https://sputnik.az/20250106/dm-den-bakalavrlara-xeberdarliq-469837083.html
DİM-dən bakalavrlara xəbərdarlıq!
DİM-dən bakalavrlara xəbərdarlıq!
Sputnik Azərbaycan
Sınaq imtahanında iştirak etmək istəyənlər 2025-ci il 6 yanvar saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər. 06.01.2025, Sputnik Azərbaycan
2025-01-06T14:10+0400
2025-01-06T14:10+0400
2025-01-06T14:11+0400
dim
təhsil
xəbərdarlıq
imtahan
imtahan
imtahan
dövlət imtahan mərkəzi
bakalavr
https://cdnn1.img.sputnik.az/img/41104/39/411043914_0:77:2001:1202_1920x0_80_0_0_bee596db8755111e1a07f32f00e6048f.jpg
BAKI, 6 yanvar — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci il 19 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 2025-ci il 6 yanvar saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər. İştirakçılar verilən qeydiyyat linki vasitəsilə "Şəxsi kabinet"in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub imtahana yazıla bilərlər. Xatırladaq ki, imtahan iştirakçıları sınaq imtahanından dərhal sonra DİM-in ekspertləri ilə görüşüb nəticələri ilə bağlı məsləhət də ala biləcəklər. Bundan əlavə, sınaq imtahanında iştirak etmiş şəxslərə magistraturaya qəbul imtahanları, ixtisas seçimi və digər məsələlər barəsində məlumat veriləcək. Həmçinin DİM-in məsul işçiləri tərəfindən bakalavrları maraqlandıran suallar cavablandırılacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41104/39/411043914_146:0:1853:1280_1920x0_80_0_0_2b6ac0b14a43ce5eb6a7e85530a33b80.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dim, xəbərdarlıq, imtahan, imtahan, imtahan, dövlət imtahan mərkəzi, bakalavr
dim, xəbərdarlıq, imtahan, imtahan, imtahan, dövlət imtahan mərkəzi, bakalavr
DİM-dən bakalavrlara xəbərdarlıq!
14:10 06.01.2025 (Yenilənib: 14:11 06.01.2025) Sınaq imtahanında iştirak etmək istəyənlər 2025-ci il 6 yanvar saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
BAKI, 6 yanvar — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci il 19 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq.
Sınaq imtahanında iştirak etmək istəyənlər 2025-ci il 6 yanvar saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
İştirakçılar verilən qeydiyyat linki vasitəsilə "Şəxsi kabinet"in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub imtahana yazıla bilərlər.
Xatırladaq ki, imtahan iştirakçıları sınaq imtahanından dərhal sonra DİM-in ekspertləri ilə görüşüb nəticələri ilə bağlı məsləhət də ala biləcəklər. Bundan əlavə, sınaq imtahanında iştirak etmiş şəxslərə magistraturaya qəbul imtahanları, ixtisas seçimi və digər məsələlər barəsində məlumat veriləcək. Həmçinin DİM-in məsul işçiləri tərəfindən bakalavrları maraqlandıran suallar cavablandırılacaq.