CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanunsuz silah-sursatın aşkarlanması istiqamətində tədbirlər davam etdirilir

© AR Ministry of Internal AffairsQanunsuz silah-sursat, arxiv
Qanunsuz silah-sursat, arxiv - Sputnik Azərbaycan, 1920, 05.01.2025
Abunə olmaq
Dünən ümumilikdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı 4 fakt qeydə alınıb.
BAKI, 5 yanvar - Sputnik. Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yanvarın 4-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 patron darağı və 130 ədəd patron aşkar edərək götürüblər.
Qeyd olunur ki, dünən qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0