https://sputnik.az/20250106/sumqayitda-general-polad-hesimovun-adini-dasiyan-kuce-exlaqsizliq-yuvasina-donub-video-469726123.html
Sumqayıtda "Şabalıd Lounge"da düşən davaya görə üç nəfər saxlanıldı - Rəsmi
Sumqayıtda "Şabalıd Lounge"da düşən davaya görə üç nəfər saxlanıldı - Rəsmi
Sputnik Azərbaycan
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 06.01.2025, Sputnik Azərbaycan
2025-01-06T11:44+0400
2025-01-06T11:44+0400
2025-01-06T11:44+0400
azərbaycan
cəmiyyət
polad həşimov
sumqayıt
sumqayıt şəhər icra hakimiyyəti
sorğu
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/1c/469737267_0:36:1153:685_1920x0_80_0_0_00ff543c984aa79bc5b21244da806320.jpg
BAKI, 6 yanvar — Sputnik. Sumqayıt şəhər 3-cü məhəllə, ev 27/10, Polad Həşimov və Nizami küçələrinin kəsişməsində yerləşən "Şabalıd Lounge" adlı iaşə obyektində davada iştirak edən üç nəfər saxlanılıb.Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, dekabrın 27-də gecə saatlarında Sumqayıt şəhər ərazisində bir qrup şəxsin şəxsi münasibətlər zəmnində mübahisə etməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 3 nəfər müəyyən edilərək saxlanılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.Qurumdan bildirilib ki, obyektdə gecə saat 12:00-dan sonra musiqinin yüksək səslə səsləndirilməsi ilə bağlı sakinlərdən şikayət daxil olarsa, bu fakt da araşdırılaraq obyekt sahibi barəsində qanuna müvafiq şəkildə tədbir görüləcək.28.12.2024Sumqayıt şəhər 3-cü məhəllə, ev 27/10, Polad Həşimov və Nizami küçələrinin kəsişməsində yerləşən "Şabalıd Lounge" adlı iaşə obyektində bu gecə dava düşüb. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat verib. Onlar bildiriblər ki, bu ilin yanvar ayından yaşayış binasının aşağı mərtəbəsində fəaliyyətə başlayan obyekt sözün əsl mənasında sakinlərin rahatlığına qənim kəsilib. Belə ki, iaşə obyekti fəaliyyətə başlayandan, sakinlər evlərində gecə rahat yata bilmədiklərindən şikayətlənirlər. Sakinlər bildiriblər ki, qəlyanxana kimi fəaliyyət göstərən iaşə obyektinə səhərə qədər spirtli içki içən, yüngün həyat tərzi keçirən insanlar gəlir. Onlar əxlaqsız davranış sərgiləyir, küçə söyüşləri ilə bir-birilərini təhqir edərək tez-tez dalaşırlar. Sakinlərin sözlərinə görə, bayağı və yüksək musiqi səsinə və küçə söyüşlərinə görə evlərinin pəncərəsini yay-qış bağlı saxlamaq məcburiyyətində qalıblar. "Ailəmiz, uşaqlarımız evdə o söyüşləri eşitməsin deyə yayda da kondisioneri yandırıb pəncərəni bağlı saxlayırıq. Artıq öz evimizi satıb getmək məcburiyyətində qalmışıq. Gecələr səs açıq şəkildə evin içərisinə gəlir. Yayda hətta səkini zəbt edərək küçədə qəlyan verirlər. Obyektdə yeməyin qoxusu, musiqi səsi, küçə söyüşləri, əxlaqsız davranan insanların əlindən təngə gəlmişik. Problemlə bağlı Sumqayıt Şəhər icra başçısı Zakir Fərəcova, aidiyyatı üzrə polis bölməsinə də şikayət etmişik. Gəlib bizdən izzahat da alıblar. Amma obyektlə bağlı bir tədbir görən yoxdur. Obyekt səhər saat 06:00-a qədər işləyir. Küçəmiz Milli Qəhrəman, general Polad Həşimovun adını daşıyır. Heç onun adına da hörmət qoyan yoxdur. Buranı fahişəxanaya çeviriblər. Uşaqlarımızın tərbiyəsi pozulmasın deyə onları həyətə buraxmırıq" deyə sakinlər bildirib. Sözügedən obyektin icarədarı Tural Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sakinlərin