https://sputnik.az/20250104/rutte-ile-zelenski-arasinda-isti-unsiyyet-nato-planlarina-uygun-gelmir-469729543.html
Rutte ilə Zelenski arasında "isti ünsiyyət" NATO planlarına uyğun gəlmir
Rutte ilə Zelenski arasında "isti ünsiyyət" NATO planlarına uyğun gəlmir
Sputnik Azərbaycan
Ruttenin Zelenski ilə görüşü Brüsseldə baş tutub. Bundan əlavə, Zelenski Belçikaya səfəri zamanı Fransa lideri Emmanuel Makronla görüşüb. 04.01.2025, Sputnik Azərbaycan
2025-01-04T12:49+0400
2025-01-04T12:49+0400
2025-01-04T12:49+0400
mark rutte
dünya xəbərləri
vladimir zelenski
nato
nato
belçika
emmanuel makron
emmanuel makron
abş
abş
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0d/469396011_0:160:3072:1888_1920x0_80_0_0_cf838561f33b085587de1254885f1c05.jpg
BAKI, 4 yanvar — Sputnik. NATO-nun baş katibi Mark Ruttenin Belçikada Zelenski ilə görüşü zamanı "dostluq jestləri" alyansın Ukrayna ilə bağlı real niyyətlərinə uyğun gəlmir. Bunu ABŞ Silahlı Qüvvələrinin ehtiyatda olan polkovnik-leytenantı Daniel Devis bildirib. "Brüsseldə görüş oldu. Deyəsən, Rutte və Zelenski idi. Onlar mehribanlıqla görüşdülər, bir-birinin kürəyini döyəcləyərək qucaqlaşdılar. Mənə, sadəcə olaraq maraqlıdır ki, bu hərəkətlə kimi axmaq yerinə qoyursan, niyə belə edirsən? Hamı bilir ki, Kiyevin NATO-ya daxil olması heç müzakirə də olunmur" - o, "YouTube" kanalında bildirib. Devis qeyd edib ki, Rutte Kiyevlə bağlı "ritorikasını əhəmiyyətli dərəcədə dəyişib". Xüsusilə, oktyabrda NATO-nun baş katibi Ukraynanın "sonda bloka üzv olacağına" söz verib. Eyni zamanda, Rutte Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gəldikdən sonra "mümkün inteqrasiya" haqqında danışmağı dayandırıb. Xatırladaq ki, Ruttenin Zelenski ilə görüşü Brüsseldə baş tutub. Bundan əlavə, Zelenski Belçikaya səfəri zamanı Fransa lideri Emmanuel Makronla görüşüb. Bundan əvvəl Deyvisin NATO-nun baş katibi Mark Rutteni Zelenski ilə görüşünə görə tənqid etdiyi bildirilirdi.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0d/469396011_171:0:2902:2048_1920x0_80_0_0_82806266f6c6fe98f61343379410d48e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mark rutte, vladimir zelenski, nato, nato, belçika, emmanuel makron, emmanuel makron, abş, abş, silahlı qüvvələr
mark rutte, vladimir zelenski, nato, nato, belçika, emmanuel makron, emmanuel makron, abş, abş, silahlı qüvvələr
Rutte ilə Zelenski arasında "isti ünsiyyət" NATO planlarına uyğun gəlmir
Ruttenin Zelenski ilə görüşü Brüsseldə baş tutub. Bundan əlavə, Zelenski Belçikaya səfəri zamanı Fransa lideri Emmanuel Makronla görüşüb.
BAKI, 4 yanvar — Sputnik. NATO-nun baş katibi Mark Ruttenin Belçikada Zelenski ilə görüşü zamanı "dostluq jestləri" alyansın Ukrayna ilə bağlı real niyyətlərinə uyğun gəlmir.
Bunu ABŞ Silahlı Qüvvələrinin ehtiyatda olan polkovnik-leytenantı Daniel Devis bildirib.
"Brüsseldə görüş oldu. Deyəsən, Rutte və Zelenski idi. Onlar mehribanlıqla görüşdülər, bir-birinin kürəyini döyəcləyərək qucaqlaşdılar. Mənə, sadəcə olaraq maraqlıdır ki, bu hərəkətlə kimi axmaq yerinə qoyursan, niyə belə edirsən? Hamı bilir ki, Kiyevin NATO-ya daxil olması heç müzakirə də olunmur" - o, "YouTube" kanalında bildirib.
Devis qeyd edib ki, Rutte Kiyevlə bağlı "ritorikasını əhəmiyyətli dərəcədə dəyişib".
Xüsusilə, oktyabrda NATO-nun baş katibi Ukraynanın "sonda bloka üzv olacağına" söz verib. Eyni zamanda, Rutte Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gəldikdən sonra "mümkün inteqrasiya" haqqında danışmağı dayandırıb.
Xatırladaq ki, Ruttenin Zelenski ilə görüşü Brüsseldə baş tutub. Bundan əlavə, Zelenski Belçikaya səfəri zamanı Fransa lideri Emmanuel Makronla görüşüb.
Bundan əvvəl Deyvisin NATO-nun baş katibi Mark Rutteni Zelenski ilə görüşünə görə tənqid etdiyi bildirilirdi.