Tarixdə bu gün: 6 yanvar – FOTO
© Sputnik / Elnur Salayev6 yanvar
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 6 yanvar — Sputnik. Yanvarın 6-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Yanvarın 6-da kimlər anadan olub?
İsmayıl Dağıstanlı (1907-1980) - Azərbaycan aktyoru və SSRİ xalq artistidir. O, "Səbuhi", "Böyük dayaq", "Koroğlu" və s. filmlərdə rol alıb.
© Photo : public domenİsmayıl Dağıstanlı
İsmayıl Dağıstanlı
© Photo : public domen
Aslan bəy Vəzirzadə (1898-1984) - azərbaycanlı mineraloq və kristalloqraf, profesor və Azərbaycan SSR əməkdar elm xadimidir.
© Photo : public domenAslan bəy Vəzirzadə
Aslan bəy Vəzirzadə
© Photo : public domen
Janna Dark (1412-1431) - Fransanın milli qəhrəmanıdır. O, yüzillik müharibədə fransız qoşunlarının komandanlarından biri olub. Janna Dark burqundlara əsir düşdükdən sonra ingilislərə təhvil verilir, katolik kilsəsinin məhkəməsi tərəfindən cadugərlikdə təqsirləndirilir və tonqalda diri-diri yandırılır. Lakin sonradan 1456-cı Fransa məhkəməsi ona bəraət qazandırır və 1920-ci ildə katolik kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilir.
© Photo : public domenJanna Dark
Janna Dark
© Photo : public domen
Jak-Etyen Monqolfye (1745-1799) - Fransa ixtiraçısı və hava şarının yaradıcısıdır.
© Photo : public domenJak-Etyen Monqolfye
Jak-Etyen Monqolfye
© Photo : public domen
Adriano Çelentano (1938) - İtaliya müğənnisi, bəstəkarı, aktyoru, rejissoru və teleaparıcısıdır.
© AP Photo / Luca BrunoAdriano Çelentano
Adriano Çelentano
© AP Photo / Luca Bruno
Roven Atkinson (1955) - ingilis komediya aktyoru, yazıçı, ssenarist və prodüserdir. O, dünyada məhçur olan eyniadlı "Mister Bin" teleserialında komik obrazı ilə tanınır.
© Sputnik / Руслан Кривобок Roven Atkinson
Roven Atkinson
© Sputnik / Руслан Кривобок
İrina Şeyk (1986) - rusiyalı supermodel və aktrisadır. O, "Sports Illustrated Swimsuit Issue" jurnalının üz qabığında görünən ilk rusiyalı model olub. "Models.com" onu moda sənayesinin simvolu adlandırıb.
© AP Photo / Evan Agostini/Invision
İrina Şeyk
İrina Şeyk
© AP Photo / Evan Agostini/Invision
Yanvarın 6-da dünyada baş verən tarixi hadisələr
1907-ci ildə italiyalı həkim və pedaqoq Mariya Montessori Romada fəhlə sinfinin uşaqları üçün "Uşaq evi" açır.
1937-ci ildə SSRİ-də ikinci Ümumittifaq Əhalinin Siyahıyaalınması keçirilib.
1941-ci ildə ABŞ Prezidenti F.D.Ruzvelt Konqresə illik müraciətində "dörd azadlığı" elan edib: söz və ifadə azadlığı, hər bir insanın öz əqidəsinə etiqad etmək azadlığı, ehtiyacdan və qorxudan azad olmaq.
2004-cü ildə Azərbaycanda Avropa Sosial Xartiyasının təsdiq edilməsi haqqında qanun qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.