https://sputnik.az/20250106/berbok-suriyaya-yardim-qadin-huquqlarinin-qorunmasindan-asili-olacaq-469837217.html
Berbok: Suriyaya yardım qadın hüquqlarının qorunmasından asılı olacaq
Berbok: Suriyaya yardım qadın hüquqlarının qorunmasından asılı olacaq
Sputnik Azərbaycan
Almaniya Suriya rəhbərliyini qadınların hüquqlarına hörmət etməyə çağırır. 06.01.2025, Sputnik Azərbaycan
2025-01-06T22:01+0400
2025-01-06T22:01+0400
2025-01-06T22:01+0400
annalena berbok
dünya xəbərləri
almaniya
suriya
qadın
haqq
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/458001577_0:161:3071:1888_1920x0_80_0_0_e6eb26ee67a566ef0e91727a0494406c.jpg
BAKI, 6 yanvar — Sputnik. Almaniyanın xarici işlər naziri Annalena Berbok ölkəsinin "İslam strukturlarına" pul göndərməyəcəyini bildirib. Bu barədə diplomat "Funke" nəşrinə müsahibəsində deyib. "Əgər Suriyada qadınlar təhlükəsiz deyillərsə, o zaman milyonlarla savadlı kişi və qadın ölkəni yenidən qurmaq üçün xaricdən heç vaxt vətənlərinə qayıtmayacaqlar", Burbok qeyd edib. Diplomat vurğulayıb ki, o, ölkənin yeni rəhbərliyi ilə görüşdə qadınların hüquqlarının qorunmasını müzakirə edib. Yeri gəlmişkən, Berbokun Suriyaya səfəri qalmaqala çevrilib. Xatırladaq ki, Almaniya xarici işlər naziri Suriyaya fransalı həmkarı Jan-Noel Barro ilə gedib. Qarşılayan tərəf hava limanında Berbokun əlini sıxmayıb, daha sonra nəşr olunan fotoşəkillərdə alman diplomatının üzü bulanlıq paylaşılıb, üstəlik, fotoşəkillərdə Berboku müşayiət edən iki tərcüməçi də retuş edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/458001577_170:0:2901:2048_1920x0_80_0_0_becd302457d9ea087e1f208def6fb6af.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
annalena berbok, almaniya, suriya, qadın, haqq
annalena berbok, almaniya, suriya, qadın, haqq
Berbok: Suriyaya yardım qadın hüquqlarının qorunmasından asılı olacaq
Almaniya Suriya rəhbərliyini qadınların hüquqlarına hörmət etməyə çağırır.
BAKI, 6 yanvar — Sputnik. Almaniyanın xarici işlər naziri Annalena Berbok ölkəsinin "İslam strukturlarına" pul göndərməyəcəyini bildirib.
Bu barədə diplomat "Funke" nəşrinə müsahibəsində deyib.
"Əgər Suriyada qadınlar təhlükəsiz deyillərsə, o zaman milyonlarla savadlı kişi və qadın ölkəni yenidən qurmaq üçün xaricdən heç vaxt vətənlərinə qayıtmayacaqlar", Burbok qeyd edib.
Diplomat vurğulayıb ki, o, ölkənin yeni rəhbərliyi ilə görüşdə qadınların hüquqlarının qorunmasını müzakirə edib. Yeri gəlmişkən, Berbokun Suriyaya səfəri qalmaqala çevrilib.
Xatırladaq ki, Almaniya xarici işlər naziri Suriyaya fransalı həmkarı Jan-Noel Barro ilə gedib. Qarşılayan tərəf hava limanında Berbokun əlini sıxmayıb, daha sonra nəşr olunan fotoşəkillərdə alman diplomatının üzü bulanlıq paylaşılıb, üstəlik, fotoşəkillərdə Berboku müşayiət edən iki tərcüməçi də retuş edilib.