https://sputnik.az/20250104/cin-rusiyani-ukraynaya-qarsi-nuve-silahindan-istifade-etmekden-cekindirib-469812365.html
Çin Rusiyanı Ukraynaya qarşı nüvə silahından istifadə etməkdən çəkindirib
Çin Rusiyanı Ukraynaya qarşı nüvə silahından istifadə etməkdən çəkindirib
Sputnik Azərbaycan
Blinken deyib ki, Pekinin siyasəti Ukraynadakı münaqişədə nüvə silahından istifadə təhlükəsini azaltmağa kömək edib. 04.01.2025, Sputnik Azərbaycan
2025-01-04T19:00+0400
2025-01-04T19:00+0400
2025-01-04T19:00+0400
dünya xəbərləri
entoni blinken
ukrayna
çin
abş
rusiya
co bayden
abş prezidenti cozef bayden
pekin
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460315944_0:0:2186:1230_1920x0_80_0_0_fddb9be23b48f448c0f1480832e08bea.jpg
BAKI, 4 yanvar - Sputnik. ABŞ Qərb ölkələri ilə Rusiya arasında nüvə münaqişəsi riskinin istənilən artımını son dərəcədə təhlükəli hesab edir.Bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken New York Times qəzetinə müsahibəsində deyib.Onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə imkanını nəzərdən keçirə biləcəyini düşündüyündən Moskvanın nüvə ritorikasından son dərəcə narahat olub.“Bu ehtimal 5 faizdən 15 faizə qədər artsa belə, təhlükədir. Nüvə silahından danışırıq, bundan daha ciddi bir şey yoxdur” - deyən Blinken güman edir ki, Pekinin siyasəti Ukraynadakı münaqişədə nüvə silahından istifadə təhlükəsini azaltmağa kömək edib.“Çinin Rusiya ilə əlaqə saxladığını və bunu etməməsi barədə xəbərdarlıq etdiyini düşünməyimiz üçün əsasımız var. Pekin Vaşinqtonun onlara Rusiyanın kosmosda nüvə silahı yerləşdirməyi planlaşdıra biləcəyi barədə məlumat verməsindən sonra da mövqeyini Moskvaya çatdırmış ola bilər” - o vurğulayıb.ABŞ-Çin münasibətlərinin dinamikasından danışan Blinken Çini “bir əlində iki qarpız saxlamaq”da ittiham edib, Pekinin Qərblə sıx ticarət əlaqələri saxlamaqla bərabər, Qərb ölkələrinin etirazlarına baxmayaraq, Rusiyanı ikili təyinatlı mallarla təmin etdiyini söyləyib.“Pekinə qarşı sanksiya siyasətindən dərhal effekt olmayacaq. Amma düşünürəm ki, Çinin mövqeyi getdikcə daha da çətinləşir. Çin elitasına qarşı atdığımız addımları qətiyyən bəyənmirlər. Düşünürəm ki, lazım gələrsə, növbəti addımlar da atılacaq, ola bilsin, elə üzümüzə gələn həftələrdə” - o, əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460315944_134:0:2077:1457_1920x0_80_0_0_710ff96fdee5dd18fb3bd5beeca46b9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
entoni blinken, ukrayna, çin, abş, rusiya, co bayden, abş prezidenti cozef bayden, pekin
entoni blinken, ukrayna, çin, abş, rusiya, co bayden, abş prezidenti cozef bayden, pekin
Çin Rusiyanı Ukraynaya qarşı nüvə silahından istifadə etməkdən çəkindirib
Blinken deyib ki, Pekinin siyasəti Ukraynadakı münaqişədə nüvə silahından istifadə təhlükəsini azaltmağa kömək edib.
BAKI, 4 yanvar - Sputnik. ABŞ Qərb ölkələri ilə Rusiya arasında nüvə münaqişəsi riskinin istənilən artımını son dərəcədə təhlükəli hesab edir.
Bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken New York Times qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə imkanını nəzərdən keçirə biləcəyini düşündüyündən Moskvanın nüvə ritorikasından son dərəcə narahat olub.
“Bu ehtimal 5 faizdən 15 faizə qədər artsa belə, təhlükədir. Nüvə silahından danışırıq, bundan daha ciddi bir şey yoxdur” - deyən Blinken güman edir ki, Pekinin siyasəti Ukraynadakı münaqişədə nüvə silahından istifadə təhlükəsini azaltmağa kömək edib.
“Çinin Rusiya ilə əlaqə saxladığını və bunu etməməsi barədə xəbərdarlıq etdiyini düşünməyimiz üçün əsasımız var. Pekin Vaşinqtonun onlara Rusiyanın kosmosda nüvə silahı yerləşdirməyi planlaşdıra biləcəyi barədə məlumat verməsindən sonra da mövqeyini Moskvaya çatdırmış ola bilər” - o vurğulayıb.
ABŞ-Çin münasibətlərinin dinamikasından danışan Blinken Çini “bir əlində iki qarpız saxlamaq”da ittiham edib, Pekinin Qərblə sıx ticarət əlaqələri saxlamaqla bərabər, Qərb ölkələrinin etirazlarına baxmayaraq, Rusiyanı ikili təyinatlı mallarla təmin etdiyini söyləyib.
“Pekinə qarşı sanksiya siyasətindən dərhal effekt olmayacaq. Amma düşünürəm ki, Çinin mövqeyi getdikcə daha da çətinləşir. Çin elitasına qarşı atdığımız addımları qətiyyən bəyənmirlər. Düşünürəm ki, lazım gələrsə, növbəti addımlar da atılacaq, ola bilsin, elə üzümüzə gələn həftələrdə” - o, əlavə edib.