarılması məsələsi gündəmdə deyil", - Mirzoyan deyib.

Mirzoyan bildirib ki, İrəvanın gündəliyinə Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda olması ilə bağlı razılaşmanın dəyişdirilməsi məsələsi daxil deyil.
2024-cü il avqustun 1-dən Rusiya sərhədçiləri İrəvan Zvartnots hava limanında sərhəd-keçid məntəqəsində xidmətini dayandırıb. 2024-cü il oktyabrın 8-də isə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüşdə Ermənistan-İran sərhədindəki keçid məntəqəsindən rusiyalı hərbçiləri Ermənistan sərhədçilərinin əvəzləməsi barədə razılıq əldə olunub.
Xatırladaq ki, 102-ci Rusiya hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilib. 2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır. Aviabazanın şəxsi heyəti MDB ölkələrinin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemində hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0