https://sputnik.az/20250107/qacaqmalciliq-yolu-ile-olkeye-qizil-kulceler-getiren-vezifeli-sexs-hebs-edilib-469865351.html
Qaçaqmalçılıq yolu ilə ölkəyə qızıl külçələr gətirən vəzifəli şəxs həbs edilib
Qaçaqmalçılıq yolu ilə ölkəyə qızıl külçələr gətirən vəzifəli şəxs həbs edilib
Sputnik Azərbaycan
Əfsər Mirzəliyev öz qulluq mövqeyindən istifadə edərək Səfər Səfərovun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək... 07.01.2025, Sputnik Azərbaycan
2025-01-07T19:00+0400
2025-01-07T19:00+0400
2025-01-07T19:38+0400
cəmiyyət
qızıl
heydər əliyev adına hava limanı
qaçaqmalçılıq
dövlət gömrük komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437509862_0:269:3163:2048_1920x0_80_0_0_66263b67617166e7c8b7d96abfb85a0a.jpg
BAKI, 7 yanvar - Sputnik. Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qızıl külçə keçirmiş şəxsin və eləcə də, həmin cinayətin törədilməsində iştirak etmiş vəzifəli şəxsin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.İstintaq zamanı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Mirzəliyev Əfsər Nüsrət oğlunun öz qulluq mövqeyindən istifadə edib vətəndaş Səfərov Səfər Həsən oğlu ilə qabaqcadan əlbir olaraq 27 dekabr 2024-cü il tarixdə saat 04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən qızıl külçələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.Toplanmış sübutlar əsasında Səfər Səfərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437509862_151:0:2882:2048_1920x0_80_0_0_c685009481f340444403d907adfba204.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qızıl, heydər əliyev adına hava limanı, qaçaqmalçılıq, dövlət gömrük komitəsi
qızıl, heydər əliyev adına hava limanı, qaçaqmalçılıq, dövlət gömrük komitəsi
Qaçaqmalçılıq yolu ilə ölkəyə qızıl külçələr gətirən vəzifəli şəxs həbs edilib
19:00 07.01.2025 (Yenilənib: 19:38 07.01.2025) Əfsər Mirzəliyev öz qulluq mövqeyindən istifadə edərək Səfər Səfərovun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi 41 ədəd qızıl külçəni ölkəyə keçirməsinə şərait yaradıb.
BAKI, 7 yanvar - Sputnik. Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qızıl külçə keçirmiş şəxsin və eləcə də, həmin cinayətin törədilməsində iştirak etmiş vəzifəli şəxsin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
İstintaq zamanı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Mirzəliyev Əfsər Nüsrət oğlunun öz qulluq mövqeyindən istifadə edib vətəndaş Səfərov Səfər Həsən oğlu ilə qabaqcadan əlbir olaraq 27 dekabr 2024-cü il tarixdə saat 04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən qızıl külçələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Toplanmış sübutlar əsasında Səfər Səfərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.