CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünən ölkə ərazisində borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılıb - DİN

© Sputnik / Murad OrujovDaxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 05.01.2025
Abunə olmaq
Dünən ölkə ərazisində qeydə alınan 31 cinayətin açılması təmin olunub.
BAKI, 5 yanvar - Sputnik. Yanvarın 4-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 9, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0