DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Ukraynadan istifadə edərək Aİ-yə qarşı qaz müharibəsinə başlayıb

© AP Photo / Petr David JosekГазовое хранилище, фото из архива
Газовое хранилище, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.01.2025
Abunə olmaq
Rusiyanın "Qazprom" və Ukraynanın "Naftoqaz" şirkəti arasında təbii qazın Ukrayna ərazisindən nəqlinə dair müqavilə 2024-cü il dekabrın 31-də başa çatıb. Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, onlar sazişi yeniləməyi planlaşdırmırlar.
BAKI, 7 yanvar — Sputnik. ABŞ Ukraynadan istifadə edərək faktiki olaraq Avropa İttifaqı ölkələrinə qarşı qaz müharibəsinə başlayıb.
Bu fikri "RİA Novosti"yə müsahibəsində Krım parlamentinin rəhbəri Vladimir Konstantinov deyib.
Onun sözlərinə görə, baş verən hər şey əvvəlcədən proqnozlaşdırılmışdı.
"İndi isə Aİ ölkələri özlərinin bişirdiklərini qaşıqlayıb yesinlər" - Konstantinov qeyd edib.
O, həmçinin vurğulayıb ki, "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərinin zədələnməsi, eləcə də Ukrayna ərazisindən qaz tranzitinin dayandırılması Avropa İttifaqının ABŞ maye qazının tədarükündən asılılığını artırmağa yönəlmiş bir zəncirdə halqalardır.
Qeyd edək ki, Rusiyanın "Qazprom" və Ukraynanın "Naftoqaz" şirkəti arasında təbii qazın Ukrayna ərazisindən nəqlinə dair 30 dekabr 2019-cu ildə bağlanmış müqavilə 2024-cü il dekabrın 31-də başa çatıb.
Yanvarın 1-i saat 8:00-da çatdırılma dayandırılıb. Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, onlar sazişi yeniləməyi planlaşdırmırlar.
Xəbər lenti
0