https://sputnik.az/20250108/aviasiya-personali-hazirlayan-xarici-telim-teskilatlarinin-taninmasi-qaydasi-tesdiqlenib-469886539.html
Aviasiya personalı hazırlayan xarici təlim təşkilatlarının tanınması Qaydası təsdiqlənib
Aviasiya personalı hazırlayan xarici təlim təşkilatlarının tanınması Qaydası təsdiqlənib
Sputnik Azərbaycan
Qayda “Aviasiya haqqında” qanunun 29.5-ci maddəsinə uyğun olaraq hazırlanıb və digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan... 08.01.2025, Sputnik Azərbaycan
2025-01-08T19:46+0400
2025-01-08T19:46+0400
2025-01-08T19:46+0400
aviasiya
qayda
tibbi personal
cəmiyyət
nazirlər kabineti
əli əsədov
müqavilə
https://cdnn1.img.sputnik.az/img/07e9/01/08/469885554_0:71:3071:1798_1920x0_80_0_0_9ff6fad38c3bd54924d380b7c8999aac.jpg
BAKI, 8 yanvar — Sputnik. Nazirlər Kabineti "Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinin tanınması Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qayda "Aviasiya haqqında" qanunun 29.5-ci maddəsinə uyğun olaraq hazırlanıb və digər dövlətdə yerləşən aviasiya personalının, habelə aviasiya personalının şəhadətnamə, vəsiqə və sertifikatlarını almaq istəyən namizədlərin və tələbələrin hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinin tanınması ilə bağlı tələbləri müəyyən edir. Qayda ilə tənzimlənməyən məsələlər "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiya və həmin Konvensiyaya 1 saylı Əlavə - "Aviasiya personalının sertifikatlaşdırılması" Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi, o cümlədən "Doc 9841, təlim təşkilatlarının təsdiqi haqqında Təlimat" nəzərə alınmaqla həyata keçirilir. Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinin tanınması həmin xarici təlim təşkilatlarının birbaşa müraciəti və ya bu Qaydaya nəzərdə tutulmuş müqavilə əsasında həyata keçirilir. Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir. Qaydada istifadə olunan anlayışlar adı çəkilən qanun, digər normativ hüquqi aktlar və mülki aviasiya sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyənləşdirilmiş mənaları ifadə edir. Xarici təlim təşkilatlarının tanınması digər dövlətdə verilmiş analoji sənədin şərtlərindən Azərbaycan Respublikasının ərazisində istifadə etmək imkanı verir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/08/469885554_340:0:3071:2048_1920x0_80_0_0_97038f7750db4906d6ff643f61f75c74.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aviasiya, qayda, tibbi personal, nazirlər kabineti, əli əsədov, müqavilə
aviasiya, qayda, tibbi personal, nazirlər kabineti, əli əsədov, müqavilə
Aviasiya personalı hazırlayan xarici təlim təşkilatlarının tanınması Qaydası təsdiqlənib
Qayda “Aviasiya haqqında” qanunun 29.5-ci maddəsinə uyğun olaraq hazırlanıb və digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan təlim-tədris mərkəzlərinin tanınması ilə bağlı tələbləri müəyyən edir.
BAKI, 8 yanvar — Sputnik. Nazirlər Kabineti "Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinin tanınması Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda "Aviasiya haqqında" qanunun 29.5-ci maddəsinə uyğun olaraq hazırlanıb və digər dövlətdə yerləşən aviasiya personalının, habelə aviasiya personalının şəhadətnamə, vəsiqə və sertifikatlarını almaq istəyən namizədlərin və tələbələrin hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinin tanınması ilə bağlı tələbləri müəyyən edir.
Qayda ilə tənzimlənməyən məsələlər "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiya və həmin Konvensiyaya 1 saylı Əlavə - "Aviasiya personalının sertifikatlaşdırılması" Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi, o cümlədən "Doc 9841, təlim təşkilatlarının təsdiqi haqqında Təlimat" nəzərə alınmaqla həyata keçirilir.
Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinin tanınması həmin xarici təlim təşkilatlarının birbaşa müraciəti və ya bu Qaydaya nəzərdə tutulmuş müqavilə əsasında həyata keçirilir.
Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.
Qaydada istifadə olunan anlayışlar adı çəkilən qanun, digər normativ hüquqi aktlar və mülki aviasiya sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyənləşdirilmiş mənaları ifadə edir.
Xarici təlim təşkilatlarının tanınması digər dövlətdə verilmiş analoji sənədin şərtlərindən Azərbaycan Respublikasının ərazisində istifadə etmək imkanı verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.