https://sputnik.az/20250105/agilli-saatlarin-qayislarinda-ebedi-kimyevi-maddeler-askar-edildi-469625851.html
Ağıllı saatların qayışlarında "əbədi kimyəvi maddələr" aşkar edildi
Ağıllı saatların qayışlarında "əbədi kimyəvi maddələr" aşkar edildi
Sputnik Azərbaycan
Bu cür cihazların insan sağlamlığı üçün hansı təhlükələr daşıdığı barədə materialımızda oxuyun. 05.01.2025, Sputnik Azərbaycan
2025-01-05T14:56+0400
2025-01-05T14:56+0400
2025-01-05T14:56+0400
saat
dünya xəbərləri
ağıllı robot
təhlükə
maddə
kimyəvi
abş
alim
dünya
fitness
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/18/469625684_0:248:3077:1979_1920x0_80_0_0_3acc5e1f1f9dee5d498f49e12fc908a8.jpg
BAKI, 5 yanvar — Sputnik. Ağıllı saatların və fitnes qolbaqların qayışlarında sağlamlıq üçün təhlükəli kimyəvi maddələrin olması mümkündür. Bu barədə araşdırma "Environmental Science & Technology Letters" jurnalında dərc olunub. ABŞ-ın Merilend ştatının Notr-Dam Universitetinini fiziki Qrem F.Pizlinin sözlərinə görə, tədqiqatçılar tərkibində poliftoralkil birləşmələri (PFAS, sintetik flüor birləşmələr qrupu) olan ağıllı saatların qayışlarının nə qədər geniş yayıldığını dərk etməyiblər. Bu maddələr qacetlər üçün aksessuarlar hazırlamaq məqsədi ilə istifadə edilən floroelastomer də (flüor kauçuku - tərkibində flüor atomları olan sintetik kauçuk) aşkar edilə bilər. Məlum olub ki, floroelastomerlərdə "əbədi kimyəvi maddə" adlanan perftorheksan turşusu (PFHxA) ola bilər. Bu element bioloji cəhətdən parçalanmır, su və işığa məruz qaldıqdan sonra məhv olmağa davamlıdır. Sınaqdan keçirilmiş 22 ağıllı saat və fitnes qolbaqların qayışlarının əksəriyyətində PFHxA tapılıb. Materialda poliftoralkil maddələrinin (PFAS) xərçəng, yüksək qan təzyiqi və sonsuzluqla əlaqəli olduğu deyilir. Lakin onlar yanmayan qablar, çətirlər, kosmetika, mebel, təmizlik vasitələr, suya davamlı parçalar istehsalında da geniş istifadə olunur. Müəlliflər qeyd ediblər ki, istifadəçilər taxıla bilən cihazların qayışlarının hazırlandığı təhlükəli materiallarla dəri ilə təmas zamanı yaranan riskləri qiymətləndirmirlər. Bununla belə, alimlər istehlakçılara çıxış yolunun olduğunu da qedy ediblər: bir qayda olaraq, istənilən ağıllı saatın qayışı neytral materiallardan hazırlanmış qayışla dəyişdirilə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/18/469625684_261:0:2990:2047_1920x0_80_0_0_98d85a34ebfe488c416fa9d203a59e01.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
saat, ağıllı robot, təhlükə, maddə, kimyəvi, abş, alim, dünya, fitness
saat, ağıllı robot, təhlükə, maddə, kimyəvi, abş, alim, dünya, fitness
Ağıllı saatların qayışlarında "əbədi kimyəvi maddələr" aşkar edildi
Bu cür cihazların insan sağlamlığı üçün hansı təhlükələr daşıdığı barədə materialımızda oxuyun.
BAKI, 5 yanvar — Sputnik. Ağıllı saatların və fitnes qolbaqların qayışlarında sağlamlıq üçün təhlükəli kimyəvi maddələrin olması mümkündür. Bu barədə araşdırma "Environmental Science & Technology Letters" jurnalında dərc olunub.
ABŞ-ın Merilend ştatının Notr-Dam Universitetinini fiziki Qrem F.Pizlinin sözlərinə görə, tədqiqatçılar tərkibində poliftoralkil birləşmələri (PFAS, sintetik flüor birləşmələr qrupu) olan ağıllı saatların qayışlarının nə qədər geniş yayıldığını dərk etməyiblər. Bu maddələr qacetlər üçün aksessuarlar hazırlamaq məqsədi ilə istifadə edilən floroelastomer də (flüor kauçuku - tərkibində flüor atomları olan sintetik kauçuk) aşkar edilə bilər.
Məlum olub ki, floroelastomerlərdə "əbədi kimyəvi maddə" adlanan perftorheksan turşusu (PFHxA) ola bilər. Bu element bioloji cəhətdən parçalanmır, su və işığa məruz qaldıqdan sonra məhv olmağa davamlıdır. Sınaqdan keçirilmiş 22 ağıllı saat və fitnes qolbaqların qayışlarının əksəriyyətində PFHxA tapılıb.
Materialda poliftoralkil maddələrinin (PFAS) xərçəng, yüksək qan təzyiqi və sonsuzluqla əlaqəli olduğu deyilir. Lakin onlar yanmayan qablar, çətirlər, kosmetika, mebel, təmizlik vasitələr, suya davamlı parçalar istehsalında da geniş istifadə olunur.
Müəlliflər qeyd ediblər ki, istifadəçilər taxıla bilən cihazların qayışlarının hazırlandığı təhlükəli materiallarla dəri ilə təmas zamanı yaranan riskləri qiymətləndirmirlər. Bununla belə, alimlər istehlakçılara çıxış yolunun olduğunu da qedy ediblər: bir qayda olaraq, istənilən ağıllı saatın qayışı neytral materiallardan hazırlanmış qayışla dəyişdirilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.