https://sputnik.az/20250107/serhedde-ateskes-niye-pozulur-469863150.html
Sərhəddə atəşkəs niyə pozulur?
Sərhəddə atəşkəs niyə pozulur?
Sputnik Azərbaycan
Ermənistan sülh müqaviləsinin imzalanmasını uzatmaq üçün bu cür təxribatları davam etdirəcək. 07.01.2025, Sputnik Azərbaycan
2025-01-07T19:50+0400
2025-01-07T19:50+0400
2025-01-08T11:26+0400
sərhəd
təhlil
arzu nağıyev
ramil məmmədli
ermənistan
cənubi qafqaz
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426117780_0:161:3069:1887_1920x0_80_0_0_f9e467197d33147a2bd50b01159282f4.jpg
BAKI, 7 yanvar — Sputnik. Uzun müddət idi ki, Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəs səsləri eşidilmirdi. Sükut pozuldu. Özü də verilən rəsmi məlumatlardan aydın olur ki, bir neçə gün ərzində atəşkəsin pozulması davam edib. Azərbaycan Müdafiə nazirliyinin məlumatında qeyd olunur ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın mövqelərini bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb. Azərbaycan KİV-də isə Ermənistan ordusunun Naxçıvanda fəallaşmasını əks etdirən peyk görüntüləri yayımlanıb. Fotolarda Naxçıvan istiqamətində Ermənistan Silahlı Qüvvələrinin bunker və beton tipli hücum xarakterli istehkamlar inşa etdiyi məlum olub. Aydındır ki, Azərbaycan-Ermənistan sərhədinin coğrafi relyefi qış dövründə hərbi əməliyyat keçirilməsi üçün əlverişli deyil. Daha çox dağlıq relyefə malik sərhəd zolağında keçiriləcək istənilən hərbi əməliyyat ciddi itkilərə, hətta uğursuzluğa səbəb ola bilər. Bu baxımdan atəşkəsin pozulmasını daha çox xəbərdarlıq siqnalı kimi anlamaq daha doğru olar. Azərbaycana verilən bu xəbərdarlıq siqnalı isə Ermənistanın yox, onu silahlandıranların izlərini göstərir. Çünki Prezident İlham Əliyev də ilin yekunlarına ilə bağlı müraciətində bu məsələyə toxunmuşdu. Azərbaycan prezidenti bildirdi ki, Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası bölgə üçün növbəti təhdid mənbəyidir. Ermənistan tərəfi atəşkəsin pozulması ilə bağlı Azərbaycanın iddialarını təkzib edir. Bəs atəşkəs niyə pozulur? Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını uzatmaq üçün bu cür təxribatları davam etdirəcək: "Çünki 2024-cü ildə sülhün əldə olunmasına çox yaxın idik. Hətta sənəddə olan maddələrin demək olar ki, böyük əksəriyyəti razılaşdırılmışdı". Millət vəkili Ermənistanın sülh prosesini uzatmaq üçün müxtəlif siyasi gedişlər etməsinə diqqət çəkib: Arzu Nağıyevin sözlərinə görə, Ermənistanın sürətlə silahlanması və hərbi büdcəsinin kəskin artırılması bu ölkənin sülh prosesinə olan münasibətinin göstəricisidir: "Ermənistan tam şəkildə sülhün bərqərar olmasını istəmir. Ermənistan siyasi elitası sülhə çağıran bəyanatlarla çıxış etsə də, bu ölkənin daxilində olan qeyri-stabillik ciddi problem olaraq sülhə mane olur". "Ermənistanın status-kvonu saxlamaq cəhdləri açıq-aydın görünür. Başa düşməlidirlər ki, sülhün əldə olunması onlara daha çox lazımdır. Azərbaycan təbii ki, Ermənistanın sürətlə silahlanmasına göz yuma bilməz", millət vəkili bildirib. Xatırladaq ki, sonuncu dəfə Azərbaycan-Ermənistan sərhədində atəşkəs 2024-cü ilin sentyabrında pozulub. Hərbi ekspert Ramil Məmmədli isə bildirir ki, atəşkəsin pozulmasına bir neçə aspektdən yanaşmaq lazımdır: "İlk növbədə bu, Azərbaycan-Ermənistan arasında sabitliyin bərqərar olmasında maraqlı olmayan qüvvələrin aktivləşməsi ilə bağlıdır. Yəni, kənar qüvvələr münasibətləri yenidən gərginləşdirməyə, hərbi