iddiası əsassızdır. "Orada sakinlərdən biri bizimlə prinsip aparır. Digər sakinlərin də adından imza atıb bizdən şikayət edir. İmkan vermir ki, obyekti işlədək. İmkan qədər sakinlərə narahatlıq verməməyə çalışırıq. Amma müştərinin davranışına görə biz məsuliyyət daşımırıq" - Əliyev deyib.Qeyd edək ki, ictimai və yaşayış binalarında, yaşayış tikililəri ərazisi, eləcə də insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələri və vibrasiyaya olan tələbləri Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları" ilə müəyyən edilir. "Sənədə əsasən, nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları desibellərlə (dB) ölçülür. Kafe, restoran və yeməkxanaların zalları üçün bu norma 65 dB müəyyən edilib. Bu normaların pozulmasına nəzarət edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Qurumun keçirdiyi reyd və ya daxil olan şikayət əsasında aparılan araşdırma zamanı səs-küyün müəyyən edilmiş normadan artıq olması müəyyən edilərsə, o halda inzibati protokol tərtib edilir". İnzibati Xətalar Məcəlləsinin (İXM) 275.2-ci maddəsinə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğlərdə cərimə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nın icrasının təmin edilməsi barədə Azərbaycan Prezidentinin Fərmanına əsasən, kafe, restoran, yeməkxanaların zallarında ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti saat 06:00-dan 23:00-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi, saat 23:00-dan 06:00-dək isə Daxili İşlər Nazirliyi (DİN) həyata keçirir. Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) də bildirilib ki, bu kimi problemlərlə əlaqədar vətəndaşın şikayəti əsasında polis araşdırma aparmalıdır.Məsələ ilə bağlı Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu göndərib. Hər iki qurumdan faktın araşdırılacağı bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/1c/469737267_97:0:1057:720_1920x0_80_0_0_a754562616b908d43a31866327f69299.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, polad həşimov, sumqayıt, sumqayıt şəhər icra hakimiyyəti, sorğu
azərbaycan, polad həşimov, sumqayıt, sumqayıt şəhər icra hakimiyyəti, sorğu
Sumqayıtda "Şabalıd Lounge"da düşən davaya görə üç nəfər saxlanıldı - Rəsmi
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
BAKI, 6 yanvar — Sputnik. Sumqayıt şəhər 3-cü məhəllə, ev 27/10, Polad Həşimov və Nizami küçələrinin kəsişməsində yerləşən "Şabalıd Lounge" adlı iaşə obyektində davada iştirak edən üç nəfər saxlanılıb.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dekabrın 27-də gecə saatlarında Sumqayıt şəhər ərazisində bir qrup şəxsin şəxsi münasibətlər zəmnində mübahisə etməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 3 nəfər müəyyən edilərək saxlanılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Qurumdan bildirilib ki, obyektdə gecə saat 12:00-dan sonra musiqinin yüksək səslə səsləndirilməsi ilə bağlı sakinlərdən şikayət daxil olarsa, bu fakt da araşdırılaraq obyekt sahibi barəsində qanuna müvafiq şəkildə tədbir görüləcək.
Sumqayıt şəhər 3-cü məhəllə, ev 27/10, Polad Həşimov və Nizami küçələrinin kəsişməsində yerləşən "Şabalıd Lounge" adlı iaşə obyektində bu gecə dava düşüb.
Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat verib.
