https://sputnik.az/20250107/deputat-kiyev-ukrayna-daxilinde-rusiyani-gunahlandirmaq-ucun-texribat-torede-biler-469842252.html
Deputat: Kiyev Ukrayna daxilində Rusiyanı günahlandırmaq üçün təxribat törədə bilər
Deputat: Kiyev Ukrayna daxilində Rusiyanı günahlandırmaq üçün təxribat törədə bilər
Sputnik Azərbaycan
Çepa bildirib ki, indi Qərbin diqqəti naminə təxribat törətmək və hər şeydə Rusiyanı günahlandırmaq Kiyev üçün sərfəlidir. 07.01.2025, Sputnik Azərbaycan
2025-01-07T08:45+0400
2025-01-07T08:45+0400
2025-01-07T08:45+0400
kiyev
dünya xəbərləri
norveç
universitet
professor
ukrayna
təxribat
rusiya
deputat
deputat
https://cdnn1.img.sputnik.az/img/07e6/03/02/439758471_0:119:2577:1569_1920x0_80_0_0_9f1a06eca9a899e3a218b4fae139f346.jpg
BAKI, 7 yanvar — Sputnik. Ukrayna hakimiyyəti öz ölkəsinin ərazisində təxribat törədə bilər. Hər şeydən əvvəl Rusiyanı günahlandırmaq üçün. Bu barədə "News.ru" rusiyalı deputat Aleksey Çepanın sözlərinə istinadən xəbər verib. Siyasətçi vurğulayıb ki, Kiyevin Qərb dövlətlərinin diqqətini cəlb etmək üçün belə tədbirlərə ehtiyacı var. Çünki Ukraynanın populyarlığı Vladimir Zelenskinin populyarlığı kimi getdikcə azalır. Zelenski hətta ABŞ-ın yenidən seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasiminə də dəvət olunmayıb. "Bir hissəsi hələ də Zelenskini dəstəkləyən Qərb koalisiyasının Rusiyanın hərəkətlərini pisləməsi üçün hansısa qınağın mümkün olduğu bir vəziyyət yaratması Ukrayna hakimiyyəti üçün faydalıdır. Bu hər hansı bir hərəkət ola bilər", - Çepa söyləyib. Deputat əlavə edib ki, alternativ olaraq Kiyev Rusiya ərazisində mühüm obyektlərə zərbə endirməyə cəhd edə bilər. Yəqin ki, hər şey Kursk vilayətində baş verəcək. Orada Ukrayna Silahlı Qüvvələri (USQ) atom elektrik stansiyasını (AES) atəşə tuta bilər. Oxşar fikri bu yaxınlarda Norveçin Cənub-Şərqi Universitetinin professoru Qlenn Dizen də dilə gətirib. O, növbəti iki həftənin Ukraynanın potensial təxribatları səbəbindən son dərəcə təhlükəli ola biləcəyini vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/02/439758471_163:0:2414:1688_1920x0_80_0_0_efebf2b06efa39f70886cfb2559744a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kiyev, norveç, universitet, professor, ukrayna, təxribat, rusiya, deputat, deputat
kiyev, norveç, universitet, professor, ukrayna, təxribat, rusiya, deputat, deputat
Deputat: Kiyev Ukrayna daxilində Rusiyanı günahlandırmaq üçün təxribat törədə bilər
Çepa bildirib ki, indi Qərbin diqqəti naminə təxribat törətmək və hər şeydə Rusiyanı günahlandırmaq Kiyev üçün sərfəlidir.
BAKI, 7 yanvar — Sputnik. Ukrayna hakimiyyəti öz ölkəsinin ərazisində təxribat törədə bilər. Hər şeydən əvvəl Rusiyanı günahlandırmaq üçün.
Bu barədə "News.ru" rusiyalı deputat Aleksey Çepanın sözlərinə istinadən xəbər verib.
Siyasətçi vurğulayıb ki, Kiyevin Qərb dövlətlərinin diqqətini cəlb etmək üçün belə tədbirlərə ehtiyacı var. Çünki Ukraynanın populyarlığı Vladimir Zelenskinin populyarlığı kimi getdikcə azalır. Zelenski hətta ABŞ-ın yenidən seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasiminə də dəvət olunmayıb.
"Bir hissəsi hələ də Zelenskini dəstəkləyən Qərb koalisiyasının Rusiyanın hərəkətlərini pisləməsi üçün hansısa qınağın mümkün olduğu bir vəziyyət yaratması Ukrayna hakimiyyəti üçün faydalıdır. Bu hər hansı bir hərəkət ola bilər", - Çepa söyləyib.
Deputat əlavə edib ki, alternativ olaraq Kiyev Rusiya ərazisində mühüm obyektlərə zərbə endirməyə cəhd edə bilər. Yəqin ki, hər şey Kursk vilayətində baş verəcək. Orada Ukrayna Silahlı Qüvvələri (USQ) atom elektrik stansiyasını (AES) atəşə tuta bilər.
Oxşar fikri bu yaxınlarda Norveçin Cənub-Şərqi Universitetinin professoru Qlenn Dizen də dilə gətirib. O, növbəti iki həftənin Ukraynanın potensial təxribatları səbəbindən son dərəcə təhlükəli ola biləcəyini vurğulayıb.