https://sputnik.az/20250107/cinde-guclu-zelzele-bas-verib-469856067.html
Çində güclü zəlzələ olub: İlham Əliyev Si Cinpinə başsağlığı verib
Çində güclü zəlzələ olub: İlham Əliyev Si Cinpinə başsağlığı verib
Sputnik Azərbaycan
Axtarış-xilasetmə işlərinə 1500 nəfər cəlb olunub. 07.01.2025, Sputnik Azərbaycan
2025-01-07T17:49+0400
2025-01-07T17:49+0400
2025-01-07T17:53+0400
çin
dünya xəbərləri
zəlzələ
https://cdnn1.img.sputnik.az/img/07e9/01/07/469855899_0:0:3072:1728_1920x0_80_0_0_86b6305665477e043d2956501b30aef2.jpg
BAKI, 7 yanvar — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə başsağlığı məktubu göndərib.Məktubda deyilir:"Hörmətli cənab Sədr,Sidzan Muxtar Rayonunun Şiqatse şəhərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".***Çinin Tibet Muxtar Rayonunda baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb. Sputnik Azərbaycan rayonun fəlakətlərlə mübarizə qərargahına istinadla xəbər verir ki, yeraltı təkanların səbəb olduğu dağıntılar nəticəsində 62 nəfər xəsarət alıb. Təxminən min evə ziyan dəyib. Yeraltı təkandan sonra Çin Zəlzələ Administrasiyası bölgədə 2-ci dərəcədə fövqəladə reaksiya elan edib. Təbii fəlakət bölgəsinə əlavə qüvvələr cəlb olunub. Ümumilikdə, axtarış-xilasetmə işlərinə 1500 nəfər cəlb olunub. Çadır, çarpayı, isti geyimlər və digər lazımi vasitələr zəlzələ bölgəsinə göndərilib. Proses davam edir. Evləri dağılanlar müvəqqəti məntəqələrdə, o cümlədən çadırlarda yerləşdirilir. Zəlzələnin episentrinin yerləşdiyi Dinqri rayonunda 61 min adam yaşayır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/07/469855899_110:0:2841:2048_1920x0_80_0_0_75954ae1b4e9b989e42c8e42207877e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, zəlzələ
Çində güclü zəlzələ olub: İlham Əliyev Si Cinpinə başsağlığı verib
17:49 07.01.2025 (Yenilənib: 17:53 07.01.2025) Axtarış-xilasetmə işlərinə 1500 nəfər cəlb olunub.
BAKI, 7 yanvar — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə başsağlığı məktubu göndərib.
Sidzan Muxtar Rayonunun Şiqatse şəhərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".
Çinin Tibet Muxtar Rayonunda baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb.
Sputnik Azərbaycan rayonun fəlakətlərlə mübarizə qərargahına istinadla xəbər verir ki, yeraltı təkanların səbəb olduğu dağıntılar nəticəsində 62 nəfər xəsarət alıb. Təxminən min evə ziyan dəyib. Yeraltı təkandan sonra Çin Zəlzələ Administrasiyası bölgədə 2-ci dərəcədə fövqəladə reaksiya elan edib. Təbii fəlakət bölgəsinə əlavə qüvvələr cəlb olunub.
Ümumilikdə, axtarış-xilasetmə işlərinə 1500 nəfər cəlb olunub. Çadır, çarpayı, isti geyimlər və digər lazımi vasitələr zəlzələ bölgəsinə göndərilib. Proses davam edir. Evləri dağılanlar müvəqqəti məntəqələrdə, o cümlədən çadırlarda yerləşdirilir.
Zəlzələnin episentrinin yerləşdiyi Dinqri rayonunda 61 min adam yaşayır.