Onlar bildiriblər ki, bu ilin yanvar ayından yaşayış binasının aşağı mərtəbəsində fəaliyyətə başlayan obyekt sözün əsl mənasında sakinlərin rahatlığına qənim kəsilib. Belə ki, iaşə obyekti fəaliyyətə başlayandan, sakinlər evlərində gecə rahat yata bilmədiklərindən şikayətlənirlər.
Sakinlər bildiriblər ki, qəlyanxana kimi fəaliyyət göstərən iaşə obyektinə səhərə qədər spirtli içki içən, yüngün həyat tərzi keçirən insanlar gəlir. Onlar əxlaqsız davranış sərgiləyir, küçə söyüşləri ilə bir-birilərini təhqir edərək tez-tez dalaşırlar. Sakinlərin sözlərinə görə, bayağı və yüksək musiqi səsinə və küçə söyüşlərinə görə evlərinin pəncərəsini yay-qış bağlı saxlamaq məcburiyyətində qalıblar.
"Ailəmiz, uşaqlarımız evdə o söyüşləri eşitməsin deyə yayda da kondisioneri yandırıb pəncərəni bağlı saxlayırıq. Artıq öz evimizi satıb getmək məcburiyyətində qalmışıq. Gecələr səs açıq şəkildə evin içərisinə gəlir. Yayda hətta səkini zəbt edərək küçədə qəlyan verirlər. Obyektdə yeməyin qoxusu, musiqi səsi, küçə söyüşləri, əxlaqsız davranan insanların əlindən təngə gəlmişik. Problemlə bağlı Sumqayıt Şəhər icra başçısı Zakir Fərəcova, aidiyyatı üzrə polis bölməsinə də şikayət etmişik. Gəlib bizdən izzahat da alıblar. Amma obyektlə bağlı bir tədbir görən yoxdur. Obyekt səhər saat 06:00-a qədər işləyir. Küçəmiz Milli Qəhrəman, general Polad Həşimovun adını daşıyır. Heç onun adına da hörmət qoyan yoxdur. Buranı fahişəxanaya çeviriblər. Uşaqlarımızın tərbiyəsi pozulmasın deyə onları həyətə buraxmırıq" deyə sakinlər bildirib.
Sözügedən obyektin icarədarı Tural Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sakinlərin iddiası əsassızdır.
"Orada sakinlərdən biri bizimlə prinsip aparır. Digər sakinlərin də adından imza atıb bizdən şikayət edir. İmkan vermir ki, obyekti işlədək. İmkan qədər sakinlərə narahatlıq verməməyə çalışırıq. Amma müştərinin davranışına görə biz məsuliyyət daşımırıq" - Əliyev deyib.
Qeyd edək ki, ictimai və yaşayış binalarında, yaşayış tikililəri ərazisi, eləcə də insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələri və vibrasiyaya olan tələbləri Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları" ilə müəyyən edilir.
"Sənədə əsasən, nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları desibellərlə (dB) ölçülür. Kafe, restoran və yeməkxanaların zalları üçün bu norma 65 dB müəyyən edilib. Bu normaların pozulmasına nəzarət edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Qurumun keçirdiyi reyd və ya daxil olan şikayət əsasında aparılan araşdırma zamanı səs-küyün müəyyən edilmiş normadan artıq olması müəyyən edilərsə, o halda inzibati protokol tərtib edilir".
İnzibati Xətalar Məcəlləsinin (İXM) 275.2-ci maddəsinə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğlərdə cərimə edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nın icrasının təmin edilməsi barədə Azərbaycan Prezidentinin Fərmanına əsasən, kafe, restoran, yeməkxanaların zallarında ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti saat 06:00-dan 23:00-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi, saat 23:00-dan 06:00-dək isə Daxili İşlər Nazirliyi (DİN) həyata keçirir.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) də bildirilib ki, bu kimi problemlərlə əlaqədar vətəndaşın şikayəti əsasında polis araşdırma aparmalıdır.
Məsələ ilə bağlı Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu göndərib. Hər iki qurumdan faktın araşdırılacağı bildirilib.