Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Türkiyə üç dənizdə təlimlər keçirir

© AP Photo / Turkish Military HO Azərbaycan, Türkiyə, Bolqarıstan və Gürcüstan Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrin təlimi keçirilib
Azərbaycan, Türkiyə, Bolqarıstan və Gürcüstan Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrin təlimi keçirilib - Sputnik Azərbaycan, 1920, 07.01.2025
Abunə olmaq
Hərbi Dəniz Qüvvələrinin genişmiqyaslı təlimlərində 90 hərbi gəmi və əlli təyyarə iştirak edir.
BAKI, 7 yanvar — Sputnik. Türkiyədə "Mavi Vətən" adlı böyük hərbi-dəniz təlimi başlayır.
Bu barədə Türkiyə kütləvi informasiya vasitələri (KİV) məlumat yayıb.
Genişmiqyaslı təlimlər Qara və Egey dənizlərində, eləcə də Şərqi Aralıq dənizində baş tutacaq. 10 gün davam edəcək təlimə 90-a yaxın gəmi və 50 təyyarə cəlb olunacaq.
Təlimlərin məqsədi Hərbi Dəniz Qüvvələrinə daxil olan komandanlıqların səmərəliliyinin və effektivliyinin qiymətləndirilməsi, bölmələrin əməliyyat hazırlıq səviyyəsinin yüksəldilməsi, çoxsaylı təhdidlər şəraitində qərargahın şəxsi heyətinin və bölmələrinin təhlil və qərar qəbuletmə qabiliyyətinin yaxşılaşdırılması, həmçinin təlimlərdə iştirak edən digər qüvvələr və bölmələr arasında qarşılıqlı əlaqənin yoxlanılmasıdır.
Xəbər lenti
0