qarşıdurmaya gətirib çıxaracaq addımlar atmağa çalışırlar. Regionda və ümumiyyətlə dünyada balanslı siyasət yürüdən Azərbaycana qarşı yeni ittiham formalaşdırılır. Azərbaycan regionun bütün ölkələri ilə o cümlədən, ABŞ, Çin və Avropa İttifaqı ilə normal münasibətlər saxlayır. Bu normal münasibətlər imkan verir ki, ölkənin iqtisadi inkişafı formalaşdırılsın". Hərbi ekspert hesab edir ki, Ermənistanın mövcud hakimiyyəti müstəqil siyasət yürüdə bilmir: "Ermənistanın Azərbaycana qarşı ərazi iddiası qalmaqdadır. Ermənistan bu niyyətini reallaşdırmaq üçün silahlanır. Ən önəmli məqamlardan biri də Ermənistanın öz verdiyi sözü tutmayaraq sərhədlərin demarkasiya və delimitasiyası istiqamətində ciddi addımlar atmaqdan yayınmasıdır. Müharibədən ötən illər ərzində Ermənistan bütün vasitələrdən istifadə edərək demarkasiya və delimitasiyası prosesini uzadır. Sərhəddə atəşkəsin pozulması da bütün bu səbəblərdən qaynaqlanır". "Ümumilikdə isə baş verənlər Ermənistanda yerləşən və bu ölkənin maraqlarına xidmət edən Aİ-nin monitorinq qrupunun Azərbaycana qarşı mənfi hesabatlar hazırlaması üçündür. Bu gün Ermənistan mediası və hakimiyyəti atəşkəsin pozulmasına fərqli don geyindirməyə çalışır. Düşünürəm ki, Ermənistan qarşıdurmanın geniş hərbi əməliyyatlara keçməyəcəyinə əmindir və diqqəti regiona çəkmək üçün bu cür təxribatlar törədir. Azərbaycan konfliktin yenidən alovlanmaması üçün lazımi tədbirlər görəcək", ekspert fikirlərini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426117780_168:0:2899:2048_1920x0_80_0_0_7baa34baf7850e7ee0bd071d7b599a83.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sərhəd, arzu nağıyev, ramil məmmədli, ermənistan, cənubi qafqaz
sərhəd, arzu nağıyev, ramil məmmədli, ermənistan, cənubi qafqaz
Sərhəddə atəşkəs niyə pozulur?
19:50 07.01.2025 (Yenilənib: 11:26 08.01.2025) Ermənistan sülh müqaviləsinin imzalanmasını uzatmaq üçün bu cür təxribatları davam etdirəcək.
BAKI, 7 yanvar — Sputnik. Uzun müddət idi ki, Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəs səsləri eşidilmirdi. Sükut pozuldu. Özü də verilən rəsmi məlumatlardan aydın olur ki, bir neçə gün ərzində atəşkəsin pozulması davam edib. Azərbaycan Müdafiə nazirliyinin məlumatında qeyd olunur ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın mövqelərini bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb.
Azərbaycan KİV-də isə Ermənistan ordusunun Naxçıvanda fəallaşmasını əks etdirən peyk görüntüləri yayımlanıb. Fotolarda Naxçıvan istiqamətində Ermənistan Silahlı Qüvvələrinin bunker və beton tipli hücum xarakterli istehkamlar inşa etdiyi məlum olub. Aydındır ki, Azərbaycan-Ermənistan sərhədinin coğrafi relyefi qış dövründə hərbi əməliyyat keçirilməsi üçün əlverişli deyil. Daha çox dağlıq relyefə malik sərhəd zolağında keçiriləcək istənilən hərbi əməliyyat ciddi itkilərə, hətta uğursuzluğa səbəb ola bilər. Bu baxımdan atəşkəsin pozulmasını daha çox xəbərdarlıq siqnalı kimi anlamaq daha doğru olar.
Azərbaycana verilən bu xəbərdarlıq siqnalı isə Ermənistanın yox, onu silahlandıranların izlərini göstərir. Çünki Prezident İlham Əliyev də ilin yekunlarına ilə bağlı müraciətində bu məsələyə toxunmuşdu. Azərbaycan prezidenti bildirdi ki, Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası bölgə üçün növbəti təhdid mənbəyidir.
Ermənistan tərəfi atəşkəsin pozulması ilə bağlı Azərbaycanın iddialarını təkzib edir.
