https://sputnik.az/20250107/pekin-cin-abs-munasibetlerinin-davamli-inkisafina-komek-etmeye-hazirdir---xn-469858827.html
Pekin Çin-ABŞ münasibətlərinin davamlı inkişafına kömək etməyə hazırdır - XİN
Pekin Çin-ABŞ münasibətlərinin davamlı inkişafına kömək etməyə hazırdır - XİN
Sputnik Azərbaycan
XİN rəsmisi Trampın nümayəndələr vasitəsilə Si Cinpinlə əlaqə saxlaması ilə bağlı bəyanatını təsdiqləməyib. 07.01.2025, Sputnik Azərbaycan
2025-01-07T21:58+0400
2025-01-07T21:58+0400
2025-01-07T21:58+0400
pekin
dünya xəbərləri
donald tramp
abş prezidenti donald tramp
si cinpin
abş
the wall street journal
çin
https://cdnn1.img.sputnik.az/img/07e6/03/09/439970896_0:0:3071:1728_1920x0_80_0_0_8992b2b30819928a8de4a9239246a3e4.jpg
BAKI, 7 yanvar — Sputnik. Pekin Çin-ABŞ münasibətlərinin sabit, sağlam və davamlı inkişafına kömək etməyə hazırdır. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tszyakun bildirib. Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, o və Çin prezidenti Si Cinpin nümayəndələr vasitəsilə əlaqə saxlayıblar. Tramp həmçinin Çin lideri ilə anlaşacağına əmin olduğunu bildirib. "Çin yeni seçilmiş prezident Trampın qeyd olunan açıqlamalarına böyük əhəmiyyət verir. Çin və ABŞ müxtəlif yollarla əlaqə saxlayırlar", - Qo Tszyakun deyib. Bununla belə, o, Trampın nümayəndələr vasitəsilə Si Cinpinlə əlaqə saxlaması ilə bağlı bəyanatını təsdiqləməyib. Diplomat qeyd edib ki, Çin qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və qazan-qazan əməkdaşlıq prinsiplərinə riayət etmək üçün Birləşmiş Ştatlar ilə işləməyə hazırdır ki, bu, Çin-ABŞ münasibətlərinin sabit, sağlam və davamlı inkişafına kömək etsin və hər iki tərəfin xeyrinə olsun. Daha əvvəl Wall Street Journal məlumatlı mənbəyə istinadən xəbər vermişdi ki, Tramp komandası diplomatik kanallardan yan keçməklə birbaşa Çin prezidenti Si Cinpinin köməkçiləri ilə əlaqə saxlamaq istəyir.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/09/439970896_126:0:2857:2048_1920x0_80_0_0_6722ae5e05eeb91292e8fa64c420c331.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
pekin, donald tramp, abş prezidenti donald tramp, si cinpin, abş, the wall street journal, çin
pekin, donald tramp, abş prezidenti donald tramp, si cinpin, abş, the wall street journal, çin
Pekin Çin-ABŞ münasibətlərinin davamlı inkişafına kömək etməyə hazırdır - XİN
XİN rəsmisi Trampın nümayəndələr vasitəsilə Si Cinpinlə əlaqə saxlaması ilə bağlı bəyanatını təsdiqləməyib.
BAKI, 7 yanvar — Sputnik. Pekin Çin-ABŞ münasibətlərinin sabit, sağlam və davamlı inkişafına kömək etməyə hazırdır. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tszyakun bildirib.
Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, o və Çin prezidenti Si Cinpin nümayəndələr vasitəsilə əlaqə saxlayıblar. Tramp həmçinin Çin lideri ilə anlaşacağına əmin olduğunu bildirib.
"Çin yeni seçilmiş prezident Trampın qeyd olunan açıqlamalarına böyük əhəmiyyət verir. Çin və ABŞ müxtəlif yollarla əlaqə saxlayırlar", - Qo Tszyakun deyib.
Bununla belə, o, Trampın nümayəndələr vasitəsilə Si Cinpinlə əlaqə saxlaması ilə bağlı bəyanatını təsdiqləməyib.
Diplomat qeyd edib ki, Çin qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və qazan-qazan əməkdaşlıq prinsiplərinə riayət etmək üçün Birləşmiş Ştatlar ilə işləməyə hazırdır ki, bu, Çin-ABŞ münasibətlərinin sabit, sağlam və davamlı inkişafına kömək etsin və hər iki tərəfin xeyrinə olsun.
Daha əvvəl Wall Street Journal məlumatlı mənbəyə istinadən xəbər vermişdi ki, Tramp komandası diplomatik kanallardan yan keçməklə birbaşa Çin prezidenti Si Cinpinin köməkçiləri ilə əlaqə saxlamaq istəyir.