https://sputnik.az/20250104/cin-rusiya-ile-strateji-koordinasiyani-guclendirmek-niyyetindedir-469810499.html
Çin Rusiya ilə strateji koordinasiyanı gücləndirmək niyyətindədir
Çin Rusiya ilə strateji koordinasiyanı gücləndirmək niyyətindədir
Sputnik Azərbaycan
Çin və Rusiya arasında münasibətlər özünün tarixi inkişafının pik nöqtəsindədir və bu, iki ölkənin liderləri - Çin sədri Si Cinpin və Rusiya Prezidenti... 04.01.2025, Sputnik Azərbaycan
2025-01-04T19:33+0400
2025-01-04T19:33+0400
2025-01-04T21:04+0400
dünya xəbərləri
çin
rusiya
tayvan
putin
rusiya prezidenti vladimir putin
si cinpin
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/16/437477193_0:0:3073:1728_1920x0_80_0_0_ec6570cd1afade1291a5a958e5f774a8.jpg
BAKI, 4 yanvar - Sputnik. Çinin Rusiyadakı səfiri Zjan Xanxuey ÇXR-in Rusiya ilə strateji əməkdaşlığı gücləndirmək niyyətini açıqlayıb.O vurğulayıb ki, Çin və Rusiya arasında münasibətlər özünün tarixi inkişafının pik nöqtəsindədir və bu, iki ölkənin liderləri - Çin sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında baş verir.“Rusiya tərəfi açıq şəkildə bildirir ki, o, “Tayvanın müstəqilliyini” heç bir formada tanımır və Çinin suverenliyini və ərazi bütövlüyünü qorumaq, eləcə də ölkənin birləşdirilməsi istiqamətində hərəkətlərini dəstəkləyir. Prezident Putin bu mövqeyini dəfələrlə ifadə edib və bu, iki ölkənin imzaladığı bir sıra mühüm sənədlərdə aydın şəkildə öz əksini tapıb” - səfir “RİA Novosti“yə yazdığı məqalədə qeyd edib.Zjan Xanxuey, həmçinin Çinin milli təhlükəsizliyi, sabitliyi, inkişafı, rifahı, suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün göstərdiyi səylərə və dəstəyinə görə Rusiyaya minnətdarlığını bildirib.Bundan əvvəl Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini Yeni il münasibətilə təbrik edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/16/437477193_158:0:2889:2048_1920x0_80_0_0_ccb4ed6e6b5da6c7ed288433027af4ab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
çin, rusiya, tayvan, putin, rusiya prezidenti vladimir putin, si cinpin
çin, rusiya, tayvan, putin, rusiya prezidenti vladimir putin, si cinpin
Çin Rusiya ilə strateji koordinasiyanı gücləndirmək niyyətindədir
19:33 04.01.2025 (Yenilənib: 21:04 04.01.2025) Çin və Rusiya arasında münasibətlər özünün tarixi inkişafının pik nöqtəsindədir və bu, iki ölkənin liderləri - Çin sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında baş verir.
BAKI, 4 yanvar - Sputnik. Çinin Rusiyadakı səfiri Zjan Xanxuey ÇXR-in Rusiya ilə strateji əməkdaşlığı gücləndirmək niyyətini açıqlayıb.
O vurğulayıb ki, Çin və Rusiya arasında münasibətlər özünün tarixi inkişafının pik nöqtəsindədir və bu, iki ölkənin liderləri - Çin sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında baş verir.
“Rusiya tərəfi açıq şəkildə bildirir ki, o, “Tayvanın müstəqilliyini” heç bir formada tanımır və Çinin suverenliyini və ərazi bütövlüyünü qorumaq, eləcə də ölkənin birləşdirilməsi istiqamətində hərəkətlərini dəstəkləyir. Prezident Putin bu mövqeyini dəfələrlə ifadə edib və bu, iki ölkənin imzaladığı bir sıra mühüm sənədlərdə aydın şəkildə öz əksini tapıb” - səfir “RİA Novosti“yə yazdığı məqalədə qeyd edib.
Zjan Xanxuey, həmçinin Çinin milli təhlükəsizliyi, sabitliyi, inkişafı, rifahı, suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün göstərdiyi səylərə və dəstəyinə görə Rusiyaya minnətdarlığını bildirib.
Bundan əvvəl Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini Yeni il münasibətilə təbrik edib.