DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Afrika yerdəki çata görə ikiyə bölünə bilər

© iStock.com / buradakiYer kürəsi
Yer kürəsi - Sputnik Azərbaycan, 1920, 07.01.2025
Abunə olmaq
Şərqi Afrikadakı çat elm adamlarının gözlədiyindən daha sürətlə böyüyür.
BAKI, 7 yanvar — Sputnik. Afrika 3200 km-dən çox olan çatla iki yerə bölünə bilər. Həm də bu, görünür, gözləniləndən daha sürətlə baş verir. Səbəb olaraq tektonik plitələrin yerdəyişməsi göstərilir. Bu prosesin ilk əlamətləri 2005-ci ildə meydana gəlib – Efiopiya ərazisində uzunluğu 50 km-dən çox olan çat yaranıb. 2018-ci ildə isə Keniyada da yerin səthi çatlayıb.
Yerdəki bu çatlar 30 milyon il əvvəl Afrika plitəsinin parçalanması zamanı yaranan Böyük Rif Vadisinin üstündə yerləşir. Hazırda səthdə bu hadisənin nəticələri müşahidə olunur.
Son vaxtlara qədər geoloqlar hesab edirdilər ki, Afrikanın iki hissəyə bölünməsi üçün 5-10 milyon il lazım olacaq. Lakin axırıncı məlumatlara görə, bu, daha tez baş verəcək.
Tuleyn Universitetinin geofiziki Sintiya Ebinqer "Dailygalaxy" platformasına deyib: "Biz proqnozu bir milyon ilə endirdik, amma, çox güman ki, bunun yarısı da ola bilər".
Çat ildə 0,8-2,5 sm genişlənir, lakin proses zəlzələlərlə sürətləndirilə bilər ki, bu da dəqiq proqnozları çətinləşdirir. Ən sonda isə, Somali, Efiopiya, Tanzaniya və Keniyanın yarısının Afrika sahillərində nəhəng bir ada təşkil etmək ehtimalı var.
Tektonik plitələrin və yer qabığının hərəkəti onun altındakı maqmanın axını ilə bağlıdır. Məsələn, Efiopiyanın altında üst səthdən cəmi 10 km dərinlikdəki həddindən artıq isti maye yer qabığını zəiflədir.
Xəbər lenti
0