https://sputnik.az/20250108/aktyorun-olumu-boyuk-problemi-uze-cixardi-qohum-olmayanlar-donor-ola-bilermi-469862269.html
Aktyorun ölümü böyük problemi üzə çıxardı: Qohum olmayanlar donor ola bilərmi?
Aktyorun ölümü böyük problemi üzə çıxardı: Qohum olmayanlar donor ola bilərmi?
Sputnik Azərbaycan
Böyrək donorunun müəyyən edilməsinə artıq Etika Komissiyası qərar verir. 08.01.2025, Sputnik Azərbaycan
2025-01-08T09:30+0400
2025-01-08T09:30+0400
2025-01-08T09:30+0400
donor
səhiyyə
böyrək
böyrək çatışmazlığı
böyrək daşı xəstəliyi
sümük
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462463238_0:320:3072:2048_1920x0_80_0_0_72e8bbb746062052425947a5c20dce74.jpg
BAKI, 8 yanvar — Sputnik. "Azər Baxşəliyev transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina edib". Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən Sputnik Azərbaycan-ın mərhum aktyor Azər Baxşəliyevə 3-ü qohum olmayan şəxsdən böyrək köçürülməsinə imtina verilməsi iddialarına verilən cavabda bildirilib.Mərhum aktyora niyə böyrək köçürülməyib? Qeyd edək ki, aktyor Azər Baxşəliyevin yaxınları mətbuata açıqlamasında bildiriblər ki, Azər Baxşəliyevə 3-ü qohum olmayan şəxsdən böyrək köçürülməsinə imtina verilib. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən isə bildirilib ki, aktyor Azər Elxan oğlu Baxşəliyev 20.02.2024-cü il tarixində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb. 2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. 16.10.2024-cü il tarixdə xəstəxana sənədləri ODTKM daxil olub. 31.10.2024-cü il tarixdə Etika Komissiyasına sənədləri göndərilib. Lakin, Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib. Sputnik Azərbaycan 3-ü qohum olmayan şəxsdən böyrək köçürülməsinə hansı hallarda icazə verildiyini araşdırıb. Adının çəkilməsini istəməyən böyrək çatışmazlığından əziyyət çəkən xəstələrdən biri Sputnik Azərbaycan-a bildirib ki, böyrək köçürmə üçün növbəyə yazılsalar da uyğun donor tapılmır. Çünki, yaxın qohumların böyrəkləri könüllü donor olsalar da, bəzən yaş və keçirdikləri xəstəliklər səbəbindən işə yaramır. 3-cü qohum olmayan şəxslərdən isə böyrək donoru çox vaxt qəbul edilmir ki, alver predmeti ola bilər. Beləcə onlar illərlə böyrək üçün donor gözləməli olurlar. Qohum olmayan şəxsdən donor olar? Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasından Sputnik Azərbaycan-a bildirdilər ki, bu məsələ "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanunla tənzimlənir. Qanunun 29-cu maddəsinə görə, yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası (etika komissiyası) yaradılır. Qanunun 29.2 bəndinə görə, Etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir. Belə ki, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilən, resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. Belə ki, 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır. Həmçinin resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. Xəstəxanadan bildirdilər ki, böyrək donorunun müəyyən edilməsinə artıq Etika Komissiyası qərar verir. 3-ü qohum olmayan şəxsdən böyrək köçürülməsi zamanı orqanın köçürülməsində alver predmetinin olmadığı təsdiqlənməlidir. "Tutaq ki, orqanını donor kimi bağışlayan şəxs xəstənin dostudur. Bu zaman ondan uşaqlıq fotoları, bir sinifdə oxumasını təsdiq edən sənədlər tələb olunur. Bu zaman arxiv sənədləri araşdırılır. Əgər orqanın alver məqsədilə verilmədiyi barədə qanuna müvafiq olaraq Etika Komissiyası qərar verərsə, bu halda orqan 3-cü qohum olmayan şəxsdən köçürülə bilər", deyə xəstəxanadan bildiriblər. Qeyd edək ki, qanuna görə, canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükə, yaxud onun sağlamlığında bərpa olunmaz pozuntular yaranmasın. Orqan transplantasiyası növbəsi gözləyənlərin çoxu böyrək xəstələridir Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən verilən məlumata görə, hazırda Azərbaycanda transplantasiya üçün növbədə olanların siyahısına böyrək transplantasiyası gözləyənlər başçılıq edir. İkinci yerdə sümük iliyi, üçüncü yerdə qara ciyər transplantasiyası gözləyənlər dayanır. Hazırda Azərbaycana orqan idxalı da həyata keçirilir. Belə ki, hazırda yalnız buynuz qişa