https://sputnik.az/20250107/ermenistanin-yaxin-dostlari-siyasi-sehneden-biabirciliqla-silinirler---prezident-469870703.html
Ermənistanın yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər - Prezident
Ermənistanın yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər - Prezident
Sputnik Azərbaycan
İlham Əliyev deyib ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli olub. 07.01.2025, Sputnik Azərbaycan
2025-01-07T23:46+0400
2025-01-07T23:46+0400
2025-01-07T23:46+0400
siyasət
castin trudo
prezident ilham əliyev
ermənistan
fransa
https://cdnn1.img.sputnik.az/img/07e9/01/07/469867894_0:123:3203:1925_1920x0_80_0_0_af4ac052975007c39ba17f0c6d377f12.jpg
BAKI, 7 yanvar - Sputnik. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bir daha Ermənistan tərəfinə məsləhətlərini verib.Dövlət başçısı sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtlərinin qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev deyib ki, əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik.Ermənistan tərəfinə hər şeyi, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçməyi məsləhət görən Azərbaycan Prezidenti əlavə edib:“Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər. Bax, dünən xəbər gəldi ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu. Həmin bu ölkə ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində idi, heç Fransadan çox da uzağa getmir. Fransaya gəldikdə, indi orada siyasi səhnədə nələr baş verir? Hər kəs özü görür”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/07/469867894_236:0:2967:2048_1920x0_80_0_0_ed1cb0995c8036e634b1131cbb5ce84e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
castin trudo, prezident ilham əliyev, ermənistan, fransa
castin trudo, prezident ilham əliyev, ermənistan, fransa
Ermənistanın yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər - Prezident
İlham Əliyev deyib ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli olub.
BAKI, 7 yanvar - Sputnik. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bir daha Ermənistan tərəfinə məsləhətlərini verib.
Dövlət başçısı sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtlərinin qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev deyib ki, əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik.
Ermənistan tərəfinə hər şeyi, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçməyi məsləhət görən Azərbaycan Prezidenti əlavə edib:
“Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər. Bax, dünən xəbər gəldi ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu. Həmin bu ölkə ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində idi, heç Fransadan çox da uzağa getmir. Fransaya gəldikdə, indi orada siyasi səhnədə nələr baş verir? Hər kəs özü görür”.