DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da Trampın planlarının yüksək inflyasiyaya səbəb olacağından ehtiyat edilir

© AP Photo / Evan VucciDonald Tramp, arxiv
Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 05.01.2025
Abunə olmaq
İnflyasiya gözləntilərinin artması Trampın yeni ticarət tariflərinin tətbiqi və immiqrasiya qanunlarının sərtləşdirilməsi vədləri ilə bağlıdır ki, bu da qiymətlərin və maaşların artmasına səbəb ola bilər.
BAKI, 5 yanvar — Sputnik. ABŞ Federal Ehtiyat Sisteminin üzvləri yeni seçilmiş Prezident Donald Trampın iqtisadi siyasətinin inflyasiya təzyiqlərini artıra biləcəyindən narahat olduqlarını bildiriblər. Bu barədə "Wall Street Journal" xəbər verib.

"Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauell, onun bəzi həmkarları seçilmiş prezidentin siyasətinin inflyasiya təzyiqlərini yenidən alovlandıra biləcəyindən narahat olduqlarını bildirsələr belə Donald Trampla qarşıdurmadan qaçmağa çalışaraq incə bir sərhəd üzərində tarazılığı saxlayır", - qəzet yazıb.

Ekspertlər qeyd ediblər ki, inflyasiya gözləntilərinin artması Trampın yeni ticarət tariflərinin tətbiqi və immiqrasiya qanunlarının sərtləşdirilməsi vədləri ilə bağlıdır ki, bu da qiymətlərin və maaşların artmasına səbəb ola bilər.
Nəşrin yazdığına görə, FED daxilində fikir ayrılıqları qalmaqdadır: tənzimləyicinin bəzi üzvləri gələcək siyasətin risklərini nəzərə almağı zəruri hesab edir, Pauell isə yeni administrasiya ilə qarşıdurmaya girməmək üçün ictimai şərhlərdən yayınmağa çağırır.
Qəzet vurğulayıb ki, FED-in yenidən işlənmiş proqnozları 2025-ci ildə daha əvvəl planlaşdırılan dörd faizin əvəzinə yalnız iki faiz endirimini nəzərdə tutur. Bundan əlavə, gözlənilən inflyasiya səviyyəsi əvvəlki 2,2%-dən 2,5%-ə yüksəldilib.
Bundan əvvəl Rusiyanın Ukrayna ilə bağlı Tramp administrasiyası ilə məsləhətləşmələrə hazır olduğu barədə məlumat verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0