https://sputnik.az/20250107/makronun-mask-haqqinda-sozleri-ve-parisde-ikili-standartlar-469865611.html
Makronun Mask haqqında sözləri və Parisdə ikili standartlar
Makronun Mask haqqında sözləri və Parisdə ikili standartlar
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi onu da qeyd edib ki, Fransa sosial şəbəkələrdə rusofobiyanın açıq şəkildə təşviq edilməsindən, rusiyalıları... 07.01.2025, Sputnik Azərbaycan
2025-01-07T20:44+0400
2025-01-07T20:44+0400
2025-01-07T20:44+0400
emmanuel makron
dünya xəbərləri
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova
"facebook" sosial şəbəkəsi
sosial şəbəkələr
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/06/469235651_0:0:3071:1728_1920x0_80_0_0_71260adc2ea9e31e4d739504f68b0f9f.jpg
BAKI, 7 yanvar — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronu ABŞ-dan olan iş adamı İlon Maska qarşı dediyi sözlərə görə tənqid edib və Parisi ikili standartlarda ittiham edib. Bu barədə o, özünün "Telegram" kanalında yazıb. Zaxarova Makronun dediklərini xatırladıb: "Əgər on il əvvəl kimsə dünyanın ən böyük sosial şəbəkələrindən birinin sahibinin yeni irticaçı beynəlmiləlçini dəstəkləyəcəyini və seçkilərə, o cümlədən Almaniyada birbaşa müdaxilə edəcəyini desəydi, inanmazdım. Bu, kimin ağlına gələrdi?" "Yəni, bu sosial şəbəkə "Twitter" adlananda və nəinki birbaşa seçkilərə müdaxilə etmək üçün istifadə olunanda, lakin onun köməyi ilə "rəngli inqilablar" və "ərəb baharı" (başqa sözlə, bir sıra ölkələrdə hakimiyyət dəyişikliyi) təşkil edildikdə, Paris heç də narahat deyildi - bütün gücü ilə bu prosesləri şişirdib dəstəkləyirdi. Hətta yüz minlərlə qaçqının Avropaya, o cümlədən Beşinci Respublikaya miqrasiyasına səbəb olması ekstremizm və terrorizmin görünməmiş artımına səbəb olması da Parisi utandırmırdı" - Zaxarova yazıb. O, Misir və Tunisdəki hadisələrin hələ də "Twitter inqilabları" adlandırıldığını xatırladıb və həmçinin qeyd edib ki, Fransa sosial şəbəkələrdə rusofobiyanın açıq şəkildə təşviq edilməsindən, rusiyalıları öldürməyə çağırışlardan və Rusiya mədəniyyətini "ləğv etməkdən" utanmayıb. ""Twitter" administrasiyasının ölkələrin qanunlarına tabe olmaqdan və qeyri-qanuni məzmunu, o cümlədən ekstremist məzmunu silməkdən imtina etməsi əvvəllər də Avropa paytaxtlarının tənqid obyektinə çevrilməyib" - XİN nümayəndəsi vurğulayıb. Onun sözlərinə görə, hazırda sosial şəbəkənin siyasi vektoru dəyişdiyindən Paris "birdən-birə" təşvişə düşüb. "Bu, Qərb liberalizminin təbliğ etdiyi qaydalara əsaslanan dünya nizamıdır. Qəribədir ki, Makron illərdir təbliğ etdiyi qaydalarla yaşamağı sevmir" - Zaxarova fikrini yekunlaşdırıb. Bundan əvvəl Zaxarova Kiyevin terror hücumlarında rolunun etirafının Qərbə təhdid olduğunu bildirmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/06/469235651_342:0:3071:2047_1920x0_80_0_0_20d80e00a854191572d653317a02e0d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
emmanuel makron, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, "facebook" sosial şəbəkəsi, sosial şəbəkələr
emmanuel makron, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, "facebook" sosial şəbəkəsi, sosial şəbəkələr
Makronun Mask haqqında sözləri və Parisdə ikili standartlar
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi onu da qeyd edib ki, Fransa sosial şəbəkələrdə rusofobiyanın açıq şəkildə təşviq edilməsindən, rusiyalıları öldürməyə çağırışlardan və Rusiya mədəniyyətini "ləğv etməkdən" utanmayıb.
BAKI, 7 yanvar — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronu ABŞ-dan olan iş adamı İlon Maska qarşı dediyi sözlərə görə tənqid edib və Parisi ikili standartlarda ittiham edib.
Bu barədə o, özünün "Telegram" kanalında yazıb.
Zaxarova Makronun dediklərini xatırladıb: "Əgər on il əvvəl kimsə dünyanın ən böyük sosial şəbəkələrindən birinin sahibinin yeni irticaçı beynəlmiləlçini dəstəkləyəcəyini və seçkilərə, o cümlədən Almaniyada birbaşa müdaxilə edəcəyini desəydi, inanmazdım. Bu, kimin ağlına gələrdi?"
"Yəni, bu sosial şəbəkə "Twitter" adlananda və nəinki birbaşa seçkilərə müdaxilə etmək üçün istifadə olunanda, lakin onun köməyi ilə "rəngli inqilablar" və "ərəb baharı" (başqa sözlə, bir sıra ölkələrdə hakimiyyət dəyişikliyi) təşkil edildikdə, Paris heç də narahat deyildi - bütün gücü ilə bu prosesləri şişirdib dəstəkləyirdi. Hətta yüz minlərlə qaçqının Avropaya, o cümlədən Beşinci Respublikaya miqrasiyasına səbəb olması ekstremizm və terrorizmin görünməmiş artımına səbəb olması da Parisi utandırmırdı" - Zaxarova yazıb.
O, Misir və Tunisdəki hadisələrin hələ də "Twitter inqilabları" adlandırıldığını xatırladıb və həmçinin qeyd edib ki, Fransa sosial şəbəkələrdə rusofobiyanın açıq şəkildə təşviq edilməsindən, rusiyalıları öldürməyə çağırışlardan və Rusiya mədəniyyətini "ləğv etməkdən" utanmayıb.
""Twitter" administrasiyasının ölkələrin qanunlarına tabe olmaqdan və qeyri-qanuni məzmunu, o cümlədən ekstremist məzmunu silməkdən imtina etməsi əvvəllər də Avropa paytaxtlarının tənqid obyektinə çevrilməyib" - XİN nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, hazırda sosial şəbəkənin siyasi vektoru dəyişdiyindən Paris "birdən-birə" təşvişə düşüb.
"Bu, Qərb liberalizminin təbliğ etdiyi qaydalara əsaslanan dünya nizamıdır. Qəribədir ki, Makron illərdir təbliğ etdiyi qaydalarla yaşamağı sevmir" - Zaxarova fikrini yekunlaşdırıb.
Bundan əvvəl Zaxarova Kiyevin terror hücumlarında rolunun etirafının Qərbə təhdid olduğunu bildirmişdi.