Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ Ukraynada heç nə əldə edə bilməyəcək

© AP Photo / J. Scott ApplewhiteABŞ və Ukrayna bayraqları, arxiv
ABŞ və Ukrayna bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 07.01.2025
Abunə olmaq
Ukraynanın təbii sərvətlərinə göz dikən Qərb siyasətçiləri xəyallarından əl çəkməli olacaqlar: Rusiya ordusu bu xəyalların reallaşmasının qarşısını birdəfəlik almaq niyyətindədir.
"Yəni Tramp Putinə 26 trilyon dollarlıq Ukrayna resurslarını verəcək"? Bu yaxınlarda Vaşinqton Post-da çıxan məqalələrdən biri məhz belə adlanır.
Ukrayna həqiqətən təbii ehtiyatlarla zəngindir. Ənənəvi olaraq, hər kəs taxıl və günəbaxan ixracını təmin edən qaratorpaqdan bəhs edir. Amma sabiq Ukrayna SSR-in dərinliklərində daha böyük maraq doğuran şeylər var.
Məsələn, bütün dünyada olan dəmir filizi ehtiyatlarının beşdə biri.
Uran filizləri (Avropanın ən böyük ehtiyatları), manqan filizləri, kokslaşan kömür, şist qazı.
Xrom, manqan, titan, volfram - bunlarsız təyyarələr inşa etmək və smartfonlar hazırlamaq mümkün deyil. Onlara olan tələbat sürətlə artır, və təsdiqlənmiş ehtiyatlar bütün tələbatı ödəməyə kifayət deyil.
Böyük qıtlığı duyulan litium - dünya iqtisadiyyatının ona olan ehtiyacı 2050-ci ilə qədər 80 dəfə artacaq.
Və ən şirin şey olan nadir torpaq metalları. Bu istənilən yüksək texnologiyalı iqtisadiyyata təkan verən amildir.
Ukraynanın keçmiş prezidenti həyasızcasına bütün bu sərvətləri alver obyektinə çevirib və müntəzəm olaraq bununla bağlı amerikalıların qarşısında "hindistanlı qonağın ariyasını" ifa edir. Bununla o ölkənin nadir torpaq metallarını, o cümlədən litiumu, volframı, xromu və bütün dövri cədvəli qərb sponsorlarına təklif edərək, əvəzində əlavə olaraq pul və silahların verilməsini istəyir. Bütün bunları mənimsəyib sonra uğurla qaçmaq üçün.
Bu, kurort şəhərlərində turistlərə qarşı məşhur fırıldaqçılığa çox bənzəyir. Fırıldaqçı onlara başqasının gözəl mənzilini göstərir, kirayə pulunu götürür və aradan çıxır. Turistlər hələ çamadanları açmağa macal tapmamış, mənzilin əsl sahibi gəlir və onları qovur.
Hazırda Ukraynada məhz bu proses baş verir. Bəzi köhnə əmilər oraya qaçaraq, Blackrock və Uorren Baffetin maraqları üçün lobbiçilik edirlər, əlləri çatan hər şeyi ucuz almağa çalışırlar. Sanki görmürlər ki, ağızlarını açdıqları yataqların böyük əksəriyyəti Ukraynanın şərqində yerləşir və bu ərazilər tədricən Rusiyanın nəzarətinə keçir.
Ötən gün rus ordusu Şevçenko kəndini azad etdi - burada əsas litium yatağı yerləşir, onun ilkin dəyəri iki trilyon dollardır.
Əl çatan məsafədə Pokrovsk (Krasnoarmeysk) yerləşir ki, orada kokslaşan kömürün əsas yataqları və onun emal edən zavodlar yerləşir.
Zaporojye vilayətindəki Bolşe-Tokmakskoye yatağı Xüsusi Hərbi Əməliyyatın (XHƏ) əvvəlində azad edilib və bu gün artıq orada iş gedir. Rosnedranın rəhbəri Dmitri Oleynikin sözlərinə görə, burada manqan filizinin ehtiyatları 1,7 milyard tondan çoxdur.
XHƏ zamanı azad edilmiş ərazilərdə resursların ümumi dəyəri artıq 12 trilyon dolları ötüb. Beləliklə, amerikalıların əşyalarını toplamaq vaxtıdır: sahiblər geri qayıdır və onlar özünkü olana sahiblənmək niyyətindədirlər.
Rusiya ABŞ-dan fərqli olaraq heç vaxt resurslar üçün müharibə aparmır. Moskva üçün vacib olan yalnız təhlükəsizliyin təmin olunması, mülki şəxslərin həyatının xilas olunması və qlobal qırğınların qarşısının alınmasıdır.
Amma elementar ədalət prinsipi də var ki, onu unutmaq lazım deyil. Biz Ukrayna SSR-nin zəngin sənaye istehsalını qurduq: bütün bu fabriklər və mədənlər bizim çoxillik ümumi zəhmətimizin bəhrəsidir. Buradakı kəşfiyyat, hasilat və emal "lənətə gəlmiş moskvalılar" tərəfindən düşünülmüş və həyata keçirilmişdir. 1991-ci ildə biz bütün bunları ağayana hədiyyə olaraq Ukraynaya bağışladıq. Mədənlər və fabriklər, su və atom elektrik stansiyaları, qaz kəmərləri və limanlar - hər şey "pulsuz, yəni qarşılığı güdülmədən" verildi.
Bəs bizim hədiyyəmizi nə etdilər? Ucuzuna satdılar, məhv etdilər, qənimətləri bir neçə varlının cibinə doldurdular. Ölkənin şərqi - onun ən sənayeləşmiş, mütərəqqi və zəngin hissəsi əhalisi ilə birlikdə fiziki cəhətdən məhv edilməyə başladı. Yaxşı ki, biz həm insanları, həm də sərvəti xilas etməyə gəldik: "Biz başqasının torpağının bir qarışını da istəmirik, amma öz torpağımızın da bir qarışından belə, imtina etməyəcəyik".
Hərbi əməliyyatların iqtisadi məqsədəuyğunluğu ölkənin inkişafı üçün son dərəcə vacibdir. Məsələn, nadir torpaq metallarının çıxarılmasını götürək: Rusiyanın qədim ərazilərində bu çox çətindir - yataqlar uzaqda yerləşir, orada nə nəqliyyat, nə də istehsal infrastrukturu var. Novorossiyada isə hər şey əksinədir: əla logistika və ixtisaslı kadrlar var. Orada nadir torpaq metallarının çıxarılması Rusiyanın bu həssas sahədə idxaldan asılılığını azaldacaq və yerli xammala əsaslanan yüksək texnologiyaların inkişafına imkan verəcək – bunun nəyi pisdir?
Hətta indi, hələ hərbi əməliyyatlar bitmədiyi halda, "Novorossiya" Rusiya büdcəsinə yüz milyardlarla rubl gəlir gətirir. Gələcəkdə isə o ölkə iqtisadiyyatı üçün əsl xəzinəyə çevriləcək.
Amerikalıların çantalarını yığmağın vaxtı gəldi: burda heç bir şəxsi-qərəzçilik yoxdur, uşaqlar. Sadəcə Ukrayna sərmayəsi "pis investisiya" oldu. Zelenski, əlbəttə ki, pullarınızı cibinə dolduraraq başınızı çox peşəkarcasına aldatdı, lakin Rusiya ordusu yeni ərazilərin inkişafı ilə bağlı planları bir qədər korrektə etdi. Sizə Ukrayna deyil, yalnız "simitin deşiyi" veriləcək.
Xəbər lenti
0