Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qubada 3 nəfəri it dişlədi

© Sputnik / Irade JELILİt, arxiv
İt, arxiv - Sputnik Azərbaycan, 1920, 08.01.2025
Abunə olmaq
Rəsmi məlumata görə, xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub
BAKI, 8 yanvar — Sputnik. Ötən gün Qubada 3 nəfəri it dişləyib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yanvarın 7-si müxtəlif saatlarda Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə 3 nəfər xəsarət alıb.
Rəsmi məlumata görə, xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"2018-ci il təvəllüdlü oğlana sol yanağın və gicgah çənə nahiyəsinin çoxsaylı cırılmış açıq yarası, 1960-ci il təvəllüdlü qadına burunun kəsilmiş, cırılmış açıq yarası, sağ saidin didilmiş, sıyrılmış yarası, 1959-cu il təvəllüdlü qadına isə sağ əlin 3 və 4-cü barmaqlarının kəsilmiş, cırılmış yarası, sağ saidin arxa səthinin kəsilmiş açıq yarası diaqnozu təyin olunub. Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərildikdən və quduzluq əleyhinə vaksin vurulduqdan sonra onlardan iki nəfər - 1960-cı il və 2018-ci il təvəllüdlü pasiyentlər həmin gün Bakı şəhərində yerləşən Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar. 1959-cu il təvəllüdlü şəxs isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb".

Xatırladaq ki, keçən ilin sentyabr ayında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri vəzifələrini icra edən Aytəkin Qurbanova deyib ki, Azərbaycanda 2024-cü ilin ötən dövrü ərzində 29489 heyvan dişləməsi qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin keçən dövrü ərzində heyvan dişləməsinə məruz qalanların sayı 800 nəfər azalıb.
Mütəxəssisin sözlərinə görə, heyvan dişləməsinə məruz qalanlarların quduzluğa qarşı antirabik vaksinlə əhatə olunması təmin edilib. Hazırda tibb müəssisələrində kifayət qədər antirabik vaksin var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0