SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bələdiyyə seçkiləri ilə bağlı səsvermə protokollarının DSK-lara verilməsi sabah başa çatır

© Sputnik / Rahim MuradovLənkəranda bələdiyyə seçkiləri, arxiv
Lənkəranda bələdiyyə seçkiləri, arxiv - Sputnik Azərbaycan, 1920, 08.01.2025
Abunə olmaq
Həmçinin, bələdiyyə seçkilərində "exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbulu müddəti sabah başa çatır.
BAKI, 8 yanvar — Sputnik. Azərbaycanda yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına (DSK) verilməsi müddəti sabah başa çatır.
Bu barədə məlumat "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, protokollar səsvermə gününə azı 20 gün qalanadək DSK-lara verilməlidir.
Təqvim planında bu müddət 2025-ci il yanvarın 9-da başa çatır.
Həmçinin, bələdiyyə seçkilərində "exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbulu müddəti sabah başa çatır.
Seçki Məcəlləsinə əsasən, "exit-poll" keçirmək niyyətində olan təşkilatlar Mərkəzi Seçki Komissiyasına (MSK) səsvermə gününə ən azı 20 gün qalanadək müraciət etməlidirlər.
Təqvim planında bu müddət 2025-ci il yanvarın 9-da başa çatır.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.
"Bələdiyyə seçkilərində 16174 nəfərin namizədliyi qeydə alınıb". Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, namizədlər 23 siyasi partiyanı təmsil edirlər: "Onlardan 8429 nəfəri siyasi partiyanın nümayəndələridir".
Məzahir Pənahov əlavə edib ki, bələdiyyə seçkiləri üçün 25685 yerli müşahidəçi akkreditasiyadan keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0