Bəs atəşkəs niyə pozulur?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını uzatmaq üçün bu cür təxribatları davam etdirəcək: "Çünki 2024-cü ildə sülhün əldə olunmasına çox yaxın idik. Hətta sənəddə olan maddələrin demək olar ki, böyük əksəriyyəti razılaşdırılmışdı".
Millət vəkili Ermənistanın sülh prosesini uzatmaq üçün müxtəlif siyasi gedişlər etməsinə diqqət çəkib:
"Mövcud Ermənistan hakimiyyəti qərbyönümlü siyasəti ilə ölkənin qarşısında duran həlli vacib problemləri təxirə salıb. Bu isə Qərbin təzyiqi altında baş verir. Hesab edirəm ki, Cənubi Qafqazda sülh prosesinə mane olan başlıca amillər Qərb tərəfindən formalaşdırılır. Ermənistan isə hazırda elə bir vəziyyətdədir ki, Qərbin sözündən çıxa bilmir. Azərbaycan tələb edir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ləğv edilsin. Eyni zamanda Aİ-nin bölgədəki mülki missiyasının fəaliyyətinə son qoyulsun".
Arzu Nağıyevin sözlərinə görə, Ermənistanın sürətlə silahlanması və hərbi büdcəsinin kəskin artırılması bu ölkənin sülh prosesinə olan münasibətinin göstəricisidir: "Ermənistan tam şəkildə sülhün bərqərar olmasını istəmir. Ermənistan siyasi elitası sülhə çağıran bəyanatlarla çıxış etsə də, bu ölkənin daxilində olan qeyri-stabillik ciddi problem olaraq sülhə mane olur".
"Ermənistanın status-kvonu saxlamaq cəhdləri açıq-aydın görünür. Başa düşməlidirlər ki, sülhün əldə olunması onlara daha çox lazımdır. Azərbaycan təbii ki, Ermənistanın sürətlə silahlanmasına göz yuma bilməz", millət vəkili bildirib.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan-Ermənistan sərhədində atəşkəs 2024-cü ilin sentyabrında pozulub.
Hərbi ekspert Ramil Məmmədli isə bildirir ki, atəşkəsin pozulmasına bir neçə aspektdən yanaşmaq lazımdır: "İlk növbədə bu, Azərbaycan-Ermənistan arasında sabitliyin bərqərar olmasında maraqlı olmayan qüvvələrin aktivləşməsi ilə bağlıdır. Yəni, kənar qüvvələr münasibətləri yenidən gərginləşdirməyə, hərbi qarşıdurmaya gətirib çıxaracaq addımlar atmağa çalışırlar. Regionda və ümumiyyətlə dünyada balanslı siyasət yürüdən Azərbaycana qarşı yeni ittiham formalaşdırılır. Azərbaycan regionun bütün ölkələri ilə o cümlədən, ABŞ, Çin və Avropa İttifaqı ilə normal münasibətlər saxlayır. Bu normal münasibətlər imkan verir ki, ölkənin iqtisadi inkişafı formalaşdırılsın".
Hərbi ekspert hesab edir ki, Ermənistanın mövcud hakimiyyəti müstəqil siyasət yürüdə bilmir: "Ermənistanın Azərbaycana qarşı ərazi iddiası qalmaqdadır. Ermənistan bu niyyətini reallaşdırmaq üçün silahlanır. Ən önəmli məqamlardan biri də Ermənistanın öz verdiyi sözü tutmayaraq sərhədlərin demarkasiya və delimitasiyası istiqamətində ciddi addımlar atmaqdan yayınmasıdır. Müharibədən ötən illər ərzində Ermənistan bütün vasitələrdən istifadə edərək demarkasiya və delimitasiyası prosesini uzadır. Sərhəddə atəşkəsin pozulması da bütün bu səbəblərdən qaynaqlanır".
"Ümumilikdə isə baş verənlər Ermənistanda yerləşən və bu ölkənin maraqlarına xidmət edən Aİ-nin monitorinq qrupunun Azərbaycana qarşı mənfi hesabatlar hazırlaması üçündür. Bu gün Ermənistan mediası və hakimiyyəti atəşkəsin pozulmasına fərqli don geyindirməyə çalışır. Düşünürəm ki, Ermənistan qarşıdurmanın geniş hərbi əməliyyatlara keçməyəcəyinə əmindir və diqqəti regiona çəkmək üçün bu cür təxribatlar törədir. Azərbaycan konfliktin yenidən alovlanmaması üçün lazımi tədbirlər görəcək", ekspert fikirlərini yekunlaşdırıb.