https://sputnik.az/20250105/prezident-azerbaycanin-pravoslav-xristian-icmasini-milad-bayrami-munasibetile-tebrik-edib-469821572.html
Prezident Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
Prezident Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
Sputnik Azərbaycan
Dövlətimizin başçısı bildirib ki, xristian həmvətənlərimiz Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər. 05.01.2025, Sputnik Azərbaycan
2025-01-05T13:21+0400
2025-01-05T13:21+0400
2025-01-05T13:21+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
milad bayramı
təbrik
pravoslav
icma
https://cdnn1.img.sputnik.az/img/07e5/03/04/426380808_0:225:2843:1824_1920x0_80_0_0_f19821fd8cac38ddf32f73c558dc4519.jpg
BAKI, 5 yanvar - Sputnik. Prezident İlham Əliyev müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib. Bu barədə Azərtac xəbər yayıb.Bildirilir ki, ölkəmizin bütün xristian icmasına cansağlığı və xoşbəxtlik arzulayan dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib:Cəmiyyətimizdə demokratik, hüquqi dövlətçilik prinsipləri, mütərəqqi dövlət – din münasibətlərinin bərqərar edildiyini bildirən dövlət başçısı qeyd edib ki, nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdir."Xristian həmvətənlərimiz də inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadır, vətəndaşlıq borcunu vicdanla yerinə yetirərək, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər”.Yeniliyin, gələcəyə inamın, insanlar arasında xeyirxahlıq və şəfqət duyğularının rəmzi olan Milad bayramının hər il Azərbaycanda təntənə ilə qeyd edildiyini vurğulayan Prezident İlham Əliyev bildirib:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/04/426380808_55:0:2786:2048_1920x0_80_0_0_6a17b0907d7f02fea9c8919d6d54a4e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, milad bayramı, təbrik, pravoslav, icma
prezident ilham əliyev, milad bayramı, təbrik, pravoslav, icma
Prezident Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
Dövlətimizin başçısı bildirib ki, xristian həmvətənlərimiz Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər.
BAKI, 5 yanvar - Sputnik. Prezident İlham Əliyev müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib. Bu barədə Azərtac xəbər yayıb.
Bildirilir ki, ölkəmizin bütün xristian icmasına cansağlığı və xoşbəxtlik arzulayan dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib:
“Azərbaycanda əsrlərdən bəri xristian dininin mənsubları digər xalqların və konfessiyaların nümayəndələri ilə birgə mehriban dostluq, sülh və əmin-amanlıq mühitində yaşayırlar. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin və zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına qlobal miqyasda dəstək göstərilməsi apardığımız siyasətin başlıca istiqamətlərindəndir".
Cəmiyyətimizdə demokratik, hüquqi dövlətçilik prinsipləri, mütərəqqi dövlət – din münasibətlərinin bərqərar edildiyini bildirən dövlət başçısı qeyd edib ki, nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdir.
"Xristian həmvətənlərimiz də inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadır, vətəndaşlıq borcunu vicdanla yerinə yetirərək, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər”.
Yeniliyin, gələcəyə inamın, insanlar arasında xeyirxahlıq və şəfqət duyğularının rəmzi olan Milad bayramının hər il Azərbaycanda təntənə ilə qeyd edildiyini vurğulayan Prezident İlham Əliyev bildirib:
“Qoy bu əziz bayram ailələrinizə sevinc və səadət, süfrələrinizə bol ruzi-bərəkət gətirsin”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.