https://sputnik.az/20250108/girov-goturulmus-gemilerimizle-bagli-senedlesme-yekunlasmaq-uzredir---sirketden-aciqlama-469887007.html
Girov götürülmüş gəmilərimizlə bağlı sənədləşmə yekunlaşmaq üzrədir - Şirkətdən açıqlama
Girov götürülmüş gəmilərimizlə bağlı sənədləşmə yekunlaşmaq üzrədir - Şirkətdən açıqlama
Sputnik Azərbaycan
Şirkətdən bildirilib ki, aparılan danışıqların nəticəsi olaraq, Eritreyanın müvafiq qurumları ilə məsələnin həllinə nail olmaq üçün şirkət səlahiyyətli... 08.01.2025, Sputnik Azərbaycan
2025-01-08T16:43+0400
2025-01-08T16:43+0400
2025-01-08T16:43+0400
gəmi
azərbaycan xəbərləri
azərbaycan
vətəndaş
əcnəbi
https://cdnn1.img.sputnik.az/img/07e9/01/08/469886839_0:160:3074:1889_1920x0_80_0_0_3133df097e00c9bfba7b6b190b753c47.jpg
BAKI, 8 yanvar — Sputnik. "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialına məxsus gəmilərin sərbəst buraxılması üçün müvafiq sənədləşmə prosesi tamamlanmaq üzrədir. Sputnik Azərbaycan-a bu barədə şirkətdən məlumat verilib. Xatırladaq ki, "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib.Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb. Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.Hadisə ilə bağlı ilkin məlumatlar 2024-cü il noyabrın 7-də Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra məsələ nəzarətə götürülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/08/469886839_172:0:2903:2048_1920x0_80_0_0_d855e601fc90b5a80dd56312c0d4cbdc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gəmi, azərbaycan, vətəndaş, əcnəbi
gəmi, azərbaycan, vətəndaş, əcnəbi
Girov götürülmüş gəmilərimizlə bağlı sənədləşmə yekunlaşmaq üzrədir - Şirkətdən açıqlama
Şirkətdən bildirilib ki, aparılan danışıqların nəticəsi olaraq, Eritreyanın müvafiq qurumları ilə məsələnin həllinə nail olmaq üçün şirkət səlahiyyətli nümayəndələr təyin edib.
BAKI, 8 yanvar — Sputnik. "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialına məxsus gəmilərin sərbəst buraxılması üçün müvafiq sənədləşmə prosesi tamamlanmaq üzrədir. Sputnik Azərbaycan-a bu barədə şirkətdən məlumat verilib.
"Aparılan danışıqların nəticəsi olaraq, Eritreyanın müvafiq qurumları ilə məsələnin həllinə nail olmaq üçün şirkət səlahiyyətli nümayəndələr təyin edib və hazırda yoxlamanın yekunlaşması və gəmilərin sərbəst buraxılması üçün müvafiq sənədləşmə prosesi tamamlanmaq üzrədir. Şirkətin səlahiyyətli nümayəndələri heyət üzvləri ilə daim sıx əlaqədədir və heyətin ərzaq təchizatı, eləcə də digər təchizat məsələlərində hər hansı problem mövcud deyil. Həmçinin, heyət üzvlərinin öz yaxınları ilə vaxtaşırı əlaqə saxlaya bilməsi üçün bütün texniki imkanları şirkət təmin edib", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib.
Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb. Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.
Hadisə ilə bağlı ilkin məlumatlar 2024-cü il noyabrın 7-də Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra məsələ nəzarətə götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.