DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyanın iri neft limanları su altında qalmaq təhlükəsi ilə üz-üzədir

© AP Photo / Robert F. BukatyNeft tankeri, arxiv
Neft tankeri, arxiv - Sputnik Azərbaycan, 1920, 07.01.2025
Abunə olmaq
Neft və qaz fəaliyyətinin nəticələrinin səbəb olduqları iqlim dəyişikliyi nəticəsində yaranan dəniz səviyyəsinin yüksəlməsi, xüsusilə ABŞ və Səudiyyə Ərəbistanında yerləşən neft limanlarının su altında qalmasına səbəb ola bilər.
BAKI, 7 yanvar — Sputnik. Dünyanın bir sıra ən böyük neft limanları dəniz səviyyəsinin bir metr qalxması səbəbindən su altında qalmaq riski ilə üzləşə bilərlər.
"Guardian" bu barədə tədqiqatçılara istinadən xəbər verib.
Neft və qaz fəaliyyətinin nəticələrinin səbəb olduqları iqlim dəyişikliyi nəticəsində yaranan dəniz səviyyəsinin yüksəlməsi, xüsusilə ABŞ və Səudiyyə Ərəbistanında yerləşən neft limanlarının su altında qalmasına səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, karbon qazı emissiyaları məhdudlaşdırılmasa, dəniz səviyyəsinin bir metr artması artıq 2070-ci ildə baş verə bilər. Üstəlik, 2100-cü illərdə dəniz səviyyəsi üç metr yüksələ bilər.
"Maraqlıdır ki, bu limanlarda neft tankerləri üçün dəniz səviyyəsi 1 metrdən aşağıdır və onlar dəniz səviyyəsinin potensial daha yüksək artım templərinə diqqət yetirməlidirlər" - nəşr Beynəlxalq Kriosfer İqlim Təşəbbüsünün direktoru Pem Pirsondan sitat gətirib.
Bundan əvvəl klimatoloq Arseniy Yurqanov insanların qlobal istiləşmənin əsas səbəbkarına çevrildiyini bildirib.
Onun sözlərinə görə, son yüz ildə Yer səthinin temperaturu Selsi üzrə 1,1 dərəcə yüksəlib ki, bu da buzlaqların sürətlə əriməsinə səbəb olub.
Xəbər lenti
0