https://sputnik.az/20250108/ran-ali-milli-tehlukesizlik-surasinin-katibi-azerbaycana-geldi-469877966.html
Regiondankənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməzdir - Prezident
Regiondankənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməzdir - Prezident
Sputnik Azərbaycan
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluq duyduğunu qeyd edib. 08.01.2025, Sputnik Azərbaycan
2025-01-08T16:09+0400
2025-01-08T16:09+0400
2025-01-08T16:09+0400
iran
siyasət
təhlükəsizlik şurası
azərbaycan
səfər
https://cdnn1.img.sputnik.az/img/07e9/01/08/469881134_0:147:3116:1900_1920x0_80_0_0_e6a335b42d5da8e4317fb1d711ce866c.jpg
BAKI, 8 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib. Bu barədə Azərtac xəbər yayıb.Dövlətimizin başçısı Əli Əkbər Əhmədianın ölkəmizə səfərinin əlaqələrimizin inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.Qəbula görə minnətdarlığını bildirən qonaq qeyd edib ki, dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluq duyur.Əli Əkbər Əhmədian İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırıb.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın Ali Rəhbərinə və Prezidentinə çatdırmağı xahiş edib.Əli Əkbər Əhmədian vurğulayıb ki, regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin oxşarı yoxdur və bu cür qədim əlaqələrə malik iki ölkə tapmaq mümkün deyil.O, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırdı və bütün bunlara görə çox sevindiklərini deyib.Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərə görə təşəkkürünü bildirib.Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan işğal dövründə Azərbaycanın həmin ərazilərini darmadağın edib, mədəni və dini abidələrimizi, o cümlədən məscidlərimizi təhqirə məruz qoyub, ibadət ocaqlarında donuz və inək saxlayıb.Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin və bu baxımdan Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının vacibliyinə toxunulub, Azərbaycanda bu istiqamətdə böyükhəcmli yüklərin olduğu bildirildi. Həmçinin “Araz dəhlizi” layihəsi və bu çərçivədə Ağbənd məntəqəsi istiqamətində, Araz çayı üzərində körpülərin və yol-nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı fikir mübadiləsi aparılıb, bu layihənin də regional nəqliyyat bağlantılarının inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edilib. Azərbaycan ilə İran arasında Araz çayı boyunca su elektrik stansiyalarının inşası layihələri müzakirə olunub. Azərbaycan, Rusiya və İran arasında elektrik xətlərinin birləşdirilməsi məsələsinə toxunuldu, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulanıb.Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olundu, yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib. İclas çərçivəsində dövlət başçıları tərəfindən qeyd olunan konkret layihələrin müzakirəsi baxımından əlverişli imkanın olacağına ümidvarlıq ifadə edilib.08.01.25, 15:05Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.08.01.25, 12:57İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana gəlib. Tasnim xəbər agentliyinin məlumatına görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian təhlükəsizlik diplomatiyasına uyğun olaraq və Cənubi Qafqaz regionu ölkələri ilə siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə, azərbaycanlı və erməni həmkarlarının dəvəti ilə əvvəlcədən razılaşdırılmış səfər çərçivəsində yanvarın 8-i səhər saatlarında Azərbaycanın paytaxtı Bakıya gəlib. Bakı hava limanındaonu azərbaycanlı həmkarı Ramil Usubov qarşılayıb. Agentliyin məlumatına görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə, İrəvanda isə Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşəcək və danışacaq. Siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, o cümlədən enerji, dəhlizlər və Cənubi Qafqaz regionunda sülh və sabitliklə bağlı məsələlərdə qarşılıqlı əlaqələrin artırılması üçün məsləhətləşmələr bu səfərin məqsədlərindən olduğu qeyd olunur. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ilə İran arasında münasibətlərə, İranın yeni rəhbərliyinin bundan sonrakı siyasətinə toxunub. Prezident bildirib ki, hazırkı İran rəhbərliyi ilə elə ciddi təmasları olmayıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/08/469881134_194:0:2923:2047_1920x0_80_0_0_cbbe0188cca8d263a43397cc6933babc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, təhlükəsizlik şurası, azərbaycan, səfər
iran, təhlükəsizlik şurası, azərbaycan, səfər
Regiondankənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməzdir - Prezident
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluq duyduğunu qeyd edib.