xaricdən idxal olunur. Azərbaycanda hər bir milyon əhaliyə 450 böyrək çatışmazlığı xəstəsi düşür Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş Nefroloqu Fariz Babayev Sputik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda 1 milyon əhaliyə 450 böyrək çatışmazlığı olan xəstə düşür. Onun sözlərinə görə, bu rəqəm Yaponiyada 1800-1900, Almaniyada isə 900-950 nəfərdir. F. Babayev bildirib ki, son illər bütün xəstəliklərdə olduğu kimi, böyrək çatışmazlığı xəstəliyi də cavablaşır. O, burada stresli və ikinövbəli iş rejimi, ekoloji mühit, qidalanmanın böyük rol oynadığını söyləyib. Bildirib ki, böyrək çatışmazlığının qarşısını almağın əsas yolu, vaxtında müayinələrdən keçmək, yaranmış problemləri erkən aşkarlayaraq qarşısını almaqdır. Müsahibimiz böyrək çatışmazlığı olan xəstələrin donor tapılanadək dializ aldığını söyləyir. O, qadınlara nisbətən kişilərin daha çox böyrək çatışmazlığından əziyyət çəkdiyini söyləyir. Bildirir ki, böyrək çatışmazlığı xəstəliyi çox vaxt gizli gedir. İnsanlar ilkin əlamətlərdən bunu hiss etmirlər: ""Böyrək çatışmazlığı olan xəstələrdə halzızlıq, iştahsızlıq, bəzən böyrəklə əlaqəsi olmayan ağrı, küt ağrı, sidik ifrazında problemlər yaranır. Ona görə də, insanlar ildə ən azı bir dəfə tibbi müayinələrdən keçərək xəstəliklərin erkən aşkarlanmasına yardımçı ola bilərlər". Bəzən köçürülən böyrək də xəstələri xilas etmir O ki, qaldı bəzən böyrəkköçürmənin belə böyrək çatışmazlığı olan xəstələri xilas edə bilməməsinə, F. Babayev deyir ki, köçürülən böyrəyin sağlamlığı bəzən xəstələrin özündən asılı olur. "Hər bir halda yad insanın böyrəyi başqa orqana köçürülür. Hətta doğma ananın, atanın böyrəyinin belə orqanizmə uyğunlaşması vaxt aparır. Ona görə də köçürülən böyrəyi qorumaq lazımdır. Orqan kömçürülən xəstələr gündəlik dərmanlar qəbul etməlidirlər. Özlərini qışda soyuqdan qorumalıdırlar. Qidalarına diqqət etməlidirlər", deyə Fariz Babayev bildirib. Xatırladaq ki,ötən il açıqlanan rəsmi məlumata görə, Azərbaycanda 440 nəfər insan böyrəkköçürmə üçün növbədədir. Yeni Mərkəz yaranandan 223 şəxsin böyrək köçürmə əməliyyatına icazə verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462463238_0:0:2732:2048_1920x0_80_0_0_76c46d7a5de93f30618a696ab9aa0f65.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
donor, böyrək, böyrək çatışmazlığı, böyrək daşı xəstəliyi, sümük
donor, böyrək, böyrək çatışmazlığı, böyrək daşı xəstəliyi, sümük
Aktyorun ölümü böyük problemi üzə çıxardı: Qohum olmayanlar donor ola bilərmi?
Böyrək donorunun müəyyən edilməsinə artıq Etika Komissiyası qərar verir.
BAKI, 8 yanvar — Sputnik. "Azər Baxşəliyev transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina edib".
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən Sputnik Azərbaycan-ın mərhum aktyor Azər Baxşəliyevə 3-ü qohum olmayan şəxsdən böyrək köçürülməsinə imtina verilməsi iddialarına verilən cavabda bildirilib.
Mərhum aktyora niyə böyrək köçürülməyib?
Qeyd edək ki, aktyor Azər Baxşəliyevin yaxınları mətbuata açıqlamasında bildiriblər ki, Azər Baxşəliyevə 3-ü qohum olmayan şəxsdən böyrək köçürülməsinə imtina verilib.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən isə bildirilib ki, aktyor Azər Elxan oğlu Baxşəliyev 20.02.2024-cü il tarixində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb. 2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. 16.10.2024-cü il tarixdə xəstəxana sənədləri ODTKM daxil olub. 31.10.2024-cü il tarixdə Etika Komissiyasına sənədləri göndərilib. Lakin, Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib.
Sputnik Azərbaycan 3-ü qohum olmayan şəxsdən böyrək köçürülməsinə hansı hallarda icazə verildiyini araşdırıb.
Adının çəkilməsini istəməyən böyrək çatışmazlığından əziyyət çəkən xəstələrdən biri Sputnik Azərbaycan-a bildirib ki, böyrək köçürmə üçün növbəyə yazılsalar da uyğun donor tapılmır. Çünki, yaxın qohumların böyrəkləri könüllü donor olsalar da, bəzən yaş və keçirdikləri xəstəliklər səbəbindən işə yaramır. 3-cü qohum olmayan şəxslərdən isə böyrək donoru çox vaxt qəbul edilmir ki, alver predmeti ola bilər. Beləcə onlar illərlə böyrək üçün donor gözləməli olurlar.
