Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tacikistan TIR-ı BakuBus-la toqquşub, ölən və yaralanan var - Yenilənib

© iStock.com / Svetlana DyachkovaAvtobus qəzası
Avtobus qəzası - Sputnik Azərbaycan, 1920, 04.01.2025
Abunə olmaq
Hadisə bu gün saat 10:30 radələrində Bakı-Qazax yolunun 24-cü kilometrliyində baş verib.
BAKI, 4 yanvar - Sputnik. Bakı-Ələt yolunda “BakuBus” MMC-nin balansında olan və Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
"Bu gün saat 10:36 radələrində Bakı-Ələt yolunda “BakuBus” MMC-nin balansında olan və Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Təəssüf hissi ilə bildiririk ki, qəza nəticəsində bir sərnişin həyatını itirib, daha bir sərnişin isə təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Həyatını itirən xanım sərnişinə Allahdan rəhmət diləyir, yaralı sərnişinə şəfa arzu edirik." - məlumatda qeyd olunub.
Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır.
***
Bakı şəhər Qaradağ rayonunda “BakuBus” avtobusu ağır qəza törədib.
Bu haqda “Qafqazinfo”ya Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev bildirib.
O qeyd edib ki, hadisə bu gün saat 10:30 radələrində Bakı-Qazax yolunun 24-cü kilometrliyində baş verib.
“99 JZ 185 nömrəli “BakuBus” avtobusu yolun kənarında durmuş Tacikistanın 77 FF 02 nömrəli “Volvo Tır” markalı avtomobili ilə toqquşub. İlkin məlumata görə, “BakuBus”un sərnişinlərindən biri həyatını itirib”, - deyə E.Hacıyev bildirib.
AYNA qəza ilə bağlı açıqlama yayıb.
“Bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda qeyd olunub.
Xəbər lenti
0