https://sputnik.az/20250106/co-bayden-vladimir-putini-47-ildir-tanidigini-bildirib-469837360.html
Co Bayden Vladimir Putini 47 ildir tanıdığını bildirib
Co Bayden Vladimir Putini 47 ildir tanıdığını bildirib
Sputnik Azərbaycan
Prezident öz inaqurasiya ayını unudub və bu hadisənin 2021-ci ilin fevralında baş verdiyini söyləyib. 06.01.2025, Sputnik Azərbaycan
2025-01-06T14:31+0400
2025-01-06T14:31+0400
2025-01-06T14:31+0400
co bayden
dünya xəbərləri
putin
putin
rusiya prezidenti vladimir putin
abş prezidenti cozef bayden
cozef bayden
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1d/456382903_0:117:2243:1379_1920x0_80_0_0_ee232f7ac28f0bfc5c74d9013ef657b8.jpg
BAKI, 6 yanvar — Sputnik. ABŞ-ın hazırkı lideri Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə nə vaxt tanış olduğunu unudub. O, tarixləri qarışdıraraq dövlət başçısını 47 ildən artıqdır ki, tanıdığını bildirib. Bu barədə "C-SPAN" telekanalı məlumat yayıb. Co Bayden nostaljiyə qapılaraq Vladimir Putinlə görüşdüyü ilk sammiti xatırladıb. O, bildirib ki, görüş dövlət rəhbərlərinin seçkiləri ilə andiçmə mərasimləri arasındakı dövrdə baş tutub. Lakin sonradan Co Bayden dediyi sözlərinə şübhə edib. "Ya da inaqurasiyadan dərhal sonra. Xeyr, bağışlayın, ondan əvvəl olub. Xeyr, hər şey doğrudur, mən vəzifəyə gəldikdən dərhal sonra, fevralın əvvəlində", ABŞ lideri qeyd edib. Qeyd edək ki, Co Bayden 2021-ci il yanvarın 20-də ABŞ-ın prezidenti olub. Dövlət başçısı əlavə edib ki, birinci sammit zamanı Vladimir Putinlə silahlara nəzarət məsələsini müzakirə etmək istəyib. Bundan əlavə, Co Bayden nüvə silahları haqqında danışmağı planlaşdırıb. Ancaq Amerika liderinin fikrincə, Vladimir Putin Rusiyadakı dəyişikliklərdən danışmağa başlayaraq onu sözünü yarımçıq qoyub. Xatırladaq ki, Co Bayden istefa verməzdən və ABŞ prezidenti vəzifəsindən getməzdən əvvəl iki böyük çıxış edəcəyinə söz verib. O, öz irsi haqqında danışacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1d/456382903_125:0:2118:1495_1920x0_80_0_0_a648e2ef2b74e52985e4c929b4b8b9ce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
co bayden, putin, putin, rusiya prezidenti vladimir putin, abş prezidenti cozef bayden, cozef bayden
co bayden, putin, putin, rusiya prezidenti vladimir putin, abş prezidenti cozef bayden, cozef bayden
Co Bayden Vladimir Putini 47 ildir tanıdığını bildirib
Prezident öz inaqurasiya ayını unudub və bu hadisənin 2021-ci ilin fevralında baş verdiyini söyləyib.
BAKI, 6 yanvar — Sputnik. ABŞ-ın hazırkı lideri Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə nə vaxt tanış olduğunu unudub. O, tarixləri qarışdıraraq dövlət başçısını 47 ildən artıqdır ki, tanıdığını bildirib.
Bu barədə "C-SPAN" telekanalı məlumat yayıb.
Co Bayden nostaljiyə qapılaraq Vladimir Putinlə görüşdüyü ilk sammiti xatırladıb. O, bildirib ki, görüş dövlət rəhbərlərinin seçkiləri ilə andiçmə mərasimləri arasındakı dövrdə baş tutub. Lakin sonradan Co Bayden dediyi sözlərinə şübhə edib.
"Ya da inaqurasiyadan dərhal sonra. Xeyr, bağışlayın, ondan əvvəl olub. Xeyr, hər şey doğrudur, mən vəzifəyə gəldikdən dərhal sonra, fevralın əvvəlində", ABŞ lideri qeyd edib.
Qeyd edək ki, Co Bayden 2021-ci il yanvarın 20-də ABŞ-ın prezidenti olub.
Dövlət başçısı əlavə edib ki, birinci sammit zamanı Vladimir Putinlə silahlara nəzarət məsələsini müzakirə etmək istəyib. Bundan əlavə, Co Bayden nüvə silahları haqqında danışmağı planlaşdırıb. Ancaq Amerika liderinin fikrincə, Vladimir Putin Rusiyadakı dəyişikliklərdən danışmağa başlayaraq onu sözünü yarımçıq qoyub.
Xatırladaq ki, Co Bayden istefa verməzdən və ABŞ prezidenti vəzifəsindən getməzdən əvvəl iki böyük çıxış edəcəyinə söz verib. O, öz irsi haqqında danışacaq.