Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev Aİ-nin xüsusi nümayəndəsini qəbul edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
 - Sputnik Azərbaycan, 1920, 08.01.2025
Abunə olmaq
Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşı olduğunu deyən qonaq vurğulayıb ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlıdır.
BAKI, 8 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Maqdalena Qrono yeni vəzifədə İlham Əliyev tərəfindən qəbul olunmasına görə minnətdarlığını ifadə edib.
O, təyyarə qəzası ilə bağlı dərin hüznlə başsağlığını çatdıraraq, aviaqəzanın bütün səbəblərinin hərtərəfli şəkildə araşdırılacağına ümidvar olduğunu bildirib.
Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşı olduğunu deyən qonaq vurğulayıb ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlıdır.
Maqdalena Qrono Azərbaycanın region və onun hüdudlarından kənar kontekstində əhəmiyyətinə toxunaraq, bu xüsusda Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun önəmini vurğulayıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini deyən qonaq, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın zəngin tarixə malik olduğunu vurğulayıb. Bu xüsusda, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji, nəqliyyat, investisiyalar, ticarət və qarşılıqlı maraq doğuran digər sahələrlə bağlı məsələlərə toxunulub.
Dövlətimizin başçısı Azərbaycanın Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib və Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesinin ikitərəfli müstəvidə aparıldığını deyib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı üçün təmasların davam etdirilməsinin vacibliyi vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0