https://sputnik.az/20250108/a-elektron-ticaret-ucun-yenilenmis-gomruk-qaydalarini-tetbiq-edir-469892801.html
Aİİ elektron ticarət üçün yenilənmiş gömrük qaydalarını tətbiq edir
Aİİ elektron ticarət üçün yenilənmiş gömrük qaydalarını tətbiq edir
Sputnik Azərbaycan
Məqsəd Aİİ-yə üzv ölkələr arasında etimadı gücləndirməyə kömək edən vahid idarəetmə standartlarının yaradılmasıdır. 08.01.2025, Sputnik Azərbaycan
2025-01-08T18:36+0400
2025-01-08T18:36+0400
2025-01-08T18:36+0400
iqtisadiyyat
komissiya
gömrük
avrasiya iqtisadi ittifaqı
layihə
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463950228_0:110:3252:1939_1920x0_80_0_0_7cca2c676053aed8985af1c690223499.jpg
BAKI, 8 yanvar — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) elektron ticarət sahəsində gömrük tənzimlənməsinin yenilənmiş qaydalarını tətbiq edir. "Sputnik Qazaxıstan" xəbər verib ki, bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) gömrük əməkdaşlığı üzrə naziri Ruslan Davıdov bildirib. Davıdovun sözlərinə görə, normativ-hüquqi bazanın formalaşdırılması prosesi artıq yekunlaşmaq üzrədir. Gömrük Məcəlləsinə dəyişikliklər edilib, zəruri olan əsasnamələrin 90%-i təsdiq edilib. Nazir qeyd edib ki, komissiya gömrük və sahibkarlar arasında tərəfdaşlıq proqramları çərçivəsində biznes üçün sadələşdirmələri genişləndirməyə nail olub. Bundan əlavə, gömrük nəzarəti prosesində istifadə olunan risklərin idarə edilməsi sistemlərinin unifikasiyası istiqamətində işlər aparılır. Əsas vəzifələrdən biri malların gömrük dəyərinin qiymətləndirilməsinə kömək edən qiymət göstəricilərinin yaradılması olub. Bu günə qədər 1600-dən çox idxal malında məhsul kateqoriyalarının 43%-ni əhatə edən orta maya dəyərində artım qeydə alınıb. Gömrük proseslərinin rəqəmsallaşdırılması Aİİ-nin inkişafı üçün strateji vektor kimi müəyyən edilib. Prioritet layihələr arasında naviqasiya plomblarından istifadə etməklə İttifaq ölkələrinin əraziləri üzrə yüklərin daşınmasının izlənilməsi sisteminin tətbiqi də var. Bu mexanizm tranzitin şəffaflığını və səmərəliliyini artıracaq. Bundan əlavə, vahid gömrük tranziti sisteminin hüquqi bazasını yaradan beynəlxalq müqavilə də hazırlanıb. Gələcəkdə bu, Aİİ məkanında qarşılıqlı əlaqəni gücləndirəcək və üstəlik, ticarət dövriyyəsini sadələşdirəcək üçüncü ölkələrlə oxşar sazişlərin bağlanması üçün əsas ola bilər. Xatırladaq ki, Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq iqtisadi birlikdir. Onun üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Kuba, Moldova və Özbəkistan müşahidəçi statusuna malikdir. Aİİ malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini təmin edir və dünyanın ən böyük iqtisadi birliklərindən biridir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463950228_261:0:2992:2048_1920x0_80_0_0_3954c97108600e3c5ac9640b1b8917ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
komissiya, gömrük, avrasiya iqtisadi ittifaqı, layihə
komissiya, gömrük, avrasiya iqtisadi ittifaqı, layihə
Aİİ elektron ticarət üçün yenilənmiş gömrük qaydalarını tətbiq edir
Məqsəd Aİİ-yə üzv ölkələr arasında etimadı gücləndirməyə kömək edən vahid idarəetmə standartlarının yaradılmasıdır.
BAKI, 8 yanvar — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) elektron ticarət sahəsində gömrük tənzimlənməsinin yenilənmiş qaydalarını tətbiq edir.
"Sputnik Qazaxıstan" xəbər verib ki, bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) gömrük əməkdaşlığı üzrə naziri Ruslan Davıdov bildirib.
Davıdovun sözlərinə görə, normativ-hüquqi bazanın formalaşdırılması prosesi artıq yekunlaşmaq üzrədir. Gömrük Məcəlləsinə dəyişikliklər edilib, zəruri olan əsasnamələrin 90%-i təsdiq edilib.
Nazir qeyd edib ki, komissiya gömrük və sahibkarlar arasında tərəfdaşlıq proqramları çərçivəsində biznes üçün sadələşdirmələri genişləndirməyə nail olub. Bundan əlavə, gömrük nəzarəti prosesində istifadə olunan risklərin idarə edilməsi sistemlərinin unifikasiyası istiqamətində işlər aparılır.
"Bu tədbirlər birliyə üzv ölkələr arasında etimadın möhkəmlənməsinə kömək edən vahid idarəetmə standartlarının yaradılmasına yönəlib", - Davıdov sözünə davam edib.
Əsas vəzifələrdən biri malların gömrük dəyərinin qiymətləndirilməsinə kömək edən qiymət göstəricilərinin yaradılması olub. Bu günə qədər 1600-dən çox idxal malında məhsul kateqoriyalarının 43%-ni əhatə edən orta maya dəyərində artım qeydə alınıb.
Gömrük proseslərinin rəqəmsallaşdırılması Aİİ-nin inkişafı üçün strateji vektor kimi müəyyən edilib. Prioritet layihələr arasında naviqasiya plomblarından istifadə etməklə İttifaq ölkələrinin əraziləri üzrə yüklərin daşınmasının izlənilməsi sisteminin tətbiqi də var. Bu mexanizm tranzitin şəffaflığını və səmərəliliyini artıracaq.
Bundan əlavə, vahid gömrük tranziti sisteminin hüquqi bazasını yaradan beynəlxalq müqavilə də hazırlanıb. Gələcəkdə bu, Aİİ məkanında qarşılıqlı əlaqəni gücləndirəcək və üstəlik, ticarət dövriyyəsini sadələşdirəcək üçüncü ölkələrlə oxşar sazişlərin bağlanması üçün əsas ola bilər.
Xatırladaq ki, Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq iqtisadi birlikdir. Onun üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Kuba, Moldova və Özbəkistan müşahidəçi statusuna malikdir. Aİİ malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini təmin edir və dünyanın ən böyük iqtisadi birliklərindən biridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.