Qohum olmayan şəxsdən donor olar?
Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasından Sputnik Azərbaycan-a bildirdilər ki, bu məsələ "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanunla tənzimlənir. Qanunun 29-cu maddəsinə görə, yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası (etika komissiyası) yaradılır. Qanunun 29.2 bəndinə görə, Etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir.
Belə ki, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilən, resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. Belə ki, 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır. Həmçinin resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.
Xəstəxanadan bildirdilər ki, böyrək donorunun müəyyən edilməsinə artıq Etika Komissiyası qərar verir. 3-ü qohum olmayan şəxsdən böyrək köçürülməsi zamanı orqanın köçürülməsində alver predmetinin olmadığı təsdiqlənməlidir.
"Tutaq ki, orqanını donor kimi bağışlayan şəxs xəstənin dostudur. Bu zaman ondan uşaqlıq fotoları, bir sinifdə oxumasını təsdiq edən sənədlər tələb olunur. Bu zaman arxiv sənədləri araşdırılır. Əgər orqanın alver məqsədilə verilmədiyi barədə qanuna müvafiq olaraq Etika Komissiyası qərar verərsə, bu halda orqan 3-cü qohum olmayan şəxsdən köçürülə bilər", deyə xəstəxanadan bildiriblər.
Qeyd edək ki, qanuna görə, canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükə, yaxud onun sağlamlığında bərpa olunmaz pozuntular yaranmasın.
Orqan transplantasiyası növbəsi gözləyənlərin çoxu böyrək xəstələridir
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən verilən məlumata görə, hazırda Azərbaycanda transplantasiya üçün növbədə olanların siyahısına böyrək transplantasiyası gözləyənlər başçılıq edir. İkinci yerdə sümük iliyi, üçüncü yerdə qara ciyər transplantasiyası gözləyənlər dayanır. Hazırda Azərbaycana orqan idxalı da həyata keçirilir. Belə ki, hazırda yalnız buynuz qişa xaricdən idxal olunur.
Azərbaycanda hər bir milyon əhaliyə 450 böyrək çatışmazlığı xəstəsi düşür
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş Nefroloqu Fariz Babayev Sputik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda 1 milyon əhaliyə 450 böyrək çatışmazlığı olan xəstə düşür. Onun sözlərinə görə, bu rəqəm Yaponiyada 1800-1900, Almaniyada isə 900-950 nəfərdir. F. Babayev bildirib ki, son illər bütün xəstəliklərdə olduğu kimi, böyrək çatışmazlığı xəstəliyi də cavablaşır. O, burada stresli və ikinövbəli iş rejimi, ekoloji mühit, qidalanmanın böyük rol oynadığını söyləyib. Bildirib ki, böyrək çatışmazlığının qarşısını almağın əsas yolu, vaxtında müayinələrdən keçmək, yaranmış problemləri erkən aşkarlayaraq qarşısını almaqdır.
Müsahibimiz böyrək çatışmazlığı olan xəstələrin donor tapılanadək dializ aldığını söyləyir. O, qadınlara nisbətən kişilərin daha çox böyrək çatışmazlığından əziyyət çəkdiyini söyləyir. Bildirir ki, böyrək çatışmazlığı xəstəliyi çox vaxt gizli gedir. İnsanlar ilkin əlamətlərdən bunu hiss etmirlər: ""Böyrək çatışmazlığı olan xəstələrdə halzızlıq, iştahsızlıq, bəzən böyrəklə əlaqəsi olmayan ağrı, küt ağrı, sidik ifrazında problemlər yaranır. Ona görə də, insanlar ildə ən azı bir dəfə tibbi müayinələrdən keçərək xəstəliklərin erkən aşkarlanmasına yardımçı ola bilərlər".
Bəzən köçürülən böyrək də xəstələri xilas etmir
O ki, qaldı bəzən böyrəkköçürmənin belə böyrək çatışmazlığı olan xəstələri xilas edə bilməməsinə, F. Babayev deyir ki, köçürülən böyrəyin sağlamlığı bəzən xəstələrin özündən asılı olur.
"Hər bir halda yad insanın böyrəyi başqa orqana köçürülür. Hətta doğma ananın, atanın böyrəyinin belə orqanizmə uyğunlaşması vaxt aparır. Ona görə də köçürülən böyrəyi qorumaq lazımdır. Orqan kömçürülən xəstələr gündəlik dərmanlar qəbul etməlidirlər. Özlərini qışda soyuqdan qorumalıdırlar. Qidalarına diqqət etməlidirlər", deyə Fariz Babayev bildirib.
Xatırladaq ki,ötən il açıqlanan rəsmi məlumata görə, Azərbaycanda 440 nəfər insan böyrəkköçürmə üçün növbədədir. Yeni Mərkəz yaranandan 223 şəxsin böyrək köçürmə əməliyyatına icazə verilib.