https://sputnik.az/20250108/alyaska-qazma-mehdudiyyetlerine-gore-abs-hokumetini-mehkemeye-verir-469879052.html
Alyaska qazma məhdudiyyətlərinə görə ABŞ hökumətini məhkəməyə verir
Alyaska qazma məhdudiyyətlərinə görə ABŞ hökumətini məhkəməyə verir
Sputnik Azərbaycan
Bayden hökuməti cəfəng qərarları ilə yalnız dünyada deyil, öz ölkəsində ciddi narazılıqlar yaradır. 08.01.2025, Sputnik Azərbaycan
2025-01-08T21:31+0400
2025-01-08T21:31+0400
2025-01-09T12:03+0400
alyaska
abş
dünya xəbərləri
hökumət
https://cdnn1.img.sputnik.az/img/07e9/01/08/469878574_0:9:1176:671_1920x0_80_0_0_fb2171f35e6a980143eb1b27b013e5fe.jpg
BAKI, 8 yanvar — Sputnik. Baydenin məmurlarının növbəti kazusu Alyaskada çalışan neftçilərlə bağlıdır. Hökumət nümayəndələrinin qəbul etdiyi qərar qədim azərbaycan misalında olan deyim xatırladır. Belə ki, Vaşınqtondakı "başbilənlər" Alyaska neftçilərinə fəaliyyət üçün yeni torpaq sahələri vermək qərarına gəliblər. Təbii ki müəyyən (özü də kiçik olmayan) məbləğ müqabilində. Amma bununla yanaşı neftçılərə elə məhdudiyyətlər qoyublar ki, onların tətbiqi həmin ərazilərdə işləməyi belə səmərəsiz edir. Nəticədə Amerikanın Alyaska ştatının hakimiyyət orqanları dekabr ayında sahil düzənliyində quyuların qazılmasına məhdud hüquqlar verdiyi üçün hazırkı prezident Co Baydenin hökumətini məhkəməyə verib. Bu haqda məhkəmə sənədinə istinadən Reuters xəbər verir. Agentlik bildirib ki, Alyaskanı təmsil edən vəkillər bazar ertəsi əyalət məhkəməsində iddia qaldırıblar. Sənəddə ABŞ federal hökumətinin 2024-cü ilin dekabrında sahilyanı düzənlik kimi tanınan ərazidə neft və qaz quyularının qazılmasına məhdudiyyətlərlə icazə vermək qərarına etiraz edir. Məlumata görə, sənəddə bildirilir ki, "səthin istifadəsinə və orada məskunlaşmağa dair məhdudiyyətlər ABŞ Daxili İşlər Nazirliyinin bu ay neft və qaz qazmaçıları arasında hərraca çıxarmağı planlaşdırdığı 162 min hektar torpaq sahəsinın mənimsənilməsini mümkünsüz və səmərəsiz edir". İddia ərizəsində qeyd olunur ki, Bayden administrasiyasının tədbirləri Arktika Milli qoruğunda gələcək neft kəşfiyyatı və qazma işlərini "ciddi şəkildə məhdudlaşdıracaq". Alyaska rəsmiləri məhkəmədən administrasiyanın dekabr qərarını ləğv etməyi və hökumətin hərraca çıxarılan icarə müqavilələrini bağlamağına qadağa qoymağını xahiş edirlər. Anchorage Daily News xəbər verir ki, ABŞ hökuməti Arktika Milli qoruğunda neft və qaz şirkətlərinə torpağın icarəyə verilməsini cümə günü reallışdırmağı planlaşdırır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/08/469878574_77:0:1122:784_1920x0_80_0_0_600768602d84cdba8468629b809748fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
alyaska, abş, hökumət
Alyaska qazma məhdudiyyətlərinə görə ABŞ hökumətini məhkəməyə verir
21:31 08.01.2025 (Yenilənib: 12:03 09.01.2025) Bayden hökuməti cəfəng qərarları ilə yalnız dünyada deyil, öz ölkəsində ciddi narazılıqlar yaradır.
BAKI, 8 yanvar — Sputnik. Baydenin məmurlarının növbəti kazusu Alyaskada çalışan neftçilərlə bağlıdır. Hökumət nümayəndələrinin qəbul etdiyi qərar qədim azərbaycan misalında olan deyim xatırladır. Belə ki, Vaşınqtondakı "başbilənlər" Alyaska neftçilərinə fəaliyyət üçün yeni torpaq sahələri vermək qərarına gəliblər. Təbii ki müəyyən (özü də kiçik olmayan) məbləğ müqabilində. Amma bununla yanaşı neftçılərə elə məhdudiyyətlər qoyublar ki, onların tətbiqi həmin ərazilərdə işləməyi belə səmərəsiz edir.
Nəticədə Amerikanın Alyaska ştatının hakimiyyət orqanları dekabr ayında sahil düzənliyində quyuların qazılmasına məhdud hüquqlar verdiyi üçün hazırkı prezident Co Baydenin hökumətini məhkəməyə verib. Bu haqda məhkəmə sənədinə istinadən Reuters xəbər verir.
Agentlik bildirib ki, Alyaskanı təmsil edən vəkillər bazar ertəsi əyalət məhkəməsində iddia qaldırıblar. Sənəddə ABŞ federal hökumətinin 2024-cü ilin dekabrında sahilyanı düzənlik kimi tanınan ərazidə neft və qaz quyularının qazılmasına məhdudiyyətlərlə icazə vermək qərarına etiraz edir.
Məlumata görə, sənəddə bildirilir ki, "səthin istifadəsinə və orada məskunlaşmağa dair məhdudiyyətlər ABŞ Daxili İşlər Nazirliyinin bu ay neft və qaz qazmaçıları arasında hərraca çıxarmağı planlaşdırdığı 162 min hektar torpaq sahəsinın mənimsənilməsini mümkünsüz və səmərəsiz edir".
İddia ərizəsində qeyd olunur ki, Bayden administrasiyasının tədbirləri Arktika Milli qoruğunda gələcək neft kəşfiyyatı və qazma işlərini "ciddi şəkildə məhdudlaşdıracaq". Alyaska rəsmiləri məhkəmədən administrasiyanın dekabr qərarını ləğv etməyi və hökumətin hərraca çıxarılan icarə müqavilələrini bağlamağına qadağa qoymağını xahiş edirlər.
Anchorage Daily News xəbər verir ki, ABŞ hökuməti Arktika Milli qoruğunda neft və qaz şirkətlərinə torpağın icarəyə verilməsini cümə günü reallışdırmağı planlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.