https://sputnik.az/20250108/neft-qiymetleri-bahalasir---ne-bas-verir-469872482.html
Neft qiymətləri bahalaşır - Nə baş verir?
Neft qiymətləri bahalaşır - Nə baş verir?
Sputnik Azərbaycan
Lakin analitiklər gələcəkdə neft qiymətlərinin aşağı düşəcəyini gözləyirlər, çünki OPEC-ə daxil olmayan ölkələrdə hasilatın artacağı proqnozlaşdırılır. 08.01.2025, Sputnik Azərbaycan
2025-01-08T10:58+0400
2025-01-08T10:58+0400
2025-01-08T10:58+0400
neft
neft-qaz
qiymət
brent
azeri light markalı neft
azərbaycan
opec
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465129539_0:160:3072:1888_1920x0_80_0_0_0350db083ea694cfdeafb1f70020e27a.jpg
BAKI, 8 yanvar — Sputnik. Bü gün dünya bazarlarında neft qiymətləri bahalaşıb. OPEC-in neft hasilatının azalması, ABŞ-də iş yerlərinin gözlənilməz artımı qiymətlərin yüksəlməsinə səbəb olub. Belə ki, OPEC-in neft hasilatı iki aylıq artımdan sonra dekabrda azalıb. ABŞ-də iş yerlərinin artması, iqtisadi fəallığın genişlənməsinə və bunun nəticəsində neftə tələbatın artmasına işarə edir. "Brent" markalı neft 28 sent artaraq 77,33 dollar, ABŞ-nin Qərbi Texas nefti 40 sent bahalaşaraq 74,65 dollar olub. "Azeri Light" markalı Azərbaycan nefti 15 sent artaraq 79,63 dollar təşkil edib. Lakin analitiklər gələcəkdə neft qiymətlərinin aşağı düşəcəyini gözləyirlər, çünki OPEC-ə daxil olmayan ölkələrdə hasilatın artacağı proqnozlaşdırılır. Qeyd edək ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak "OPEC plyus" nazirlərinin görüşünün yekunlarına dair "Rossiya-24" telekanalına müsahibəsində bildirib ki, OPEC plyus" ölkələri birlikdə saziş şərtlərini 100%-dən çox yerinə yetirir. Xatırladaq ki, "OPEC plyus" ölkələri 2025-ci il üçün razılaşdırılmış neft hasilatı kvotalarını 2026-cı ilə qədər uzatmaq qərarına gəlib. Eyni zamanda alyans səkkiz ölkənin sadiq qaldığı 2,2 milyon barel/gündəlik könüllü azalmaların müddətini 2025-ci ilin birinci rübünün sonuna qədər artırıb. Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu görüşü isə 2025-ci ilin 28 may tarixinə təyin edilib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465129539_171:0:2902:2048_1920x0_80_0_0_1d2d0de5d7dcae708aed213b9dad756d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, brent, azeri light markalı neft, azərbaycan, opec
neft, qiymət, brent, azeri light markalı neft, azərbaycan, opec
Neft qiymətləri bahalaşır - Nə baş verir?
Lakin analitiklər gələcəkdə neft qiymətlərinin aşağı düşəcəyini gözləyirlər, çünki OPEC-ə daxil olmayan ölkələrdə hasilatın artacağı proqnozlaşdırılır.
BAKI, 8 yanvar — Sputnik. Bü gün dünya bazarlarında neft qiymətləri bahalaşıb. OPEC-in neft hasilatının azalması, ABŞ-də iş yerlərinin gözlənilməz artımı qiymətlərin yüksəlməsinə səbəb olub. Belə ki, OPEC-in neft hasilatı iki aylıq artımdan sonra dekabrda azalıb. ABŞ-də iş yerlərinin artması, iqtisadi fəallığın genişlənməsinə və bunun nəticəsində neftə tələbatın artmasına işarə edir.
"Brent" markalı neft 28 sent artaraq 77,33 dollar, ABŞ-nin Qərbi Texas nefti 40 sent bahalaşaraq 74,65 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti 15 sent artaraq 79,63 dollar təşkil edib.
Lakin analitiklər gələcəkdə neft qiymətlərinin aşağı düşəcəyini gözləyirlər, çünki OPEC-ə daxil olmayan ölkələrdə hasilatın artacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak "OPEC plyus" nazirlərinin görüşünün yekunlarına dair "Rossiya-24" telekanalına müsahibəsində bildirib ki, OPEC plyus" ölkələri birlikdə saziş şərtlərini 100%-dən çox yerinə yetirir.
Xatırladaq ki, "OPEC plyus" ölkələri 2025-ci il üçün razılaşdırılmış neft hasilatı kvotalarını 2026-cı ilə qədər uzatmaq qərarına gəlib. Eyni zamanda alyans səkkiz ölkənin sadiq qaldığı 2,2 milyon barel/gündəlik könüllü azalmaların müddətini 2025-ci ilin birinci rübünün sonuna qədər artırıb.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu görüşü isə 2025-ci ilin 28 may tarixinə təyin edilib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 dollardan hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.