BAKI, 8 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib. Bu barədə Azərtac xəbər yayıb.
Dövlətimizin başçısı Əli Əkbər Əhmədianın ölkəmizə səfərinin əlaqələrimizin inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.
Qəbula görə minnətdarlığını bildirən qonaq qeyd edib ki, dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluq duyur.
Əli Əkbər Əhmədian İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın Ali Rəhbərinə və Prezidentinə çatdırmağı xahiş edib.
Əli Əkbər Əhmədian vurğulayıb ki, regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin oxşarı yoxdur və bu cür qədim əlaqələrə malik iki ölkə tapmaq mümkün deyil.
O, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırdı və bütün bunlara görə çox sevindiklərini deyib.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Prezident İlham Əliyev xalqlarımızın çox sıx tellərlə bir-birinə bağlı olduğunu deyərək, iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının vacibliyini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, ölkəmiz İran İslam Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir. İranda yeni prezident seçkilərindən sonra Azərbaycanın bir neçə yüksəksəviyyəli nümayəndə heyətinin bu ölkəyə səfər etdiyi məmnunluqla xatırlanıb.
Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərə görə təşəkkürünü bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan işğal dövründə Azərbaycanın həmin ərazilərini darmadağın edib, mədəni və dini abidələrimizi, o cümlədən məscidlərimizi təhqirə məruz qoyub, ibadət ocaqlarında donuz və inək saxlayıb.
Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan 3+3 formatının təşəbbüskarı da məhz Azərbaycan Respublikası olub. Regiondankənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha qeyd edilib.
Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin və bu baxımdan Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının vacibliyinə toxunulub, Azərbaycanda bu istiqamətdə böyükhəcmli yüklərin olduğu bildirildi. Həmçinin “Araz dəhlizi” layihəsi və bu çərçivədə Ağbənd məntəqəsi istiqamətində, Araz çayı üzərində körpülərin və yol-nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı fikir mübadiləsi aparılıb, bu layihənin də regional nəqliyyat bağlantılarının inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edilib. Azərbaycan ilə İran arasında Araz çayı boyunca su elektrik stansiyalarının inşası layihələri müzakirə olunub. Azərbaycan, Rusiya və İran arasında elektrik xətlərinin birləşdirilməsi məsələsinə toxunuldu, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olundu, yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib. İclas çərçivəsində dövlət başçıları tərəfindən qeyd olunan konkret layihələrin müzakirəsi baxımından əlverişli imkanın olacağına ümidvarlıq ifadə edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana gəlib. Tasnim xəbər agentliyinin məlumatına görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian təhlükəsizlik diplomatiyasına uyğun olaraq və Cənubi Qafqaz regionu ölkələri ilə siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə, azərbaycanlı və erməni həmkarlarının dəvəti ilə əvvəlcədən razılaşdırılmış səfər çərçivəsində yanvarın 8-i səhər saatlarında Azərbaycanın paytaxtı Bakıya gəlib.
Bakı hava limanındaonu azərbaycanlı həmkarı Ramil Usubov qarşılayıb.
Agentliyin məlumatına görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə, İrəvanda isə Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşəcək və danışacaq.
Siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, o cümlədən enerji, dəhlizlər və Cənubi Qafqaz regionunda sülh və sabitliklə bağlı məsələlərdə qarşılıqlı əlaqələrin artırılması üçün məsləhətləşmələr bu səfərin məqsədlərindən olduğu qeyd olunur.
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ilə İran arasında münasibətlərə, İranın yeni rəhbərliyinin bundan sonrakı siyasətinə toxunub. Prezident bildirib ki, hazırkı İran rəhbərliyi ilə elə ciddi təmasları olmayıb.
"Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi”, - Azərbaycan prezidenti bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.